
Britaniyada qadına milyon nəfərdən yeddisində rastlanan nadir göz xərçəngi diaqnozu qoyuldu
Böyük Britaniyada qadın görməsində kiçik dəyişikliklər hiss edib və nəticədə ona nadir xərçəng növü diaqnozu qoyulub.
Böyük Britaniyada qadın görməsində kiçik dəyişikliklər hiss edib və nəticədə ona nadir xərçəng növü diaqnozu qoyulub.
Gundem.today-ın xəbərinə görə, bu barədə "Mirror" nəşri məlumat verib.
Məlumata görə, 31 yaşlı Salli Lou gözündə qara ləkəyə diqqət yetirib. Əvvəlcə bu ləkə hərəkətsiz olsa da, daha sonra yerini dəyişməyə başlayıb. Sonradan qadında görmə bulanıqlığı yaranıb və qadın həkimə müraciət etməyə qərar verib.
Qəbul zamanı həkim şübhəli dəyişikliklər görüb və onu təcili müayinəyə göndərib. İxtisaslaşmış klinikada bir sıra yoxlamalardan sonra qadına göz xərçənginin olduqca nadir bir növü olan xorioidal melanoma diaqnozu qoyulub.
Həkimlərin məlumatına görə, xəstəliyə ildə təxminən bir milyon insandan yeddi nəfərdə rast gəlinir və xəstəlik çox vaxt demək olar ki, hər hansı simptom olmadan davam edir. Qadına iki müalicə variantı təklif edilib - uzunmüddətli şüa terapiyası və ya gözün çıxarılması. Nəticədə o, əməliyyatı seçib. Yaxın günlərdə qadın əməliyat olunacaq və xəstəliyin yayılmasını istisna etmək üçün əlavə müayinələrdən keçməyə davam edəcək.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Dünya"Artemis II" missiyasının heyəti Yerə qayıtdı
ABŞ-nin "Orion" kosmik gəmisində fəaliyyət göstərən "Artemis II" missiyasının komandası Yer kürəsinə dönüb.
DünyaTramp Vaşinqtonda inşa ediləcək yeni zəfər tağının layihəsini təqdim etdi - FOTO
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda "dünyanın ən böyük və ən gözəl tağı" olacağını söylədiyi zəfər tağının dizaynını təqdim edib.
Dünya"Hyundai" 300 minə yaxın avtomobili geri çağırır
Cənubi Koreyanın avtomobil istehsalçısı "Hyundai Motor" təhlükəsizlik kəmərlərində yaşana biləcək qüsura görə ABŞ-də 294 mindən çox maşınını geri çağırır.
DünyaCeff Bezosun şirkəti Ay tozundan oksigen əldə edən reaktor hazırladı
Amerikalı milyarder Ceff Bezos tərəfindən qurulan "Blue Origin" şirkəti elektrik cərəyanı vasitəsilə Ay tozundan oksigen əldə edə bilən reaktor hazırlayıb.