Son dəqiqə
Omanda yaşayış binasına hücum: İki xarici vətəndaş yaralandıBƏƏ-dən İrana SƏRT REAKSİYA: "Hücumlar dərhal dayandırılsın"ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında altı İran katerini məhv edibDünya mətbuatı Azərbaycan Prezidentinin "Avropa Siyasi Birliyi"nin Zirvə toplantısındakı çıxışından yazırBƏƏ-də həyəcan siqnalı verilir: Dubay və Şarcaya aviareyslərdə ləngimələr varAlmaniyada avtomobil piyadalara çırpıldı: Ölənlər və yaralananlar var - VİDEO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Siyasət
  3. Corcia Meloninin səfəri Azərbaycana nə vəd edir?
Corcia Meloninin səfəri Azərbaycana nə vəd edir?
Siyasət

Corcia Meloninin səfəri Azərbaycana nə vəd edir?

Bu gün
20:36
0 baxış
Paylaş:

Pərviz Heydərov yazır...

Pərviz Heydərov yazır...

Avropa ölkələrinin Azərbaycana durmadan artan marağı göz önündədir. Bunu son dövrlər ərzində həmin ölkələrin dövlət və hökumət başçılarının ölkəmizə ardıcıl səfərləri də əyani nümayiş etdirir. Sözsüz ki, bu, ölkəmizin bütün sahələrdə nüfuzunun yüksəlməsi ilə əlaqədardır. Azərbaycan nəinki regionda, həm də dünyada ən sabit ölkələrdən sayılır. Qeyd olunan sabitlik təkcə siyasi deyil, iqtisadi, maliyyə cəhətdən də hakim xarakter daşıyır.

Bundan əlavə, diqqəti və marağı cəlb edən həm də ölkəmizin sahib olduğu enerji resursları, o cümlədən bu sahədə infrastruktur və sənayedir. Dünənədək Azərbaycanımızda kifayət qədər qaz, neft və digər resurslar yoxdur deyənlər, bir neçə vaxtdır qapımızda növbəyə düzülüblər. Avropa ölkələri ilk növbədə neftə və qaza görə Bakıya yaxınlaşmaqdadırlar ki, bunu son günlər ərzində Latviya və Çexiyanın hökumət və dövlət başçılarının Qəbələyə səfərləri də sübut etdi.

İtaliyanın Baş naziri Corcia Meloninin ölkəmizə səfəri xüsusən böyük önəm daşıyır. İtaliya ilə Azərbaycan arasındakı münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır və adıçəkilən ölkə ölkəmizin Avropa İttifaqında ən başlıca siyasi, iqtisadi və ticarət tərəfdaşı sayılır. Ötən illər ərzində münasibətlərimiz çox sürətlə və müxtəlif istiqamətlərdə inkişaf edib. Siyasi əlaqələr ən yüksək səviyyədədir. Azərbaycanla İtaliya arasında iki strateji tərəfdaşlıq sənədi var ki, bunlardan biri 2015-ci ildə, Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə isə beş il əvvəl imzalanıb.

İqtisadi sahədə İtaliya ölkəmiz üçün birinci ticarət tərəfdaşıdır, bu sahədə dövriyyəmiz ildən-ilə genişlənməkdədir. Bu gün ümumi ticarət dövriyyəmizin 27.69%-i İtaliyanın payına düşməklə 2 604 508 580 ABŞ dolları təşkil edir. İxracımızda 46.07% payla İtaliya 2 488 913 610 ABŞ dollarına sahibdir ki, bu da birinci yerdə olmaq deməkdir. İdxalımızda isə bu ölkə 115 594 960 ABŞ dollarına sahib olmaqla 2.89% payla yeddinci yerdə qərar tutmaqdadır.

Göründüyü kimi, ölkələrimiz arasındakı ticarət balansında Azərbaycanın xeyrinə kəskin müsbət saldo hökm sürür. Bu da ondan irəli gəlir ki, Azərbaycan İtaliyanın xam neft idxalında ən mühüm tərəfdaşdır və keçən ilin yekunlarına görə, İtaliyanın ümumi neft tədarükünün təxminən 16.4%-ni biz təmin etmişik. Ümumiyyətlə, ölkəmizin ümumi xam neft ixracatında İtaliyanın payı 56.08% olmaqla bu ölkə Azərbaycan neftinin bir nömrəli alıcısı mövqeyində çıxış etməkdədir.

Ötən müddət ərzində ölkələrimizin dövlət başçıları tərəfindən bir neçə dəfə qarşılıqlı səfərlər həyata keçirilib. Sonuncu dəfə keçən ilin payızında İtaliya Prezidenti Sercio Mattarella ölkəmizə səfər etmişdi. Bu səfər iki ölkə arasında əməkdaşlıq əlaqələrinin genişlənməsi üçün əlavə təkan rolunu oynadı. Baş nazir Corcia Meloninin səfəri isə daha böyük önəm daşıyacaq. Sual oluna bilər ki, nəyə görə?!

Birincisi, ona görə ki, Azərbaycan-İtaliya münasibətlərinin bugünkü səviyyəsi fonunda C.Meloninin səfəri Yaxın Şərqdə hökm sürən məlum böhran səbəbindən enerji resursları ilə bağlı qlobal miqyasda qalmaqallı dövrə düşür və sözügedən konteksdə bizim bir neft-qaz ölkəsi olaraq dəyərimiz bir daha üzə çıxır.

