Braziliyada təyyarə havaya qalxdıqdan dərhal sonra mühərriki alışıb - VİDEO
Dünya

Braziliyada təyyarə havaya qalxdıqdan dərhal sonra mühərriki alışıb - VİDEO

İndi
23:12
1 baxış
Paylaş:

"Delta Air Lines" aviaşirkətinə məxsus "Airbus A330-323" tipli təyyarə Braziliyanın San-Paulu şəhərindəki Quayrulyos aeroportunda havaya qalxdıqdan dərhal sonra mühərrikinin alışması səbəbindən təcili eniş edib.

Gundem.today bu barədə "CNN Brasil" telekanalına istinadən xəbər verir.

Məlumata əsasən, təyyarə San-Pauludan Atlantaya (ABŞ) istiqamət alıbmış. Hadisə şahidləri telekanala bildiriblər ki, yanğından əvvəl güclü partlayış səsi eşidilib.

Qeyd olunur ki, təyyarə yalnız bir mühərriklə hava limanına uğurlu eniş edə bilib. Hadisə yerinə dərhal xilasetmə xidmətinin əməkdaşları və yanğınsöndürənlər cəlb olunublar. Sərnişinlər və heyət üzvlərindən xəsarət alan olmayıb.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#Braziliya#Amerika_Birləşmiş_Ştatları_(ABŞ)

Oxşar Xəbərlər