
Dünyanın ən böyük film şirkətlərindən biri yüzlərlə əməkdaşını ixtisar edəcək
12 mindən çox işçisi olan dünyanın ən böyük film şirkətlərindən sayılan "Sony Pictures Entertainment" yüzlərlə işçisini ixtisar etməyi planlaşdırır.
12 mindən çox işçisi olan dünyanın ən böyük film şirkətlərindən sayılan "Sony Pictures Entertainment" yüzlərlə işçisini ixtisar etməyi planlaşdırır.
Gundem.today bu barədə "Variety"yə istinadən xəbər verir.
Məlumata görə, ixtisarlar növbəti bir neçə ay ərzində dünya üzrə oyun şoularının və qeyri-bədii televiziya departamentinin işçilərini də əhatə edəcək. Qərar xərclərə qənaət məqsədilə verilib.
Bundan əlavə, qeyd olunub ki, komediya layihələrinin inkişafı üzrə icraçı vitse-prezident Kolin Devisin də vəzifəsi ixtisara düşəcək. "Sony Pictures Entertainment"in baş direktoru Ravi Ahuja bildirib ki, şirkət franşiza inkişaf strategiyası və brendin genişləndirilməsi sahələrində böyüməni hədəfləyir. Bu da təbii olaraq, şirkətin strukturunda və investisiya məqsədlərində dəyişikliklər tələb edir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaTarixdə ilk dəfə Ayın orbitindən Beynəlxalq Kosmik Stansiyasına zəng edilib
"Artemis II" missiyasının astronavtları Beynəlxalq Kosmik Stansiyaya (BKS) zəng edə biliblər. Kosmosda bu cür ünsiyyət tarixdə ilk dəfə baş tutub.
Dünyaİran parlamentinin sədri: "ABŞ İranın sülh təklifinin üç bəndini pozub"
"ABŞ danışıqlar başlamazdan əvvəl İranın 10 bəndlik təklifinin üç əsas bəndini artıq pozub".
DünyaVens, Uitkoff və Kuşner İranla danışıqlar aparmaq üçün İslamabada yollanacaqlar
ABŞ-nin vitse-prezident Cey. Di. Vens, Prezident Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və prezidentin kürəkəni Cared Kuşnerin başçılıq etdiyi danışıqçılar komandası aprelin 11-də İranla danışıqlar aparmaq üçün Pakistanın paytaxtı İslamabada yola düşəcək.
DünyaAğ Ev: "İran tamamilə fərqli sülh planı təqdim edib"
"Vaşinqton Administrasiyası İranla danışıqları yalnız Hörmüz boğazının gəmiçilik üçün açıq olması şərtilə aparmaq niyyətindədir".