
Din xadimləri Qarabağ və Şərqi Zəngəzurdakı tarixi-dini abidələri ziyarət ediblər
Şamaxı rayonunda fəaliyyət göstərən din xadimləri Qarabağ və Şərqi Zəngəzurdakı tarixi-dini abidələri ziyarət ediblər. Səfər zamanı iştirakçılar Şuşa şəhərindəki Yuxarı Gövhər Ağa, Aşağı Gövhər Ağa, Çöl Qala, Saatlı və Mamayı, Ağdam rayonundakı Cümə və Qiyaslı məscidlərində, həmçinin Zəngilan məscidində olublar.
Şamaxı rayonunda fəaliyyət göstərən din xadimləri Qarabağ və Şərqi Zəngəzurdakı tarixi-dini abidələri ziyarət ediblər. Səfər zamanı iştirakçılar Şuşa şəhərindəki Yuxarı Gövhər Ağa, Aşağı Gövhər Ağa, Çöl Qala, Saatlı və Mamayı, Ağdam rayonundakı Cümə və Qiyaslı məscidlərində, həmçinin Zəngilan məscidində olublar.
Gundem.today xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Onlara abidələrin tarixi və memarlıq xüsusiyyətləri, işğal dövründə məruz qaldıqları dağıntılar, eləcə də işğaldan azad olunduqdan sonra həmin dini-mədəni irs nümunələrində Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən bərpa işləri barədə ətraflı məlumat verilib.
Ziyarətlər zamanı işğal dövründə dağıdılmış və ya ciddi zərər görmüş tarixi-dini abidələrin mövcud vəziyyəti, onların bərpası istiqamətində dövlət tərəfindən görülən sistemli tədbirlər iştirakçıların diqqətinə çatdırılıb. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bərpa və yenidənqurma proqramlarında dini və mədəni irsin qorunması xüsusi diqqət mərkəzində saxlanılır. Bu istiqamətdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən bir çox layihələr icra olunur. Fondun dəstəyi ilə bölgədə yerləşən dini abidələrin, ziyarətgahların restavrasiyası istiqamətində mühüm işlər görülür.
Qeyd edək ki, belə səfərlər din xadimlərinin tarixi abidələrimizin bərpası və regionda aparılan yenidənqurma prosesləri barədə məlumatlılığının artırılmasına xidmət edir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətBakı Dairəvi Yolunda təhlükəli vəziyyət - VİDEO
Bakı Dairəvi Yolunda yaranan nasazlıq sürücülərə ciddi maddi ziyan vurur. Asfalt örtüyünün ortasından çıxan dəmirlər hərəkətdə olan avtomobillərin təkərlərini sıradan çıxarıb.
CəmiyyətBakıda yeni söküntülər və abadlıq layihələri: Hansı ərazilər dəyişəcək?
Bakıda həyata keçirilən yenidənqurma və şəhərsalma layihələri çərçivəsində bir sıra ərazilərdə söküntü və abadlaşdırma işlərinin aparılması nəzərdə tutulur.
Cəmiyyətİş müsahibələrində qıcıqlandırıcı suallar: Namizədlər hansı hallarda stresə düşürlər? - VİDEO
İş üçün müraciət edən şəxslər müsahibə zamanı bəzən "Sizi niyə işə götürməliyik?", "Azyaşlı övladlarınız varmı?", "Stres altında işləməyi bacarırsınızmı?" kimi gözlənilməz və bəzən şəxsi həyata toxunan suallarla qarşılaşırlar. Müsahiblər bildirirlər ki, bir çox hallarda iş görüşmələrində vakansiya ilə birbaşa əlaqəsi olmayan, qıcıqlandırıcı hesab edilən suallar namizədlərdə çaşqınlıq yaradır.
CəmiyyətMehdiabadda ev alan sakinlər ŞİKAYƏT ETDİLƏR: "Nə binanı təhvil verirlər, nə də pulumuzu qaytarırlar" - VİDEO
Mehdiabadda 2021-ci ildə tikintisi başlanan beşmərtəbəli yaşayış binası hələ də istifadəyə verilməyib. Mənzil sahibləri beş ildir gözləyir, nə bina təhvil verilir, nə də ödənilən pullar qaytarılır.