
Futbolun "qızıl kitabı": Dünya çempionatlarının UNUDULMAZ REKORDLARI
2026-cı ildə keçiriləcək mundialla birlikdə futbol üzrə dünya çempionatlarının sayı 23-ə çatacaq. Planetin ən mötəbər futbol turniri təkcə çempionları ilə deyil, həm də illərdir dəyişməyən və yenilənən rekordları ilə diqqət çəkir.
2026-cı ildə keçiriləcək mundialla birlikdə futbol üzrə dünya çempionatlarının sayı 23-ə çatacaq. Planetin ən mötəbər futbol turniri təkcə çempionları ilə deyil, həm də illərdir dəyişməyən və yenilənən rekordları ilə diqqət çəkir.
Gundem.today futbol tarixinə keçmiş bu rekordlar barədə maraqlı araşdırma edib.
Dünya çempionatı tarixində ən çox ev sahibliyi edən ölkə Meksikadır. Şimali Amerika təmsilçisi 1970, 1986 və 2026-cı illərdə mundialı qəbul etməklə bu göstəricidə rekordçudur.
Mundialların daimi iştirakçısı isə Braziliyadır. Cənubi Amerika nəhəngi 1930-cu ildə keçirilən ilk dünya çempionatından başlayaraq 2026-cı il də daxil olmaqla bütün turnirlərdə iştirak edən yeganə komandadır. Beləliklə, Braziliya mundiallarda 23 iştirakla rekord sahibidir.
Dünya çempionatlarının ən titullu komandası da Braziliyadır. "Sambaçılar" 1958, 1962, 1970, 1994 və 2002-ci illərdə çempionluq sevinci yaşayıblar. Braziliya həmçinin mundial tarixində ən çox qələbə qazanan (76) və ən çox qol vuran (237) komandadır.
Almaniya isə ən çox final oynayan yığma kimi tarixə düşüb. Almanlar 1954, 1966, 1974, 1982, 1986, 1990, 2002 və 2014-cü illərdə həlledici görüşə vəsiqə qazanıblar.
Dünya çempionatı tarixində bir oyunda ən böyük hesablı qələbə Macarıstan millisinin adına yazılıb. Macarlar 1982-ci ildə İspaniyada keçirilən mundialda Salvadoru 10:1 hesabı ilə məğlub edərək turnir tarixinin ən böyük hesablı qələbəsinə imza atıblar.
Fərdi rekordlara nəzər saldıqda, Lionel Messi və Kriştianu Ronaldu altı dünya çempionatında iştirak edən ilk futbolçular kimi tarixə düşüblər. Hər iki ulduz 2006, 2010, 2014, 2018, 2022 və 2026-cı illərdə mundiallarda yer alıb.
Ən çox dünya çempionatı oyununa çıxan futbolçu da Messidir. Argentina millisinin kapitanı mundiallarda ümumilikdə 26 matçda meydana çıxıb.
Turnir tarixinin ən məhsuldar bombardiri isə Almaniya millisinin sabiq hücumçusu Miroslav Klozedir. O, dünya çempionatlarında 16 qol vurub.
Bir mundial ərzində ən çox qol vuran futbolçu rekordu isə hələ də fransalı Jüst Fontenə məxsusdur. O, 1958-ci ildə İsveçdə keçirilən dünya çempionatında 6 oyunda 13 qol vuraraq tarixi rekorda imza atıb.
Dünya çempionatının bir oyununda ən çox qol vuran futbolçu isə Rusiya millisinin hücumçusu Oleq Salenkodur. O, 1994-cü ildə ABŞ-də keçirilən mundialda Kameruna qarşı oyunda 5 qol vuraraq rekord müəyyənləşdirib.
Futbolçular arasında ən çox dünya çempionu olan şəxs əfsanəvi Peledir. Braziliyalı futbolçu 1958, 1962 və 1970-ci illərdə dünya çempionu olub.
Məşqçilər arasında isə rekord Almaniya millisinin sabiq baş məşqçisi Helmut Şona məxsusdur. O, dünya çempionatlarında 25 oyunda komandasına rəhbərlik edib və 16 qələbə qazanıb.
Dünya çempionatları tarixində ən çox çempion olan baş məşqçi isə Vittorio Pozzodur. İtaliyalı mütəxəssis 1934 və 1938-ci illərdə yığmasını dünya çempionu edib.
2026-cı il dünya çempionatı ərəfəsində bu rekordların bəzilərinin yenilənib-yenilənməyəcəyi futbolsevərlərin maraqla gözlədiyi əsas məsələlərdən biridir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdman"Qarabağ" bir gündə iki yoldaşlıq görüşü keçirəcək
"Qarabağ" futbol klubunun 2026/2027 mövsümünə hazırlıq planı bəlli olub.
İdmanAzərbaycanın U-21 millisi yoxlama matçında Qırğızıstana məğlub oldu
Türkiyədə təlim-məşq toplanışında olan Azərbaycanın U-21 milli komandası bu gün Qırğızıstan yığması ilə ikinci yoxlama oyununa çıxacaq. Görüş saat 18:00-da başlayacaq.
İdmanÇövkən üzrə dünya çempionatı: Niger Polşa millisinə qalib gəldi - FOTO - VİDEO
İyunun 9-da Bakıda keçirilən çövkən üzrə 2-ci dünya çempionatının növbəti oyununda Niger və Polşa milli komandaları qarşılaşıblar.
İdmanÇövkən üzrə dünya çempionatı: Azərbaycan-Çili oyunu heç-heçə bitdi - FOTO - VİDEO
İyunun 9-da Bakıda keçirilən çövkən üzrə 2-ci dünya çempionatının növbəti oyununda Azərbaycan və Çili milli komandaları qarşılaşıblar.