
Ermənistanda seçkinin ilkin nəticələri açıqlandı: Paşinyanın partiyası liderdir - VİDEO
Ermənistan Mərkəzi Seçki Komissiyasının açıqladığı ilkin nəticələrə əsasən, baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi "Vətəndaş Müqaviləsi" Partiyası parlament seçkisində liderlik edir.
Ermənistan Mərkəzi Seçki Komissiyasının açıqladığı ilkin nəticələrə əsasən, baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi "Vətəndaş Müqaviləsi" Partiyası parlament seçkisində liderlik edir.
Gundem.today xəbər verir ki, ilkin məlumatlara görə, 110 seçki məntəqəsi üzrə səslərin hesablanmasının nəticələrinə əsasən hakim partiya seçicilərin 57.14 faizinin səsini toplayıb.
Səslərin hesablanması davam edir və nəticələrin yenilənəcəyi gözlənilir.
Qeyd edək ki, daha əvvəl açıqlanan "exit-poll" nəticələri də "Vətəndaş Müqaviləsi" Partiyasının seçkilərdə üstünlük qazandığını göstərirdi.
07 iyun, 21:06
Ermənistanın baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi "Vətəndaş Müqaviləsi" Partiyası parlament seçkisində səslərin 56.7 faizini toplayır.
Gundem.today xəbər verir ki, bu barədə partiyaya yaxın "Civic News" internet resursu "Exit-poll" nəticələrinə istinadən məlumat yayıb.
Resursun məlumatına görə, rusiyaəsilli erməni biznesmen, "Taşir" Şirkətlər Qrupunun rəhbəri Samvel Karapetyanın "Güclü Ermənistan" Partiyası isə 17.5 faiz səs toplayır.
Rəsmi məlumatda isə bildirilir ki, səsvermə məntəqələrinin bağlandığı vaxt - saat 20:00-a olan məlumata görə, seçici fəallığı 58.97 faiz təşkil edib. Ümumilikdə 1 milyon 476 min 597 vətəndaş səsvermədə iştirak edib.
Bu barədə İrəvanda keçirilən mətbuat konfransında Ermənistan Mərkəzi Seçki Komissiyasının sədri Vaaqn Ovakimyan məlumat verib.
Ermənistan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, parlament seçkisini 647 beynəlxalq müşahidəçi izləyib. Onların arasında 328 ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) müşahidəçisi, 120 MDB müşahidəçisi yer alıb. Bundan əlavə, 13 yerli müşahidəçi təşkilatını təmsil edən 2 600-dən çox müşahidəçi seçki prosesini izləyib.
Seçkinin işıqlandırılması üçün isə 181 xarici və 71 yerli media qurumu akkreditasiyadan keçib.
07 iyun, 20:08
Ermənistanda keçirilən parlament seçkisində səsvermə mərhələsi başa çatıb.
Gundem.today xəbər verir ki, saat 17:00-a olan məlumata görə, seçici fəallığı 48.9 faiz təşkil edib. Belə ki, 2 milyon 503 min 976 seçicidən 1 milyon 224 min 957 nəfər səsvermədə iştirak edib.
Bu göstərici əvvəlki parlament seçkisi ilə müqayisədə 11 faiz daha yüksəkdir.
Seçkidə ümumilikdə 18 siyasi qüvvə - 2 seçki bloku və 16 siyasi partiya mübarizə aparıb.
Qanunvericiliyə əsasən, parlamentə düşmək üçün partiyalar 4 faizlik seçki baryerini keçməlidirlər. Seçki blokları üçün isə bu hədd tərkibindən asılı olaraq 8 faiz (iki partiyalı bloklar) və 10 faiz (iki və daha çox partiyadan ibarət bloklar) təşkil edir.
Seçici fəallığı ilə bağlı isə minimum iştirak tələbi nəzərdə tutulmayıb.
07 iyun, 09:24
Ermənistanda parlament seçkisi başlayıb.
Gundem.today TASS-a istinadən xəbər verir ki, yerli vaxtla saat 08:00-da (Bakı vaxtı ilə uyğun gəlir - red.) ölkə üzrə 2 500 seçki məntəqəsi açılıb.
Seçkidə iştirak etmək üçün 16 partiya və 2 blok qeydiyyata alınıb. Rəsmi məlumatlara görə, 2.5 milyon vətəndaşın səsvermə hüququ var. Seçici fəallığının göstəricisindən asılı olmayaraq səsvermə baş tutmuş hesab ediləcək - yeni seçki məcəlləsi ilə hər hansı bir minimal hədd müəyyən edilməyib.
Məntəqələr saat 20:00-da bağlanacaq. Ermənistan Mərkəzi Seçki Komissiyası ilkin nəticələri növbəti gün, yekun nəticələri isə ən geci yeddinci gün elan edəcək.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaABŞ-nin hücum helikopteri İran dronu ilə vurulub - İDDİA - VİDEO
ABŞ-nin "AH-64 Apache" hərbi hücum helikopteri Hörmüz boğazı yaxınlığında qəzaya uğrayıb.
DünyaRusiyada partladılan avtomobildə Müdafiə Nazirliyinin idarə rəisi həlak olub - FOTO - VİDEO
Moskva vilayətinin Balaşixa şəhərində avtomobilin partlaması nəticəsində sürücü həyatını itirib.
Dünyaİsveçdə daimi yaşayış icazəsi ləğv edildi
İsveç parlamenti hökumətin sığınacaq axtaran şəxslər üçün daimi yaşayış icazəsinin ləğv edilməsi barədə təklifini dəstəkləyib.
DünyaDağıstanda qazpaylayıcı stansiyada partlayış baş verib - VİDEO
Dağıstanın Kizilyurt sənaye zonasında qazpaylayıcı stansiyada yanğın qeydə alınıb.