
Biləsuvarda gənc oğlan kürəyindən BIÇAQLANDI: Yaralının son vəziyyəti açıqlandı
Biləsuvarda bıçaqlanma hadisəsi zamanı xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.
Biləsuvarda bıçaqlanma hadisəsi zamanı xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.
Gundem.today-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, mayın 7-də saat 02:00-da 2006-ci il təvəllüdlü şəxs (kişi) Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
"Ona sağ əlin və kürək nahiyəsinin açıq yarası diaqnozu təyin edilib. Pasiyent üzərində cərrahi əməliyyat icra olunub və hazırda vəziyyəti ağır qiymətləndirilir", - deyə məlumatda bildirilir.
Əzizə İsmayılova
Biləsuvarda iki gəncin bıçaqlanmasının təfərrüatı məlum olub.
Gundem.today-ın əldə etdiyi məlumata görə, tərəflər arasında əvvəllər də mübahisə yaşanıb.
Münasibətlərin kəskinləşməsinə səbəb bir neçə ay əvvəl söyülən söyüş olub.
Gecə saatlarında düşən mübahisə qısa zamanda davaya çevrilib. Hadisə nəticəsində S.Qəmbəri K.Rəhimlini boynundan, T.Şahbazovu isə bud və qabırğasından bıçaqlayıb.
Biləsuvarda iki gənci bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Gundem.today-ın məlumatına görə, əməli törətməkdə şübhəli bilinən 24 yaşlı Səyyad Qəmbəri polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Biləsuvarda iki gənc bıçaqlanıb, birinin vəziyyəti ağırdır.
Gundem.today APA-ya istinadən xəbər verir ki, hadisə Biləsuvar şəhəri ərazisində qeydə alınıb.
Belə ki, Biləsuvar şəhər sakinləri - 2003-cü il təvəllüdlü Kənan Ramil oğlu Rəhimli və 2006-cı il təvəllüdlü Tərlan Niyaməddin oğlu Şahbazov bıçaqlanıblar.
Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar. Boğaz nahiyəsindən ağır bıçaq xəsarəti alan K.Rəhimli dərhal reanimasiya şöbəsinə yerləşdirilərək əməliyyata götürülüb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.
Hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
HadisəFüzulidə 85 yaşlı kişi faciəli şəkildə öldü
Füzulidə yanğın zamanı tüstüdən zəhərlənən kişi vəfat edib.
Hadisəİsmayıllıda 43 yaşlı kişi itkin düşüb - FOTO
İsmayıllı rayon sakini 43 yaşlı Aqşin Behbudov yaşadığı ünvandan çıxıb naməlum istiqamətə gedərək bir daha geri qayıtmayıb.
HadisəBakıdakı xəstəxanada biraylıq KÖRPƏ ÖLDÜ
Bakıda körpə ölüb.
HadisəGəncədə yeniyetmə yaşıdı tərəfindən BIÇAQLANDI
Gəncədə yeniyetmə bıçaqlanıb.