Son dəqiqə
"Qarabağ" Türkiyə klubunda çıxış edən hücumçu ilə maraqlanırİlham Əliyev və Edqars Rinkeviçs mətbuata bəyanatlarla çıxış edirlərAvropa liderlərindən sərt mesaj: Müdafiə hazırlığı sürətləndirilməlidirAzərbaycan-Latviya sənədləri mübadilə edilibUNEC-in professoru vəfat edib - FOTOAzərbaycan və Latviya prezidentlərinin geniş tərkibdə görüşü keçirilib - FOTO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Siyasət
  3. Əli Əsədov: "Azərbaycan Xəzərin dayazlaşmasına qarşı birgə mübarizəyə çağırır"
Əli Əsədov: "Azərbaycan Xəzərin dayazlaşmasına qarşı birgə mübarizəyə çağırır"
Siyasət

Əli Əsədov: "Azərbaycan Xəzərin dayazlaşmasına qarşı birgə mübarizəyə çağırır"

Bu gün
12:08
0 baxış
Paylaş:

"Xəzər dənizinin sürətlə dayazlaşması fonunda Azərbaycan Xəzəryanı ölkələrin əməkdaşlığının gücləndirilməsinə çağırır".

"Xəzər dənizinin sürətlə dayazlaşması fonunda Azərbaycan Xəzəryanı ölkələrin əməkdaşlığının gücləndirilməsinə çağırır".

Gundem.today "Report"a istinadla xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Astanada keçirilən RES2026 regional ekoloji sammitində çıxışı zamanı bəyan edib.

Onun sözlərinə görə, Xəzər dənizinin səviyyəsinin düşməsi region üçün ən kəskin problemlərdən biri olaraq qalır:

"Bakı Xəzəryanı ölkələr arasında bu çağırışa effektiv müqavimət göstərmək üçün əməkdaşlığın gücləndirilməsini ardıcıl olaraq dəstəkləyir".

Ə.Əsədov xatırladıb ki, Azərbaycanın təşəbbüsü ilə artıq Qazaxıstan, Rusiya və Türkmənistanla Xəzərin dayazlaşmasının səbəblərinin öyrənilməsi və müvafiq cavab tədbirlərinin hazırlanması üçün ikitərəfli işçi qrupları yaradılıb:

"Xəzərin dayazlaşmasına iqlim dəyişikliyi əhəmiyyətli təsir göstərir. Azərbaycanda iqlim dəyişikliklərinin dənizin ekosisteminə mənfi təsirinin minimuma endirilməsi üçün ardıcıl tədbirlər görülür".

Baş nazir əlavə edib ki, ölkə bu vəzifələrin həllinə sistemli yanaşır, iqtisadi inkişafı ekoloji məqsədlərlə uzlaşdıraraq, "yaşıl" enerjiyə keçidə və bərpa olunan enerji mənbələrinin inkişafına xüsusi diqqət yetirir.

Ə.Əsədovun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə "yaşıl enerji zonalarının" yaradılmasına da xüsusi diqqət yetirilir, burada hidroenergetika sahəsində layihələr fəal şəkildə həyata keçirilir.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Siyasət#Xəzər_dənizi#dayazlaşma#ekologiya#Əli_Əsədov#iqlim_dəyişikliyi#RES2026#yaşıl_enerji#əməkdaşlıq#Azərbaycan#Xəzəryanı_ölkələr

Oxşar Xəbərlər

İlham Əliyev və Edqars Rinkeviçs mətbuata bəyanatlarla çıxış edirlərSiyasət

İlham Əliyev və Edqars Rinkeviçs mətbuata bəyanatlarla çıxış edirlər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçs mətbuata bəyanatlarla çıxış edirlər.

Bu gün
12:450
Azərbaycan-Latviya sənədləri mübadilə edilibSiyasət

Azərbaycan-Latviya sənədləri mübadilə edilib

Aprelin 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçsin iştirakı ilə Azərbaycanla Latviya arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi olub.

Bu gün
12:410
Azərbaycan və Latviya prezidentlərinin geniş tərkibdə görüşü keçirilib - FOTOSiyasət

Azərbaycan və Latviya prezidentlərinin geniş tərkibdə görüşü keçirilib - FOTO

Aprelin 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçs ilə geniş tərkibdə görüşü keçirilib.

Bu gün
12:370
YAP-ı MSK-da təmsil edəcək namizədlərin SİYAHISI - FOTOSiyasət

YAP-ı MSK-da təmsil edəcək namizədlərin SİYAHISI - FOTO

Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin növbəti iclası keçirilib.

Bu gün
12:260