
Braziliyada güclü yağış və daşqınlar: Ölənlər var
Braziliyanın şimal-şərqindəki Pernambuku ştatında daşqın və torpaq sürüşmələri baş verib. Nəticədə ən azı dörd nəfər ölüb, onlarla insan yaralanıb.
Braziliyanın şimal-şərqindəki Pernambuku ştatında daşqın və torpaq sürüşmələri baş verib. Nəticədə ən azı dörd nəfər ölüb, onlarla insan yaralanıb.
Gundem.today-ın xəbərinə görə, bu barədə "CNN Brasil" nəşri məlumat yayıb.
Daha ağır vəziyyət regionun Resife şəhərində, eləcə də ətraf ərazilərdədir. Güclü yağışlar dağlıq ərazilərdə torpaq sürüşmələrinə, yaşayış binalarının uçmasına və magistral yolların su altında qalmasına səbəb olub. İndiyə qədər dörd nəfərin öldüyü məlumdur, yaralıların dəqiq sayı müəyyənləşdirilir.
Telekanalın məlumatına görə, yerli xəstəxanalar gücləndirilmiş şəkildə işləyir, müxtəlif dərəcəli xəsarət alanlar müalicə edilirlər. Ən çox zərərçəkmiş ərazilərdə yanğınsöndürmə bölmələri və mülki müdafiə xidmətlərinin də cəlb olunduğu axtarış-xilasetmə əməliyyatları davam edir. Xilasedicilər həmçinin yüksək riskli ərazilərdən sakinləri təxliyə edirlər.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaDubayda yaşamaq icazəsi almaq qaydaları asanlaşdırıldı
Dubay Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) yaşamaq icazəsi əldə etmək üçün daşınmaz əmlaka yatırılan investisiyanın minimum məbləği tələbini ləğv edib.
DünyaABŞ Almaniyadan beş min hərbçisini çıxarır
Amerika Birləşmiş Ştatları Almaniyadakı hərbi kontingentinin təxminən beş min nəfərlik hissəsini geri çəkəcək.
DünyaAğ Ev liderindən gözlənilməz etiraf: "Biz dəniz quldurları kimi davrandıq"
Donald Tramp ABŞ hərbçilərinin İranın neft daşıyan tankerlərində müsadirə edərkən özlərini dəniz quldurları kimi apardıqlarını etiraf edib.
DünyaRusiyada FACİƏ: Dördü uşaq olmaqla, bir ailənin yeddi üzvü həlak oldu - VİDEO
Rusiyanın Xantı-Mansiysk muxtar dairəsinin Meqion şəhərinin Vısokiy kəndində fərdi evdə yanğın baş verib. Nəticədə dördü uşaq olmaqla, yeddi nəfərdən ibarət ailə həlak olub.