Son dəqiqə
ABŞ kəşfiyyatı: İran hərbi gücünün böyük hissəsini qoruya bilibAzərbaycan nefti cüzi bahalaşıbAvropanın ən böyük aviaşirkəti yanacaq çatışmazlığı səbəbindən onminlərlə uçuşu ləğv edibAğsuda 54 yaşlı kişi heyvan otararkən öldüABŞ bir ölkəyə dollar tədarükünü dayandırdıİmişlidə canavarlar kəndə hücum ediblər
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. Beyin istidə yavaşlayır: Yayda işləməyin doğru saatları açıqlandı
Beyin istidə yavaşlayır: Yayda işləməyin doğru saatları açıqlandı
Dünya

Beyin istidə yavaşlayır: Yayda işləməyin doğru saatları açıqlandı

Bu gün
08:50
0 baxış
Paylaş:

İsti yay aylarında iş qrafikinin yenidən təşkili əmək səmərəliliyinin qorunması baxımından olduqca vacibdir.

İsti yay aylarında iş qrafikinin yenidən təşkili əmək səmərəliliyinin qorunması baxımından olduqca vacibdir.

Gundem.today xəbər verir ki, bu mövzu ilə bağlı Rusiya Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət İdarəçilik Akademiyasının mütəxəssisi Tatyana Podolskaya TASS agentliyinə açıqlama verib.

Ekspert qeyd edib ki, yay aylarında iş səmərəliliyini qorumaq üçün gündəlik rejimi mövsümi bioritmlərə uyğunlaşdırmaq böyük əhəmiyyət daşıyır:

"İnsanın özünü zorla işlətməyə cəhd etməsi doğru deyil. İş planını yay ritminə uyğunlaşdırmaq daha faydalıdır. Mürəkkəb və çətin tapşırıqları günün erkən saatlarında, havalar hələ çox qızmamış həll etmək, daha sadə və rutin işləri isə havanın nisbətən sərinlədiyi axşam saatlarına saxlamaq məsləhətdir".

Podolskaya izah edib ki, isti hava şəraitində iş qabiliyyətinin aşağı düşməsi bir neçə faktorla - yüksək temperatur, oksigen çatışmazlığı və orqanizmin yorğunluq hissi ilə bağlıdır. Orqanizm özünü sərinlətmək üçün əlavə enerji sərf etdiyindən, yayda beyin fəaliyyəti nisbətən yavaşlayır.

Ekspert işəgötürənlərə yay mövsümündə daha çevik iş rejimi tətbiq etməyi tövsiyə edib:

İş saatlarının dəyişdirilməsi: İşə daha erkən, məsələn, saat 08:00-da başlayıb 16:00-da yekunlaşdırmaq.

Fasilə rejimi: Günün ən isti vaxtı olan 12:00-dan 14:00-dək olan müddətdə işçilərə daha uzun fasilə vermək.

Ofis şəraiti: Kondisioner və ventilyatorların quraşdırılması, otaqların yaşıllaşdırılması və günəş şüalarının qarşısını alan açıq rəngli pərdələrdən istifadə olunması.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#İş_vaxtından_artıq_işləmək#Əməkhaqqı#yay_fəsili#İş_qrafiki#Sağlamlıq#Səmərəlilik

Oxşar Xəbərlər

ABŞ kəşfiyyatı: İran hərbi gücünün böyük hissəsini qoruya bilibDünya

ABŞ kəşfiyyatı: İran hərbi gücünün böyük hissəsini qoruya bilib

Tehran minlərlə raket, pilotsuz aparatlar, eləcə də Hərbi Hava və Hərbi Dəniz qüvvələrinin əsas hissəsi daxil olmaqla əsas hərbi imkanlarını qoruya bilib.

Bu gün
09:480
Avropanın ən böyük aviaşirkəti yanacaq çatışmazlığı səbəbindən onminlərlə uçuşu ləğv edibDünya

Avropanın ən böyük aviaşirkəti yanacaq çatışmazlığı səbəbindən onminlərlə uçuşu ləğv edib

Avropanın ən böyük aviadaşıyıcısı olan Almaniyanın "Lufthansa" şirkəti yanacaq çatışmazlığı ucbatından 20 minə qədər uçuşu ləğv edəcək.

Bu gün
09:400
ABŞ bir ölkəyə dollar tədarükünü dayandırdıDünya

ABŞ bir ölkəyə dollar tədarükünü dayandırdı

ABŞ İraq hökumətinə təzyiq göstərmək və onları yerli iranyönümlü hərbi qruplaşmalarını buraxmağa məcbur etmək məqsədilə bu ölkəyə dollar əsginaslarının tədarükünü dayandırıb. Həmçinin Bağdadla təhlükəsizlik sahəsindəki əməkdaşlıq proqramlarını dondurub.

Bu gün
09:240
Britaniya kəşfiyyatı: "100 ölkə haker texnologiyaları əldə edib"Dünya

Britaniya kəşfiyyatı: "100 ölkə haker texnologiyaları əldə edib"

Böyük Britaniya kəşfiyyatının məlumatına görə, dünyada 100 ölkə Birləşmiş Krallığın infrastrukturuna müdaxilə etmək imkanına malik olan texnologiyalar əldə edib.

Bu gün
09:160