
Çində ağlagəlməz hadisə: 32 yaşlı kişinin qarnından 20 il əvvəl udduğu termometr çıxarıldı
Qarın ağrısından şikayət edərək xəstəxanaya müraciət edən 32 yaşlı çinli kişi ağrılarının səbəbini öyrənəndə şoka düşüb.
Qarın ağrısından şikayət edərək xəstəxanaya müraciət edən 32 yaşlı çinli kişi ağrılarının səbəbini öyrənəndə şoka düşüb.
Gundem.today xəbər verir ki, bu barədə "South China Morning Post" nəşri məlumat yayıb.
Həkimlər müayinə zamanı pasiyentin onikibarmaq bağırsağında yad cisim - 20 il əvvəl udulmuş civəli termometr aşkar ediblər. Məlum olub ki, cihazın ucu birbaşa bağırsaq divarına təzyiq etdiyi üçün perforasiya (deşilmə) və güclü daxili qanaxma riski yaranıb.
Zərərçəkən bildirib ki, 12 yaşında olarkən termometri təsadüfən udub, lakin valideynlərinin danlayacağından qorxduğu üçün bu barədə heç kimə məlumat verməyib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaParisdə məktəb tualetlərinə kameralar quraşdırılır
Paris məktəblərində cinsi zorakılıq hallarının artması ilə əlaqədar təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və kameraların quraşdırılması planlaşdırılır.
DünyaAvstraliyada xadimə evdə bir milyon dollar həcmində partlayıcı və narkotik tapıb
Avstraliyanın Melburn şəhərində xadimə kirayə mənzildə bir milyon dollardan çox dəyəri olan narkotik vasitələr, silah və partlayıcı maddələr aşkar edib.
DünyaNorveçdə yeniyetmə avtobus qaçırıb İsveçə getdi - VİDEO
Norveçli yeniyetmə dayanacaqdan marşrut avtobusunu qaçıraraq onunla 200 kilometrdən çox məsafə qət edib və İsveçin Stenunqsund şəhərinə çatıb.
DünyaKolumbiyada radikal qərar: Eskobarın "mirası"na qarşı sərt tədbirlər görüləcək
Kolumbiya hökuməti məşhur narkobaron Pablo Eskobarın vaxtilə ölkəyə gətirdiyi begemotların bir qisminin məhv edilməsi ilə bağlı planı təsdiqləyib.