
"FIFA-2026" finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi: "Birbank" və "Visa"nın kampaniyası yekunlaşdı
Ölkənin ilk rəqəmsal bankı "Birbank" və "Visa" şirkətinin birgə həyata keçirdiyi "Birbank"la "FIFA 2026 Final Oyunu" kampaniyasının nəticələri açıqlanıb. Kampaniyanın şərtlərinə tam cavab verən iştirakçı futbol üzrə dünyanın ən möhtəşəm idman hadisələrindən birini yerində izləmək imkanı əldə edib.
Ölkənin ilk rəqəmsal bankı "Birbank" və "Visa" şirkətinin birgə həyata keçirdiyi "Birbank"la "FIFA 2026 Final Oyunu" kampaniyasının nəticələri açıqlanıb. Kampaniyanın şərtlərinə tam cavab verən iştirakçı futbol üzrə dünyanın ən möhtəşəm idman hadisələrindən birini yerində izləmək imkanı əldə edib.
Şanslı iştirakçı "FIFA-2026" final oyununa ikinəfərlik biletlə yanaşı, ABŞ-yə tam təşkil olunmuş səyahət paketinin sahibi olub. Paketə 4 gecəlik yerləşmə, hava limanı transferləri, oyun və tədbirlərə nəqliyyat xidməti daxildir. Beləliklə, o, dünya futbolunun ən möhtəşəm anlarından birini rahat və unudulmaz şəkildə yaşamaq fürsəti qazanıb.
Təşkil olunan mükafatlandırma mərasimində hədiyyə rəsmi olaraq qalibə təqdim olunub. Tədbirdə "Birbank" və "Visa" nümayəndələri iştirak ediblər.
Mükafatın sahibi Ş.Məmmədli sevincini bölüşərək bildirib: "Futbol üzrə Dünya Çempionatının finalını stadiondan izləmək mənim üçün inanılmaz fürsətdir. Üstəlik, səfərin bütün təşkilati detallarının düşünülməsi bu təcrübəni daha da xüsusi edir. Bu, həyatım boyu yaşadığım unudulmaz təcrübələrdən biri olacaq".
Xatırladaq ki, kampaniya şərtlərinə əsasən qalib yeni "Birbank" "Visa" taksit kartı əldə edən və "Birmarket" platformasında alış-veriş edən iştirakçılar arasında ən yüksək alış-veriş dövriyyəsinə sahib müştəri seçilib.
Lotereyanın qalibi haqqında məlumat: www.b-b.az/xfhwdL
Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən "Kapital Bank"ın əmtəə nişanı olan "Birbank", üç milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 114 filial və 53 şöbədən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün birbank.az saytına, "196" əlaqə mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DigərRövşən Mahmudov "Grand Agro" şirkətinin baş icraçı direktoru təyin olunub
Azərbaycanın aqrar-sənaye sektorunda mühüm təyinat baş tutub. Uzunillik idarəetmə təcrübəsinə malik Rövşən Mahmudov ölkənin kənd təsərrüfatı sahəsində innovativ layihələri və genişmiqyaslı investisiyaları ilə tanınan "Grand Agro" şirkətinin baş icraçı direktoru (CEO) vəzifəsinə təyin olunub.
DigərQızıl kreditini bu banka gətirənlərə endirim var
"Expressbank" qızıl təminatlı istehlak kreditləri üzrə yeni kampaniya təqdim edir.
Digər"Vistar" Mükəmməllik Mərkəzinin üçüncü təlim dalğasına qeydiyyat başladı
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA), Azərbaycan Respublikasının Kosmik Agentliyi, İsrail Aerokosmik Sənayesi Korporasiyası və Holon Texnologiya İnstitutunun tərəfdaşlığı ilə təsis edilmiş "Vistar" Mükəmməllik Mərkəzində üçüncü dalğanın təlimlərinə müraciətlər açıq elan edilib.
Digər"Bakcell" yeni baş icraçı direktor təyinatını elan edib
8 iyun 2026-cı il tarixində "Bakcell" baş icraçı direktor vəzifəsinə yeni təyinatla bağlı rəsmi məlumat yayıb. Telekommunikasiya sahəsində 35 ildən artıq beynəlxalq təcrübəyə sahib Qunnar Panke şirkətin baş icraçı direktoru vəzifəsinə təyin olunub.