Son dəqiqə
Zaqatalada yük maşını qaz xəttinə çırpıldı, bəzi ərazilər qazsız qaldıAzərbaycanlı ailənin Parisdə əllərindən alınan övladları geri qaytarıldılar - FOTOABŞ-də hantavirusla əlaqədar 3-cü səviyyəli fövqəladə vəziyyət elan edildiŞahdağa qar yağıb, Gədəbəyə dolu düşüb - FAKTİKİ HAVAXanlar Vəliyevin qızına yeni vəzifə verildi"SALOGLU Mebel"də sonuncu fabrik kampaniyasının bitmə tarixi açıqlandı - VİDEO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Siyasət
  3. Erməni lobbisinin uğursuz muzdlusu: Okamponun videosu kimləri ifşa etdi? - FOTO
Erməni lobbisinin uğursuz muzdlusu: Okamponun videosu kimləri ifşa etdi? - FOTO
Siyasət

Erməni lobbisinin uğursuz muzdlusu: Okamponun videosu kimləri ifşa etdi? - FOTO

30 aprel 2026
17:40
0 baxış
Paylaş:

"Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru Luis Moreno Okamponun Nikol Paşinyan və komandasını hədəfə almaqla yenidən fəallaşması seçki ərəfəsində Ermənistanın revanşist dairələrindən, o cümlədən bütövlükdə gərginləşən situasiyadan faydalanmaq və bu proseslərdən qazanclı çıxmaq cəhdidir".

"Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru Luis Moreno Okamponun Nikol Paşinyan və komandasını hədəfə almaqla yenidən fəallaşması seçki ərəfəsində Ermənistanın revanşist dairələrindən, o cümlədən bütövlükdə gərginləşən situasiyadan faydalanmaq və bu proseslərdən qazanclı çıxmaq cəhdidir".

Bunu Gundem.today-a açıqlamasında deputat Bəhruz Məhərrəmov bildirib.

Onun sözlərinə görə, Okampo özlüyündə normal imicli persona hesab edilmir və doqquz illik fəaliyyəti boyu Konqo, Sudan, Uqanda kimi ölkələrdə baş verən müharibələrlə bağlı araşdırmalarda qərəzli yanaşmaları və bütövlükdə fəaliyyəti boyu korrupsiyaya meyli ilə "şöhrətlənib":

"Səlahiyyətlərini başa vurduqdan sonra onun adına offşor hesabların meydana çıxması bu iddiaları daha da möhkəmləndirib. Beynəlxalq cinayət mühakimə icraatının önəmli simaları və bir çox ekspertlər Okamponu məhkəmələri siyasiləşdirməkdə, o cümlədən maraq güddüyü istiqamətlərdə ayrı-ayrı ölkələri hədəfə almaqda ittiham ediblər. Okamponun fəaliyyəti dövründə çox az sayda hökmün çıxarılması onun iş metodlarının tənqid olunmasına, fəaliyyətinin korrupsiya meyillərinə əsaslanmasına yönələn ittihamların meydana çıxmasına səbəb olub. Lakin çox təəssüf ki, bu iddialar istiqamətində hansısa siyasi və hüquqi araşdırma aparılmayıb, yaxud aidiyyəti araşdırmalar real addımlarla nəticələnməyib. Bu isə Okampoya sifarişli böhtançı fəaliyyətinin sərhədlərini daha da genişləndirməyə və bu istiqamətdə qazandığı pullarla biznes imperiyası qurmağa şərait yaradıb.

Təbii ki, Luis Moreno Okamponun bu "potensialı" və prokurorluq fəaliyyəti dövründə qurduğu əlaqələr, onsuz da, konsepsiyasını miflər və böhtan üzərində qurmuş erməni lobbilərinin və revanşist erməni milyarderlərin diqqətindən kənarda qala bilməzdi. Eyni zamanda, mahiyyətcə muzdlu olan Okampo da bu fürsəti əlindən verməmiş, Vətən müharibəsi və antiterror tədbirləri periodunda Azərbaycan əleyhinə çoxsaylı qərəzli bəyanatlar və birtərəfli "araşdırmalara" əsaslanan hesabatlar yayımlamaqla informasiya müharibəsində işğalçı tərəfin muzdlu qatilinə çevrilmişdi.

