
Biləcəridə məktəbin yerləşdiyi küçədə ACINACAQLI VƏZİYYƏT - VİDEO
Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsində yolun yararsız vəziyyətə düşməsi sakinlərin və buradan keçən sürücülərin narazılığına səbəb olub.
Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsində yolun yararsız vəziyyətə düşməsi sakinlərin və buradan keçən sürücülərin narazılığına səbəb olub.
Gundem.today xəbər verir ki, bununla bağlı videogörüntü paylaşılıb.
Bildirilib ki, qəsəbənin Qamət Abbasov küçəsində asfalt örtüyü tamamilə sıradan çıxıb. Yol boyu yaranmış dərin çalalar nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirir və avtomobillərə ziyan vurur.
Sakinlərin sözlərinə görə, uzun müddətdir problem davam etsə də, ərazidə təmir-bərpa işləri aparılmır:
"Yolun asfalt qatı dağılıb. Hər addımbaşı dərin çalalar var. Uzun müddətdir vəziyyət belədir. Heç olmasa bu çalaları aradan qaldırmaq üçün tədbir görülmür. Avtomobillər sıradan çıxır, insanlara ziyan dəyir".
Qeyd edilib ki, sözügedən küçədə 284 nömrəli məktəb də yerləşir. Yolun mövcud durumu məktəblilər üçün də çətinlik və təhlükə yaradır.
Məsələ ilə bağlı Binəqədi rayon İcra Hakimiyyətinə sorğu verilib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətSürücülərin NƏZƏRİNƏ: Həftəsonu bəzi yollar bağlı olacaq
Vətəndaşların daha rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə həftəsonu təmir işlərinin davam etdirilməsi nəzərdə tutulur.
Cəmiyyətİşğaldan azad edilmiş ərazilərdə torpaq icarəyə götürmək istəyənlərin NƏZƏRİNƏ: Ərizə qəbulu başlanıb
İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların sahibkarlıq subyektlərinə icarəyə verilməsi üzrə üçüncü investisiya müsabiqəsi üzrə müraciətlərin (ərizələrin) qəbuluna başlanılır.
CəmiyyətSumqayıtda beş min abonent SUSUZ QALACAQ
Sumqayıt şəhərinin bir sıra yaşayış məntəqələrini içməli su ilə təmin edən magistral kəmərdə aparılan təmir-tikinti işləri ilə əlaqədar sabah gün ərzində suyun verilişində müvəqqəti fasilə olacaq.
CəmiyyətNizami yurdunda qanunları "küçə" diktə edir?
Kubra Məhərrəmova yazır...