
FHN Gəncədə yanğın təlimi keçirib, nöqsanlar aşkarlanıb - FOTO - VİDEO
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü və Dövlət Yanğından Mühafizə Xidmətinin iştirakı ilə Gəncə şəhəri, Heydər Əliyev prospekti, 210 ünvanında yerləşən çoxmərtəbəli yaşayış kompleksində təlim keçirilib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü və Dövlət Yanğından Mühafizə Xidmətinin iştirakı ilə Gəncə şəhəri, Heydər Əliyev prospekti, 210 ünvanında yerləşən çoxmərtəbəli yaşayış kompleksində təlim keçirilib.
Gundem.today xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Təlim şərti yanğın həyəcan siqnalı ilə yanğın texnikalarının yaşayış binasına, həmçinin su hovuzuna yaxınlaşa bilməsi və ümumilikdə ərazidəki yanğına qarşı əməliyyat şəraitinin qiymətləndirilməsi məqsədilə keçirilib.
Təlim zamanı şəxsi nəqliyyat vasitələrinin bəzi sahələrdə nizamsız park edilməsi səbəbindən yanğın avtomobillərinin yaşayış kompleksinin həyətinin bir hissəsində sərbəst şəkildə hərəkətinin məhdudlaşdırıldığı müəyyən olunub. Bundan əlavə, mövcud olan daxili yanğın kranlarının tam komplekləşdirilmədiyi, binanın ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin edilmədiyi, elektrik təsərrüfatının "Elektrik Qurğularının Quraşdırılması Qaydaları"nın tələblərinə cavab vermədiyi və yanğınxəbərverici siqnalizasiya qurğusunun tam sahəyə quraşdırılmadığı və işlək vəziyyətdə olmadığı müəyyən edilib.
Qeyd olunan nöqsanların aradan qaldırılması barədə binanın yanğın təhlükəsizliyinə məsul şəxslərinə şifahi və yazılı tapşırıqlar verilib, eyni zamanda yaşayış binasının sakinləri ilə yanğın təhlükəsizliyinin təmin olunması barədə maarifləndirici söhbətlər aparılıb. Nəzərə çatdırılıb ki, yanğın və digər fövqəladə hadisələr zamanı xüsusi təyinatlı texnikaların binaların həyətinə maneəsiz daxil olması, çevik şəkildə döyüş vəziyyətinə gətirilməsi və əməliyyatların effektli keçirilməsi, habelə su hovuzları və hidrantlardan rahat istifadə üçün avtomobillər yalnız təyin olunmuş yerlərdə, bir-biri ilə ara məsafəsi gözləməklə, digər avtonəqliyyat vasitələrinin sərbəst keçid imkanı təmin olunmaqla park edilməlidir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətLənkəranda təmir sexində baş vermiş PARTLAYIŞDA xəsarət alan şəxsin VƏZİYYƏTİ AÇIQLANDI
Lənkəranda baş verən bədbəxt hadisə nəticəsində yaralanan şəxsin vəziyyəti açıqlanıb.
CəmiyyətGəncədə iki avtomobil toqquşub: Üç nəfər xəsarət alıb - FOTO
Gəncədə iki avtomobilin toqquşması nəticəsində üç nəfər xəsarət alıb.
CəmiyyətBakıda TƏHLÜKƏ: 100 ildən çox yaşı olan qamış bina hər an uça bilər
Bakı şəhəri Xətai rayonu UPD qəsəbəsi, Araz Novruzov küçəsi, 36 ünvanında yaşayan sakinlər ciddi təhlükə ilə üz-üzədirlər.
CəmiyyətLənkəranda maşın təmiri sexində PARTLAYIŞ oldu
Lənkəranda maşın təmiri sexində bədbəxt hadisə baş verib.