
Çində nəhəng layihə: Dünyanın ən böyük gəmi şlüzü tikilir
Çində Yantszı çayı üzərində yeni su nəqliyyatı layihəsinin icrasına start verilib. Layihə çərçivəsində dünyanın ən böyük gəmi şlüzünün inşası nəzərdə tutulur.
Çində Yantszı çayı üzərində yeni su nəqliyyatı layihəsinin icrasına start verilib. Layihə çərçivəsində dünyanın ən böyük gəmi şlüzünün inşası nəzərdə tutulur.
Gundem.today "Sinxua" agentliyinə istinadən xəbər verir ki, layihənin həyata keçirilməsi Yantszı çayında yükdaşımaların həcminin artması ilə bağlıdır. Dünyanın uzunluğuna görə üçüncü, Çinin isə ən böyük çayı olan Yantszıda gəmiçilik imkanlarının genişləndirilməsi planlaşdırılır.
Çin Dövlət Şurasının sədr müavini Din Syuesyan Hubey əyalətinin İçan şəhərində keçirilən mərasimdə "San Sya" ("Üç Dərə") adlı yeni su yolunun tikintisinə rəsmi start verib. Dəyəri 77.2 milyard yuan (təxminən 11.3 milyard dollar) olan layihə çərçivəsində mövcud "Üç Dərə" bəndinin şimal hissəsində beşsəviyyəli və iki xəttli gəmi şlüzü tikiləcək. Bundan əlavə, çayın aşağı axarında yerləşən kiçik bənddəki gəmiçilik qurğuları da modernləşdiriləcək.
Layihə başa çatdıqdan sonra "Üç Dərə" sisteminin illik yükötürmə qabiliyyəti demək olar ki, iki dəfə artaraq 336 milyon tona çatacaq.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaABŞ-nin hücum helikopteri İran dronu ilə vurulub - İDDİA - VİDEO
ABŞ-nin "AH-64 Apache" hərbi hücum helikopteri Hörmüz boğazı yaxınlığında qəzaya uğrayıb.
DünyaRusiyada partladılan avtomobildə Müdafiə Nazirliyinin idarə rəisi həlak olub - FOTO - VİDEO
Moskva vilayətinin Balaşixa şəhərində avtomobilin partlaması nəticəsində sürücü həyatını itirib.
Dünyaİsveçdə daimi yaşayış icazəsi ləğv edildi
İsveç parlamenti hökumətin sığınacaq axtaran şəxslər üçün daimi yaşayış icazəsinin ləğv edilməsi barədə təklifini dəstəkləyib.
DünyaDağıstanda qazpaylayıcı stansiyada partlayış baş verib - VİDEO
Dağıstanın Kizilyurt sənaye zonasında qazpaylayıcı stansiyada yanğın qeydə alınıb.