
FIFA İranın DÇ-2026 matçları ilə bağlı tələbini rədd etdi
Meksika Prezidenti Klaudiya Şeynbaum İran milli komandasının 2026-cı il dünya çempionatındakı oyunlarının keçiriləcəyi məkanla bağlı FIFA-nın yekun qərarını ictimaiyyətə açıqlayıb.
Meksika Prezidenti Klaudiya Şeynbaum İran milli komandasının 2026-cı il dünya çempionatındakı oyunlarının keçiriləcəyi məkanla bağlı FIFA-nın yekun qərarını ictimaiyyətə açıqlayıb.
Gundem.today "Goal" nəşrinə istinadən xəbər verir ki, ali futbol qurumu təqvimə salınmış matçların əvvəlcədən müəyyənləşdirilmiş məkanlardan başqa yerə köçürülməsinin mümkün olmadığına qərar verib.
Dövlət başçısının sözlərinə görə, məkan dəyişikliyi kimi ciddi bir addım FIFA-dan yenidən irimiqyaslı logistik tədbirlərin həyata keçirilməsini tələb edəcəkdi.
Xatırladaq ki, bir müddət öncə İran tərəfi regional təhlükəsizlik amillərini və mövcud narahatlıqları əsas gətirərək, milli komandasının oyunlarının ABŞ əvəzinə Meksikada təşkil olunmasını rəsmən tələb etmişdi.
Əlavə edək ki, futbol üzrə DÇ-2026 iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi ilə baş tutacaq. Sözügedən turnirdə İran yığması Belçika, Misir və Yeni Zelandiya komandaları ilə birlikdə G qrupunda mübarizə aparacaq.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdmanAbdullah Zubir "Qarabağ"dan gedir: Yeni klubu məlum oldu
"Qarabağ" klubunun kapitanı Abdullah Zubir bu yay Azərbaycanla vidalaşaraq karyerasını Qətərdə davam etdirməyə hazırlaşır.
İdmanPremyer Liqa: Turun həlledici matçlarına start verilir
Futbol üzrə Misli Premyer Liqasında XXVII turun növbəti oyunları keçiriləcək.
İdmanİspaniya La Liqası: "Real Madrid" "Jirona"nı məğlub edə bilmədi
İspaniya La Liqasının 31-ci turunda "Real Madrid" klubu "Jirona"nı qəbul edib.
İdmanGürcüstanda yaşayan azərbaycanlı idmançı beynəlxalq turnirdə qızıl medal qazanıb
Gürcüstanda yaşayan azərbaycanlı gənc taekvondoçu Əbülfəz Məmmədov beynəlxalq arenada növbəti uğuruna imza atıb.