Lakin Prezident İlham Əliyevin qətiyyəti qarşısında erməni təcavüzünün fiaskosu eyni zamanda bu təhlükəli konsepsiyanın digər icraçılarının da məğlubiyyəti olduğu üçün Okampo proseslərdən "uğursuz muzdlu" kimi ayrılmalı oldu".

Deputat əlavə edib ki, hazırda Ermənistanda seçki ərəfəsində Okampo yenidən fəallaşmaqla həm anti-Azərbaycan fəaliyyətindəki fiaskosunun məsuliyyətini Paşinyanın üzərinə ataraq "sifarişçiləri" qarşısında "bəraət almaq", həm də yeni həssas situasiyada yeni sifariş almaq məqsədi daşıyır:

"Erməni lobbisindən yeni sifarişi almaq isə təbii ki, yalnız Azərbaycan-Ermənistan sülh prosesini hədəfə götürməklə mümkündür. Təbii ki, hazırkı geosiyasi şəraitdə bu kimi cəhdlər indidən fiaskoya məhkumdur, lakin Okampo özü də bilmədən özü ilə bərabər Avropa İttifaqında konkret adlar sadalamaqla, əslində, mütəşəkkil korrupsiya şəbəkəsini ifşa etmiş oldu".

Xatırladaq ki, BMT Beynəlxalq Məhkəməsinin sabiq prokuroru Luis Okamponun oğlu Tomasa tövsiyə xarakterli videosu yayılıb. Videoda Nikol Paşinyanın hakimiyyətdən uzaqlaşdırılmasının vacibliyi vurğulanır, eyni zamanda, Avropa strukturlarına təsir imkanlarından açıq şəkildə bəhs olunur. Okampo iddia edir ki, komandasında Avropa Parlamenti ilə əlaqələri olan şəxslər mövcuddur və bu vasitə ilə Avropa siyasətinə təsir göstərmək, müxtəlif məsələləri gündəmə çıxarmaq və təzyiq mexanizmlərini işə salmaq mümkündür.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Siyasət#Luis_Moreno_Okampo#Avropa_İttifaqı#erməni_lobbisi#korrupsiya_qalmaqalı#anti-Azərbaycan_fəaliyyəti#Nikol_Paşinyan#Bəhruz_Məhərrəmov#siyasi_lobbiçilik#sülh_prosesi#Avropa_Komissiyası

Oxşar Xəbərlər

BMT-nin forumunda 42 ölkə adından çıxış etmək hüququ Azərbaycana verilib - FOTOSiyasət

BMT-nin forumunda 42 ölkə adından çıxış etmək hüququ Azərbaycana verilib - FOTO

Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu-Yorkdakı Baş Qərargahında keçirilən ikinci Beynəlxalq Miqrasiya İcmalı Forumunun üçüncü günündə plenar sessiya baş tutub.

Bu gün
10:540
İnsan alverinə qarşı yeni fəaliyyət planı Prezidentə təqdim olunubSiyasət

İnsan alverinə qarşı yeni fəaliyyət planı Prezidentə təqdim olunub

İnsan alverinə qarşı mübarizəyə dair fəaliyyət planı təsdiqlənməsi üçün Azərbaycan Prezidentinə təqdim edilib.

Bu gün
10:000
Keçmiş məcburi köçkün: "Xocavəndə qayıtdığım üçün çox həyəcanlıyam"Siyasət

Keçmiş məcburi köçkün: "Xocavəndə qayıtdığım üçün çox həyəcanlıyam"

"Beş yaşımda Xocavəndi ailəmlə birlikdə tərk etmək məcburiyyətində qalmışam. İndi 37 yaşımda yenidən doğma yurdumuza qayıdıram".

Bu gün
07:110
Ağdam və Xocavəndə yeni həyat qayıdır: Növbəti köç karvanları Bakıdan yola düşdü - VİDEOSiyasət

Ağdam və Xocavəndə yeni həyat qayıdır: Növbəti köç karvanları Bakıdan yola düşdü - VİDEO

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Bu gün
06:590