
FHN-dən təhlükəli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, mayın 7-nə kimi ayrı-ayrı rayonlarda intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi, şimşək çaxacağı və bir sıra ərazilərdə arabir güclü külək əsəcəyi proqnozlaşdırılır.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, mayın 7-nə kimi ayrı-ayrı rayonlarda intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi, şimşək çaxacağı və bir sıra ərazilərdə arabir güclü külək əsəcəyi proqnozlaşdırılır.
Gundem.today xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyinin müraciət yayıb.
Bildirilib ki, intensiv yağıntıların səbəb ola biləcəyi sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur:
"Eyni zamanda, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək lazımdır"
"Eləcə də güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur.
Bundan əlavə, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir. Həmçinin, kiçikhəcmli gəmi istifadəçiləri belə hava şəraitində dənizə çıxmağın qadağan olduğunu nəzərə almalıdırlar".
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Cəmiyyətİstilik və isti suya görə ödənişlə bağlı YENİ TƏLƏB
İstehlak edilmiş istiliyin və (və ya) isti suyun dəyəri barədə hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra müvafiq vəsaiti 30 gün müddətində tam məbləğdə ödənməlidir.
CəmiyyətŞəmkirdə dörd kənd qazsız qalacaq
Sabah saat 10:00-dan etibarən Şəmkir rayonunun Könüllü, Abbaslı, Seyfəli və Mehrli kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
CəmiyyətNəsimi rayonunda "Təmiz hava" aylığı ilə bağlı tədbir keçirilib - VİDEO
Nəsimi rayonunda yol polisi "Təmiz hava" aylığı ilə bağlı tədbir keçirib.
CəmiyyətPaytaxtın bir sıra küçələrində sıxlıq müşahidə olunur - FOTO - 04.05.2026
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.