Azərbaycan bu gün 16 ölkəyə təbii qaz ixrac edir ki, bunun da 10-u Avropa İttifaqının üzvü sayılır. Ölkəmiz boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına görə, dünyada aparıcı mövqelərdən birini tutur.

Ümumiyyətlə, Azərbaycan enerji resursları ilə təchizatda İtaliya üçün etibarlı tərəfdaş olduğunu çoxdan təsdiq edib. Cənub Qaz Dəhlizinin ən sonuncu qolu olan TAP işə salındıqdan sonra, 2020-ci il dekabrın 31-dən etibarən ölkəmizdən İtaliyaya 42 milyard kubmetrdən çox qaz çatdırılıb. Bu marşrut təkcə İtaliyanı, Yunanıstanı, Albaniyanı birləşdirmiş olsa da, Avropanın daxili bazarlarına Cənub Qaz Dəhlizi interkonnektorlar vasitəsilə şaxələnir.

Beləliklə də, ölkəmiz təkcə İtaliya üçün deyil, demək olar Avropanın əksər ölkələrinin enerji təhlükəsizliyi üçün bir növ töhfə mənbəyi sayılır və getdikcə də bu sahədə qaranta çevrilir.

İkincisi isə, Azərbaycanla İtaliya arasında əlaqələrin təkcə enerji sektoru üzrə deyil, qeyri-neft sektoru üzrə də inkişaf etdirilməsi və genişləndirilməsi hər iki ölkə üçün vacib məsələ sayılır. Bu gün ölkəmizdə sənaye, tikinti, ticarət və kənd təsərrüfatı sahələrində 100-dən çox İtaliya şirkəti fəaliyyət göstərir. Lakin hər iki ölkədə mövcud potensial nöqteyi-nəzərindən bu, çox azdır. Azərbaycan İtaliyadan maşın və mexanizmlər, elektrik avadanlıqları, nəqliyyat vasitələri, kimya sənayesi məhsulları və qida sənayesi malları idxal edir.

Qeyd edim ki, ümumiyyətlə, qeyri-neft sektoru üzrə müxtəlif istiqamətlərdə əməkdaşlıq imkanları var və bu sahədə potensial çox böyükdür. Hesab edirəm, bütün bunlar baş nazirin səfəri zamanı çox güman, ciddi müzakirə mövzusu sayılacaq.

Və sonuncusu - üçüncüsü də ki, İtaliya-Azərbaycan münasibətləri və əlaqələri onsuz da bütövlükdə Avropa İttifaqı üçün bir nümunə və örnək sayılırdı. C. Meloninin səfəri isə bunu daha çox ərz etdirəcək.

Xəbər maraqlı gəlib? So

#Siyasət#İtaliya#Corcia_Meloni

Oxşar Xəbərlər

Dünya mətbuatı Azərbaycan Prezidentinin "Avropa Siyasi Birliyi"nin Zirvə toplantısındakı çıxışından yazırSiyasət

Dünya mətbuatı Azərbaycan Prezidentinin "Avropa Siyasi Birliyi"nin Zirvə toplantısındakı çıxışından yazır

Dünyanın bir sıra aparıcı media qurumları mayın 4-də Ermənistanın paytaxtı İrəvanda keçirilən "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısına videobağlantı formatında qoşulan Azərbaycan Prezidenti İlham Əliyevin çıxışını geniş işıqlandırıb.

Bu gün
21:120
Corcia Meloni: "Əminəm ki, İtaliya ilə Azərbaycan arasındakı dostluq əlaqələri bundan sonra daha da inkişaf edəcək"Siyasət

Corcia Meloni: "Əminəm ki, İtaliya ilə Azərbaycan arasındakı dostluq əlaqələri bundan sonra daha da inkişaf edəcək"

"Əminəm ki, İtaliya ilə Azərbaycan arasında olan dostluq əlaqələri bundan sonra daha da inkişaf edəcək və daha yüksək səviyyələrə qalxacaq".

Bu gün
20:260
ICESCO-nun qərargahında "Natəvan Mədəni İrs Mükafatı"nın ilk qaliblərinin təltif edilməsi mərasimi olubSiyasət

ICESCO-nun qərargahında "Natəvan Mədəni İrs Mükafatı"nın ilk qaliblərinin təltif edilməsi mərasimi olub

Mayın 4-də Mərakeşdə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) baş qərargahında keçirilən "İslam dünyasında münaqişə və münaqişədən sonrakı dövrdə mədəni irsin idarə edilməsi" mövzusunda beynəlxalq konfrans çərçivəsində Heydər Əliyev Fondunun və ICESCO-nun birgə təsis etdiyi "Natəvan Mədəni İrs Mükafatı"nın ("Natavan Heritage Excellence Award") ilk təqdimat mərasimi olub.

Bu gün
20:160
Prezident İlham Əliyev və İtaliya Nazirlər Şurasının sədri Corcia Meloni mətbuata bəyanatlarla çıxış ediblərSiyasət

Prezident İlham Əliyev və İtaliya Nazirlər Şurasının sədri Corcia Meloni mətbuata bəyanatlarla çıxış ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İtaliya Respublikası Nazirlər Şurasının sədri Corcia Meloni mətbuata bəyanatlarla çıxış ediblər.

Bu gün
20:140