Son dəqiqə
Vuçiç: "Macarıstanla Serbiya arasındakı infrastrukturu partlatmaq üçün detonatorlar aşkarlanıb""Mançester Siti" İngiltərə Kubokunda rekord müəyyənləşdirdiAzərbaycan gimnastı qızıl medal qazanıb - FOTOBir marşrutun hərəkət sxemi dəyişdirildiSosial şəbəkə istifadəçilərinin NƏZƏRİNƏ: Hansı paylaşımlar qanunsuz sayılır? - VİDEOƏbu-Dabidəki neft-kimya zavodunda YANĞIN
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Demoqrafik böhran qapıda: Məktəblər boşalır, müəllimlər risk altında
Demoqrafik böhran qapıda: Məktəblər boşalır, müəllimlər risk altında
Cəmiyyət

Demoqrafik böhran qapıda: Məktəblər boşalır, müəllimlər risk altında

Bu gün
11:12
0 baxış
Paylaş:

Son bir neçə il ərzində Azərbaycanda əhalinin artım tempində azalmanın müşahidə olunması Milli Məclisdə də gündəmə gəlib. Milli Məclis sədrinin müavini Əli Əhmədov bununla əlaqədar yaxın gələcəkdə məktəblərdə oxuyan uşaqların sayının əhəmiyyətli dərəcədə azalacağını qeyd edib. Belə ki, 2015-ci ildə Azərbaycanda 160 mindən çox uşaq doğulduğu halda, 2025-ci ildə bu göstərici 100 minin altında olub: "Bu isə o deməkdir ki, növbəti dövrlərdə məktəblərimizdə oxuyanların sayı əhəmiyyətli dərəcədə azala

Son bir neçə il ərzində Azərbaycanda əhalinin artım tempində azalmanın müşahidə olunması Milli Məclisdə də gündəmə gəlib. Milli Məclis sədrinin müavini Əli Əhmədov bununla əlaqədar yaxın gələcəkdə məktəblərdə oxuyan uşaqların sayının əhəmiyyətli dərəcədə azalacağını qeyd edib. Belə ki, 2015-ci ildə Azərbaycanda 160 mindən çox uşaq doğulduğu halda, 2025-ci ildə bu göstərici 100 minin altında olub: "Bu isə o deməkdir ki, növbəti dövrlərdə məktəblərimizdə oxuyanların sayı əhəmiyyətli dərəcədə azalacaq və bu vəziyyət 50 minə yaxın müəllimin ixtisarı riskini yarada bilər".

Maraqlıdır, təhsil sistemimiz yaxın gələcəkdə demoqrafik azalma səbəbindən mütəxəssis artıqlığı ilə üzləşərsə, problemdən çıxış yolu necə tapılacaq?

"Kaspi" qəzeti hazırda ABŞ-də çalışan təhsil eksperti Qoşqar Məhərrəmovla müsahibədə bu problemin həlli yollarına nəzər salıb.

- Qoşqar müəllim, statistika ölkəmizdə demoqrafik azalmanı göstərir. Məsələn, 2024-2025 tədris ilində 132 261, 2025-2026 tədris ilində 130 000 uşaq 1-ci sinfə gedib.

- Demoqrafik azalma baş verdiyi təqdirdə təbii ki, məktəblərdə şagird sayı da azalacaq. Məktəblərdə üç, beş və ya 10 nəfərlik siniflər yaranacaq. Azərbaycan dövləti təhsili xalqa icbari formada təqdim edir. Ona görə də düşünürəm ki, əhalinin sayının azalması müəllim ixtisarı ilə nəticələnməməlidir. Digər tərəfdən, bizdə onsuz da bir çox məktəbdə 30-35 nəfərlik siniflər var. Hazırda bir sinif 25 nəfərlə komplektləşir. Biz əvvəlcə bunu 25 olaraq qeyd etmişdiksə, zaman keçdikcə 15-ə endirməliyik. Zatən tədqiqatlar da çox zaman qeyd edir ki, şagird sayı çox olduqda differeansiallaşdırma, individual qayğı, fərdi yanaşma çətin olur. Bu baxımdan, sinifdə şagird sayının az olması, müəllim üçün də, təhsil üçün də yaxşı nəticə verə, təhsilin keyfiyyətini artıra bilər. Biz demoqrafik azalmanı fürsətə çevirə bilərik. Əgər bəzi kənd və qəsəbələrdə şagird sayı düzəlmirsə, o halda məktəblər birləşdirilməli, müəllimlər böyük məktəblərdə işləməyə davam etməlidirlər.

- Şagird sayının azalması müəllimlərin dərs bölgüsünə təsir edə, əməkhaqlarının azalmasına səbəb ola bilərmi?

