Son dəqiqə
"Azərişıq"da maaşlar gecikir? - Qurumdan iddialara CAVABQubada restoranda ofisiant qəfil ölübAnar Ələkbərov Venesiya Biennalesindən paylaşım edib - FOTOHindistanda ata pis qiymət alan qızını mişarla öldürdü - FOTOİllər sürən həsrətin sonu: Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb - FOTO - VİDEOBakıda ŞOK OLAY: Maşınlara yumurta atıb, şüşəsilənlərini qaldırdılar - VİDEO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür - VİDEO
Görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür - VİDEO
Cəmiyyət

Görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür - VİDEO

Bu gün
13:32
0 baxış
Paylaş:

Mayın 8-i görkəmli Azərbaycan bəstəkarı, professor Soltan İsmayıl oğlu Hacıbəyovun doğum günüdür.

Mayın 8-i görkəmli Azərbaycan bəstəkarı, professor Soltan İsmayıl oğlu Hacıbəyovun doğum günüdür.

Gundem.today xatırladır ki, məşhur Hacıbəyovlar nəslinin nümayəndəsi olan Soltan Hacıbəyov 1919-cu ildə Qarabağın musiqi beşiyi sayılan Şuşada anadan olub.

O, 1930-cu ildə ikiillik ibtidai məktəbi bitirdikdən sonra Bakıya köçərək əmisi, dahi Üzeyir Hacıbəylinin evində yaşamağa başlayıb. 1936-cı ildə texnikuma daxil olan gənc musiqiçi truba sinfində təhsilini davam etdirib. 1939-cu ildə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsinə, professor Boris Zeydmanın sinfinə daxil olub. S.Hacıbəyov burada xalq musiqisinin əsaslarını Üzeyir Hacıbəylidən mənimsəyib.

Hələ tələbə ikən Soltan Hacıbəyov Bakı Musiqili Komediya Teatrına (indiki Azərbaycan Dövlət Musiqili Teatrı - red.) dirijor vəzifəsinə dəvət alıb. Bəstəkarın yaradıcılıq fəaliyyəti məhz bu dövrdən başlayıb, onun ilk əsəri - xor və simfonik orkestr üçün yazılmış "Pioner kantatası" və "Qızılgül" musiqili komediyası ərsəyə gəlib.

"Qızılgül" əsəri 1940-cı ildə Bakı Musiqili Komediya Teatrının səhnəsində böyük müvəffəqiyyətlə tamaşaya qoyulub və uzun illər ərzində teatrın repertuarını bəzəyib.

Azərbaycan simfonizminin təməlini qoymuş ilk bəstəkarlardan biri olan Soltan Hacıbəyov iki simfoniyanın, "Gülşən" baletinin, "İskəndər və çoban" uşaq operasının, simfonik, xalq çalğı alətləri orkestri, kvartet üçün müxtəlif janrlı əsərlərin, musiqili komediyaların, dram tamaşalarına musiqilərin, "Karvan" simfonik lövhəsinin müəllifidir.

S.Hacıbəyov yaradıcılıqla yanaşı, ictimai xadim kimi də səmərəli fəaliyyət göstərib.

O, 1940-42-ci illərdə Filarmoniyanın saz ansamblının rəhbəri, 1942-45-ci illərdə Bakı Filarmoniya Orkestrinin bədii rəhbəri olub. 1947-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında müəllimlik fəaliyyətinə başlayan bəstəkar gənc kadrların yetişdirilməsində misilsiz xidmətlər göstərib.

Sənətkar 1947-55-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri, 1955-62-ci illərdə direktoru olub. Eyni zamanda, o, 1963-cü ildə SSRİ Bəstəkarlar İttifaqının İdarə Heyətinin üzvü seçilib. Görkəmli bəstəkar 1969-cu ildən ömrünün sonunadək Azərbaycan Dövlət Konservatoriyasının rektoru vəzifəsində çalışıb.

Milli musiqi mədəniyyəti sahəsindəki uğurlarına görə S.Hacıbəyov 1952-ci ildə Stalin mükafatına, 1960-cı ildə "Azərbaycanın Xalq artisti" fəxri adına, 1970-ci ildə Üzeyir Hacıbəyli adına Dövlət mükafatına, 1973-cü ildə "SSRİ Xalq artisti" fəxri adına layiq görülüb.

Soltan Hacıbəyov 1974-cü il sentyabrın 19-da Bakı şəhərində vəfat edib, Fəxri xiyabanda dəfn olunub. Ölümündən sonra Sumqayıt Musiqi Texnikumuna sənətkarın adı verilib, eyni zamanda yaşadığı binanın önünə xatirə lövhəsi vurulub.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#Doğum_günü#Azərbaycan_Dövlət_Konservatoriyası#Fəxri_xiyaban#Azərbaycan_Dövlət_Filarmoniyası#Soltan_Hacıbəyov

Oxşar Xəbərlər

"Azərişıq"da maaşlar gecikir? - Qurumdan iddialara CAVABCəmiyyət

"Azərişıq"da maaşlar gecikir? - Qurumdan iddialara CAVAB

"Azərişıq" ASC-nin Regional Enerji Təchizatı və Satış İdarəsində çalışan bəzi əməkdaşların əməkhaqlarını vaxtında ala bilmədikləri iddia olunub.

Bu gün
13:480
Etibarsız nikah hansı halda etibarlı sayılır? - Ali Məhkəmədən MÜHÜM QƏRARCəmiyyət

Etibarsız nikah hansı halda etibarlı sayılır? - Ali Məhkəmədən MÜHÜM QƏRAR

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası etibarsız nikahın sonradan etibarlı hesab olunması ilə bağlı vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib.

Bu gün
13:160
Sabah 27 dərəcə isti olacaq - 09.05.2026Cəmiyyət

Sabah 27 dərəcə isti olacaq - 09.05.2026

Mayın 9-da gözlənilən atmosfer şəraiti açıqlanıb.

Bu gün
12:460
"CBC FM" beş yaşında!Cəmiyyət

"CBC FM" beş yaşında!

Qarabağ və Şərqi Zəngəzurun ilk regional radio kanalı - "CBC FM" bu gün beş yaşını qeyd edir. 2021-ci il mayın 8-də Azərbaycanın mədəni paytaxtında "Diqqət! Danışır Şuşa!" sədaları eşidilmişdi.

Bu gün
12:360