
Gecələr həddindən artıq tərləmənin səbəbi nədir?
"Orqanizmdəki daxili proseslər səbəbindən gecələr insanlara isti ola bilər".
"Orqanizmdəki daxili proseslər səbəbindən gecələr insanlara isti ola bilər".
Gundem.today-ın xəbərinə görə, bu barədə diyetoloq Kollin Foqarti-Dreyper "HuffPost" nəşrinə müsahinəsində danışıb.
O, həddindən artıq tərləmə səbəbindən gecəyarısı oyanmaların səbəbini açıqlayıb.
Kollin Foqarti-Dreyper qeyd edib ki, bu cür simptomlar daha çox qadınlarda özünü göstərir və termorequlyasiyaya təsir edən hormonların dalğalanmaları ilə izah olunur. Onun sözlərinə görə, estrogen və progesteron səviyyələrindəki kiçik dəyişikliklər belə orqanizmin funksiyalarını poza, həddindən artıq istiləşmə hissi və yuxu zamanı yüksək dərəcədə tərləmə yarada bilər.
O əlavə edib ki, stres vəziyyəti daha da ağırlaşdıra bilər, çünki kortizol səviyyəsinin yüksək olması da yuxuya təsir edir və həddindən artıq istiləşmə hissini artırır.
Bu xoşagəlməz simptomu azaltmaq üçün diyetoloq yataq otağında sərin temperaturu saxlamağı, yuxu üçün yüngül geyimlər seçməyi tövsiyə edib.
Onun sözlərinə görə, əgər bu cür hal yatmağa mane olarsa, bu barədə həkimə məlumat vermək lazımdır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaŞotlandiyada 280 illik partlamamış mərmi tapıblar
Şotlandiya Milli Fondu İnverness yaxınlığında yerləşən Kalloden döyüş ərazisində partlamamış minaatan mərmisinin tapıldığını bəyan edib.
DünyaDişləri şirniyyatlardan daha tez "öldürən" beş vərdiş: İlk baxışda zərərsiz görünən təhlükə
Məşhur inancın əksinə olaraq, diş minasına zərər verə biləcək tək şey şirniyyat deyil. İlk baxışda zərərsiz görünən digər gündəlik vərdişlər də var.
DünyaDünyanın ən romantik 10 şəhəri açıqlanıb
Dünyanın ən romantik şəhərlərinin siyahısı açıqlanıb.
DünyaAnders Breyvik vaxtından əvvəl azadlığa buraxılması üçün müraciət edib
Norveçdə kütləvi qətlə görə 21 il həbs cəzasına məhkum edilmiş Anders Breyvik yenidən vaxtından əvvəl azadlığa buraxılması üçün müraciət edib.