Son dəqiqə
Sumqayıtda Dövlət Bayrağına hörmətsizlik edən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb - FOTO - VİDEOABŞ-İran gərginliyi pik həddə: Danışıqlar yox, güc dili önə çıxır? - VİDEOBakıda 257 nömrəli məktəbdə nə baş verir? - Polis hərəkətə keçdiRusiyada sərnişin helikopteri qəzaya uğradı: Yaralılar varBakıda Qlobal Cənubun Gənclər Platforması yaradılıbVüqar Hüseynov vəzifəsindən azad edildi
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Mədəniyyət
  3. Dekorativ sənətdə fərqli yanaşma: Mismar və iplərin harmoniyası - FOTOREPORTAJ
Dekorativ sənətdə fərqli yanaşma: Mismar və iplərin harmoniyası - FOTOREPORTAJ
Mədəniyyət

Dekorativ sənətdə fərqli yanaşma: Mismar və iplərin harmoniyası - FOTOREPORTAJ

Dünən
10:36
0 baxış
Paylaş:

Dekorativ-tətbiqi sənətin maraqlı istiqamətlərindən biri olan "string art" mismar və sapların köməyi ilə müxtəlif kompozisiyaların yaradılmasına əsaslanır.

Dekorativ-tətbiqi sənətin maraqlı istiqamətlərindən biri olan "string art" mismar və sapların köməyi ilə müxtəlif kompozisiyaların yaradılmasına əsaslanır.

Gundem.today PhotoStock.Az-a istinadla xəbər verir ki, XIX əsrin sonlarında İngiltərədə formalaşan bu sənət növü zamanla dünyada geniş yayılıb və müasir dövrdə yeni texnikalarla inkişaf etdirilib.

Bu istiqamətin yenilənmiş formalarından biri də filoqrafiyadır. Burada sap əvəzinə tellərdən istifadə olunur, daha dəqiq toxunuşlar və fərqli material həlləri ilə əsərlərə müasir görünüş verilir.

"String art" və filoqrafiya dekorativ sənətdə həm estetik görünüşü, həm də əl əməyinin incəliyini bir araya gətirən sənət növlərindən sayılır. Dekorativ-tətbiqi sənət ustası Minarə Mehdiyeva artıq 10 ildir bu sahədə çalışır. Onun diqqətini məhz qeyri-ənənəvi sənət növləri cəlb edib.

O, mismar və tellərin köməyi ilə Azərbaycan ənənələrini, milli motivləri və musiqi alətlərini fərqli formada canlandırmağa üstünlük verir.

Minarə Mehdiyevanın fikrincə, hər ideya özünə uyğun ifadə formasını tapmalıdır və bu müxtəliflik onun yaradıcılığında üstünlük hesab olunur.

Əl işləri əsasən yerli və xarici turistlər tərəfindən alınır. Bundan başqa müxtəlif dövlət qurumları tərəfindən korporativ hədiyyələr və xüsusi qonaqlar üçün də sifarişlər verilir.

Minarə Mehdiyeva fəaliyyət göstərdiyi illər ərzində çoxsaylı fərdi və qrup sərgilərində iştirak edib. Azərbaycan Rəssamlar İttifaqının üzvü olaraq təşkil edilən sərgilərdə mütəmadi yer alır və yaradıcılığını geniş auditoriyaya təqdim edir.

Mismar və tellərlə sənət əsərləri yaradan Minarə Mehdiyeva ilə fotoreportajı təqdim edirik:

Daha çox foto burada: PhotoStock.az

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Mədəniyyət#Əl_işləri#Azərbaycan_Respublikası#Sənət

Oxşar Xəbərlər

Qəzənfər Abbasov: "Attestasiya olunan müəllimlərin bir qisminin musiqidən anlayışı yox idi"Mədəniyyət

Qəzənfər Abbasov: "Attestasiya olunan müəllimlərin bir qisminin musiqidən anlayışı yox idi"

"Attestasiyadan keçməyən müəllimlərin yenidən işlə təmin olunmasına müsbət yanaşmıram".

Bu gün
17:580
Bir sıra müəllimlərin ƏMƏKHAQQILARI ARTIBMədəniyyət

Bir sıra müəllimlərin ƏMƏKHAQQILARI ARTIB

"Son iki il ərzində musiqi və incəsənət məktəblərində çalışan 10 min müəllim attestasiya olunub".

Bu gün
17:340
Səhnəmizin "Gülnar"ı, Xalq artisti Firəngiz Mütəllimovanın DOĞUM günüdür - FOTO - VİDEOMədəniyyət

Səhnəmizin "Gülnar"ı, Xalq artisti Firəngiz Mütəllimovanın DOĞUM günüdür - FOTO - VİDEO

Bu gün Xalq artisti Firəngiz Mütəllimovanın ad günüdür.

Bu gün
13:000
Görkəmli rejissor Ramiz Həsənoğlunun 80 illik yubileyi qeyd edildi - VİDEOMədəniyyət

Görkəmli rejissor Ramiz Həsənoğlunun 80 illik yubileyi qeyd edildi - VİDEO

Azərbaycanın Xalq artisti, görkəmli kino və televiziya rejissoru Ramiz Həsənoğlunun 80 illik yubileyi qeyd edilib.

Bu gün
00:420