
Goranboyda iki nəfərin öldüyü AĞIR QƏZA ilə bağlı açıqlama - Yaralıların SON DURUMU
Goranboyda baş verən yol-nəqliyyat hadisəsində xəsarət alanların sayı və durumları açıqlanıb.
Goranboyda baş verən yol-nəqliyyat hadisəsində xəsarət alanların sayı və durumları açıqlanıb.
Bu barədə Gundem.today-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən məlumat verilib.
Bildirilib ki, iyunun 8-də saat 13:00-da Goranboy rayonunda baş verən avtoqəzada xəsarət alan 2 nəfər (1-i kişi, 1-i qadın) Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub:
"Onlara müvafiq olaraq sağ bazu sümüyünün yerdəyişmə ilə sınığı və başın alın-təpə nahiyəsinin genişsahəli kəsilmiş yarası, sol bud sümüyünün yerdəyişmə ilə sınığı diaqnozu təyin edilib.
Hazırda pasiyentlərin müalicəsi Təcili tibbi yardım bölməsində davam etdirilir. Vəziyyətləri ağırdır.
Qeyd edək ki, hadisə nəticəsində 2 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb".
Goranboy rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Gundem.today-ın əldə etdiyi məlumata görə, rayon ərazisində VAZ-2107 və VAZ-2106 markalı avtomobillər toqquşub.
Toqquşma nəticəsində iki nəfər hadisə yerində ölüb, yaralananların olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
HadisəAğdamda məktəbli qız Bərdə sakini ilə qaçdı
Ağdamda 10-cu sinif şagirdi Bərdə sakini ilə qaçıb.
HadisəSabunçuda açıq ərazidə yanğın baş verib - VİDEO
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
HadisəSabunçuda açıq ərazidə yanğın baş verib
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
HadisəBakının məşhur gecə klubunun qarşısında dava: İki mühafizəçi həbs edildi
Bakının Səbail rayonunda gecə klubunda dava olub.