
"Google"un keçmiş top-meneceri BBC-nin yeni rəhbəri təyin edildi
BBC-nin Direktorlar Şurası teleradio şirkətinin baş direktoru vəzifəsinə "Google" şirkətinin Avropa, Yaxın Şərq və Afrika (EMEA) regionu üzrə keçmiş prezidenti Mett Brittini təyin edib.
BBC-nin Direktorlar Şurası teleradio şirkətinin baş direktoru vəzifəsinə "Google" şirkətinin Avropa, Yaxın Şərq və Afrika (EMEA) regionu üzrə keçmiş prezidenti Mett Brittini təyin edib.
Gundem.today bu barədə BBC-yə istinadən xəbər verir.
Məlumatda bildirilir ki, BBC-nin baş direktoru korporasiyanın baş icraçı direktoru və baş redaktorudur, o,şirkətin Britaniya və digər ölkələrdəki bölmələrində yaradıcılıq, redaksiya və operativ rəhbərliyə cavabdehdir. M.Brittin bu vəzifədə 565 min funt sterlinq məbləğində (təxminən 755 600 dollar - red.) maaş alacaq.
O, vəzifəsinin icrasına may ayının 18-də başlayacaq, həmin vaxta qədər isə baş direktor vəzifəsini Rodri Talfan Devis icra edəcək.
M.Brittin 2007-ci ildən "Google"da çalışıb, şirkətin Britaniyadakı biznesinə rəhbərlik edib və ötən il EMEA regionu üzrə rəhbər postundan ayrılıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Dünyaİsrail "Livan Müqavimət Briqadaları"nın komandirini ələ keçirib
İsrail hərbçiləri Livanın cənubunda "Hizbullah" hərəkatı ilə əlaqəli olan "Livan Müqavimət Briqadaları" qruplaşmasının səhra komandirini saxladıqlarını bəyan ediblər.
DünyaNetanyahu: "İsrail Livanda genişləndirilmiş bufer zonası yaradır"
"İsrail Livanda genişləndirilmiş bufer zonası yaradır, həmçinin İrana və "Hizbullah" hərəkatına qarşı hərbi kampaniyanı davam etdirir".
DünyaABŞ Hərbi Hava Qüvvələri İranda hədəflərə zərbələr endiriblər - VİDEO
ABŞ Silahı Qüvvələri İrana qarşı apardığı hərbi əməliyyatlar zamanı hərbi hədəflərə endirdiyi zərbələrə dair görüntülər yayıblar.
DünyaSEPAH: "ABŞ-nin "F-18" qırıcısını vurduq" - VİDEO
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) iddia edir ki, "Bəsic" qüvvələrinin üzvləri ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "F-18" qırıcısını vurub.