- Təbii ki, şagird sayının azalması bəzi məktəblərdə müəllimlərin dərs bölgüsünə mənfi təsir edəcək. Amma şagird sayını siniflərdə azaltsaq, özəl məktəblər kimi bir sinifdə 15 şagirdin olmasına çalışsaq, onda problem olmayacaq. Az resursla çox iş görmək keyfiyyəti aşağı salır. Bir müəllimlə 30 nəfərə tədris etmək fikrindən daşınmalı, şagird sayını azaltmalı, bir müəllimlə 15-20 şagirdə dərs vermək istiqamətində addım atmalıyıq. Onda dərs sayı azalmayacaq. Nəticədə əməkhaqqı da azalmayacaq. Bu da təhsilin keyfiyyətinin artırılması ilə nəticələnə bilər. Bəzi elmi ədəbiyyatlardan oxuyuruq ki, Çində, Yaponiyada şagird sayı çoxdur, amma tədrisin keyfiyyəti yaxşıdır. Ancaq bunu nəzərə almalıyıq ki, onların ailədən gələn tərbiyə, əxlaq normaları, ənənələri müəllimə qulaqasma yönümlüdür. Onlar sinifdə çox sakit, dərsə qarşı da çox ciddidirlər. Ona görə müəllim bir sinifdə 40 nəfərə dərs keçə bilir. Amma hazırkı dünyada - Cənubi Qafqaz, Avropa və Amerikada şagird sayının azaldılması üçün çalışılır.

- Hər il ali məktəblər pedaqoji fakültələrə tələbə qəbulunu artırır. Gələcəkdə müəllim əməyinə ehtiyac azalacaqsa, həmin məzunların taleyi necə olacaq?

- Artıq ali təhsil müəssisələrindəki ixtisaslar simvolik xarakter daşıyır. Həmin ixtisasları seçənlər biməlidirlər ki, biz artıq bazar iqtisadiyyatına keçmişik. Sovet dövründə deyirdik ki, beş il sonra bizim filan qədər müəllimə ehtiyacımız yaranacaq, universitetlərdə filan qədər tələbə olacaq. İndi isə deyirik ki, universitetlər giriş qapılarını geniş açsın. Nə qədər tələbə gələ bilirsə, cəlb etsin. Gözləntidən uzaqlaşmalıyıq. Müəllim ixtisasına yiyələnənlər tədris kurslarında, bağçalarda və ya fərqli sferalarda işləyə bilərlər. Artıq peşələr arasındakı likvidlik, axıcılıq artır. Bir şəxs müəllim ixtisasından məzun olduğu üçün məcbur deyil ki, mütləq müəllim işləsin. Bunu ali təhsil müəssisəsi deyil, tələbə özü düşünməlidir.

- Ötən il Azərbaycanda 96 məktəbin fəaliyyəti dayandırılıb. Bu fakt da şagird sayının azalması nəticəsində baş verən problemə diqqət çəkir…

- Rayon yerlərində 3-5 şagirdi olan məktəblər birləşdirilməlidir. Auditoriyaya xitab edən məktəb rentabelli sayıla bilməz. 3-5 nəfərlik məktəbdə təhsil mühitinin də yaxşı qurulması çox çətindir. Az şagird kontingentinə malik məktəblərin fəaliyyətinin dayandırılması gözləniləndir. Amma bağlanan məktəbin şagirdinə "artıq sənin kəndində məktəb yoxdur, başqa məktəbə getməlisən" deyilməməlidir. Bunu edəriksə, şagirdin təhsil hüququnu əlindən almış oluruq. Bu öhdəliyi valideynə buraxırıqsa, o da "mənim övladımı başqa məktəbə göndərməyə imkanım yoxdur" deyə bilər.

- Necə bilirsiniz, distant təhsil bu boşluğu doldura bilərmi?

- Ucqarlarda yaşayanlar üçün distant təhsil ənənəvi təhsilin yerini verə bilməz. Ona görə də daşımalı təhsili daha uyğun hesab edirik. Türkiyə modelində olduğu kimi şagirdlər dövlət və bələdiyyələr tərəfindən təşkil olunan avtobuslarla mə

#Cəmiyyət#Ümumi_orta_təhsi#Müəllim#Şagirdlər

Oxşar Xəbərlər

Bir marşrutun hərəkət sxemi dəyişdirildiCəmiyyət

Bir marşrutun hərəkət sxemi dəyişdirildi

53 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib.

Bu gün
15:240
Sosial şəbəkə istifadəçilərinin NƏZƏRİNƏ: Hansı paylaşımlar qanunsuz sayılır? - VİDEOCəmiyyət

Sosial şəbəkə istifadəçilərinin NƏZƏRİNƏ: Hansı paylaşımlar qanunsuz sayılır? - VİDEO

Sosial şəbəkələrdə paylaşılan bir çox məzmun qanunvericilik baxımından məsuliyyət yarada bilər.

Bu gün
15:120
Füzuli şəhərində üç min yeni iş yeri yaradılıb - VİDEOCəmiyyət

Füzuli şəhərində üç min yeni iş yeri yaradılıb - VİDEO

Füzuli şəhərində üç min yeni iş yeri yaradılıb.

Bu gün
14:481
Nazir Badamdardakı sürüşmə zonasına getdi - VİDEO - FOTOCəmiyyət

Nazir Badamdardakı sürüşmə zonasına getdi - VİDEO - FOTO

Son günlər yağan intensiv yağışlardan sonra Badamdar yamacında sürüşmə sahəsində yaranmış aktivliklə əlaqədar Badamdar-20-ci Sahə avtomobil yolunda nəqliyyatın hərəkəti dayandırılıb, əraziyə müvafiq qurumların əməkdaşları cəlb olunublar.

Bu gün
14:562