Son dəqiqə
Ölkəmizdə psixi xəstələrin sayı sürətlə artır - ŞOK RƏQƏMLƏREIA Azərbaycanda neft hasilatı üzrə proqnozunu yüksəldibABŞ-nin hücum helikopteri İran dronu ilə vurulub - İDDİA - VİDEOAğdamda məktəbli qız Bərdə sakini ilə qaçdıRusiyada partladılan avtomobildə Müdafiə Nazirliyinin idarə rəisi həlak olub - FOTO - VİDEOİsveçdə daimi yaşayış icazəsi ləğv edildi
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Siyasət
  3. Dəmiryol nəqliyyatının infrastrukturunun saxlanması və ondan istifadə qaydaları təsdiq edilib
Dəmiryol nəqliyyatının infrastrukturunun saxlanması və ondan istifadə qaydaları təsdiq edilib
Siyasət

Dəmiryol nəqliyyatının infrastrukturunun saxlanması və ondan istifadə qaydaları təsdiq edilib

16:40
0 baxış
Paylaş:

Nazirlər Kabineti "Ümumi istifadədə olan dəmiryol nəqliyyatının infrastrukturunun saxlanması və ondan istifadə" Qaydalarını təsdiq edib.

Nazirlər Kabineti "Ümumi istifadədə olan dəmiryol nəqliyyatının infrastrukturunun saxlanması və ondan istifadə" Qaydalarını təsdiq edib.

Gundem.today xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, infrastrukturun saxlanmasını və ondan istifadənin idarə olunmasını Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, eləcə də Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) təklifləri nəzərə alınmaqla infrastruktur sahibi həyata keçirir.

Dəmiryol nəqliyyatında fəaliyyətin və hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə infrastrukturun texniki cəhətdən saz vəziyyətdə olması təmin edilməli, o cümlədən texniki baxışlar keçirilməli, təmir rejimlərinə, istismar qaydalarına riayət olunmalı, həmçinin ölçmə və nəzarət vasitələri daim işlək vəziyyətdə olmalıdır. İnfrastrukturun saxlanmasında qabaqcıl təcrübədən istifadə edilməklə ağıllı nəqliyyat sistemləri, rəqəmsal dispetçer idarəetməsi və avtomatlaşdırılmış monitorinq vasitələri tətbiq edilə bilər. İnfrastrukturun saxlanması infrastruktur sahibinin təsərrüfat fəaliyyətindən əldə olunan vəsaitlər, o cümlədən infrastrukturun istifadəyə verilməsindən əldə edilən gəlirlər və qanunla qadağan edilməyən digər mənbələr hesabına həyata keçirilir. Ümumi istifadədə olan dəmiryol infrastrukturu ilə əlaqəli olan qeyri-ümumi istifadəli dəmiryol nəqliyyatının infrastrukturu həmin infrastrukturun sahibi tərəfindən saz vəziyyətdə saxlanılmalıdır.

İnfrastrukturdan bərabər, maneəsiz və ayrı-seçkilik qoyulmadan istifadə imkanı təmin edilməlidir. Qeyri-ümumi istifadəli dəmiryol xətlərindən ümumi istifadədə olan dəmiryol xətlərinə çıxış "Azərbaycan Dəmir Yolları" (ADY) QSC ilə razılaşdırılır. İnfrastrukturdan istifadəyə görə xidmətlər qanunvericiliklə müəyyən edilmiş qaydada infrastruktur sahibi ilə müvafiq olaraq daşıyıcı, yükgöndərən, yükalan və ekspeditor, qeyri-ümumi istifadəli dəmiryol sahibləri və digər fiziki və hüquqi şəxslər (bundan sonra - infrastrukturdan istifadə edən subyektlər) arasında bağlanılan müqavilə əsasında göstərilir.

İnfrastrukturdan istifadə edən subyektlər infrastrukturdan istifadə qaydalarına və hərəkətin təhlükəsizliyi tələblərinə əməl etməli, ətraf mühitə zərər vuran fəaliyyətə yol verməməli, infrastrukturdan istifadəyə görə ödənişləri vaxtında həyata keçirməli, infrastrukturdan istifadə ilə bağlı zəruri məlumatları infrastruktur sahibinə düzgün və vaxtında verməlidir. İnfrastrukturdan istifadə nəticəsində əldə olunan gəlirlər infrastruktur sahibinin sərəncamında saxlanılır və həmin vəsait müvafiq fəaliyyətin göstərilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada istifadə olunur.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Siyasət#Dəmir_yolu_nəqliyyatı#Əli_Əsədov#Nazirlər_Kabineti#Rəqəmsal_İnkişaf_və_Nəqliyyat_Nazirliyi#Azərbaycan_Dəmir_Yolları_QSC_(ADY)

Oxşar Xəbərlər

Fransanın ekoloji cinayətləri ifşa olundu - Bakı Təşəbbüs Qrupunun addımları nəticə verir - VİDEOSiyasət

Fransanın ekoloji cinayətləri ifşa olundu - Bakı Təşəbbüs Qrupunun addımları nəticə verir - VİDEO

Fransanın illərlə davam edən müstəmləkəçilik siyasətinin ən ağır nəticələrindən biri xlordekon qalmaqalı olub. Hazırda rəsmi Parisin dənizaşırı ərazilərdə yaratdığı bu ağır fəsadların aradan qaldırılması istiqamətində ilk addımlar atılır.

22:000
Azərbaycan Biznesinin İnkişafı Fonduna yeni səlahiyyət verilibSiyasət

Azərbaycan Biznesinin İnkişafı Fonduna yeni səlahiyyət verilib

Prezident İlham Əliyev sahibkarlıq subyektlərinə verilən kreditlər üzrə təminat və faiz subsidiyası mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər və bununla əlaqədar bir sıra fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

20:020
Prezident qeyri-neft-qaz mallarının ixrac və daşıma xərcləri ilə bağlı Fərman imzalayıbSiyasət

Prezident qeyri-neft-qaz mallarının ixrac və daşıma xərcləri ilə bağlı Fərman imzalayıb

Prezident İlham Əliyev qeyri-neft-qaz mallarının ixracının stimullaşdırılması və daşıma xərclərinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında Fərman imzalayıb.

19:580
"Azərbaycan Biznesinin İnkişafı Fondu"na yeni səlahiyyət verilibSiyasət

"Azərbaycan Biznesinin İnkişafı Fondu"na yeni səlahiyyət verilib

Prezident İlham Əliyev sahibkarlıq subyektlərinə verilən kreditlər üzrə təminat və faiz subsidiyası mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər və bununla əlaqədar bir sıra fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

20:020