Son dəqiqə
İsrail Trampın istəyi ilə Livana hücumları məhdudlaşdıracaqMTK və sakinlər arasında qarşıdurma: "Binada nə qaz, nə su, nə də işıq var"ABŞ hərbi heyətini daşıyan təyyarə İsraildən havalandı: Bölgədə böyük razılaşma hazırlanır?"Neftçi"nin sabiq ulduzu Keysuke Hondanın yeni ünvanı məlum olduİnqa Ruqiniene Heydər Əliyev Mərkəzində olub - FOTONaxçıvanda ombudsman haqqında qanun ləğv edildi - SƏBƏB AÇIQLANDI
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Siyasət
  3. Gözlər Pakistanda: ABŞ və İran arasında sülh üçün VACİB ŞƏRTLƏR
Gözlər Pakistanda: ABŞ və İran arasında sülh üçün VACİB ŞƏRTLƏR
Siyasət

Gözlər Pakistanda: ABŞ və İran arasında sülh üçün VACİB ŞƏRTLƏR

Bu gün
17:20
0 baxış
Paylaş:

ABŞ Prezidenti Donald Tramp aprelin 7-də İranla ikihəftəlik qarşılıqlı atəşkəs rejiminin qüvvəyə mindiyini elan edib. O, tərəflərin demək olar ki, bütün mübahisəli məsələləri həll etdiyini və Vaşinqtonun Tehranın 10 maddəlik təkliflərini gələcək danışıqlar üçün əsas kimi gördüyünü söyləyib. Tehran da öz növbəsində İrana hücum edilməyəcəyi təqdirdə müdafiə hücumlarını dayandırmağa razı olub. İranla ABŞ arasında vasitəçilik edən Pakistanın Baş naziri Şahbaz Şərif aprelin 10-da tərəfləri danışıqlar

ABŞ Prezidenti Donald Tramp aprelin 7-də İranla ikihəftəlik qarşılıqlı atəşkəs rejiminin qüvvəyə mindiyini elan edib. O, tərəflərin demək olar ki, bütün mübahisəli məsələləri həll etdiyini və Vaşinqtonun Tehranın 10 maddəlik təkliflərini gələcək danışıqlar üçün əsas kimi gördüyünü söyləyib. Tehran da öz növbəsində İrana hücum edilməyəcəyi təqdirdə müdafiə hücumlarını dayandırmağa razı olub. İranla ABŞ arasında vasitəçilik edən Pakistanın Baş naziri Şahbaz Şərif aprelin 10-da tərəfləri danışıqlara dəvət edib.

Artıq İslamabadda İran və ABŞ nümayəndə heyətlərinin danışıqları üçün hazırlıqlar yekunlaşıb, təhlükəsizlik tədbirləri gücləndirilib və bu gün danışıqların olması ehtimal edilir. Bəs görüşdən gözləntilər nədir? Pakistanda hansı nailiyyətlər əldə edilə bilər?

Pakistan Hərbi Hava Qüvvələrinin ehtiyatda olan marşalı Aamir Məsud Gundem.today-a açıqlamasında bildirib ki, İranla ABŞ arasındakı atəşkəsin təkcə region üçün deyil, bütün dünya üçün müsbət nəticələri var:

"Dünya artıq bu ədalətsiz təcavüzün baha başa gəldiyini, artan inflyasiya və ərzaq təhlükəsizliyinin təmin olmaması ilə bağlı nəticələri hiss etməyə başlamışdı".

"Bundan əlavə, müharibə böyük münaqişəyə çevrilir və daha çox oyunçunu prosesə cəlb edirdi. İran ən çox itki və infrastrukturun dağılması ilə üzləşsə də, çoxsaylı qurbanlardan sonra dözümlülük göstərdi", - deyə marşal vurğulayıb.

Pakistanın Cənubi Asiya Strateji Sabitlik İnstitutunun (SASSI) prezidenti Maria Sultan da görüşlə bağlı gözləntilərini Gundem.today-a açıqlayıb.

Onun sözlərinə görə, sülh prosesi, yaxud İslamabad razılaşması müharibə edən tərəflər arasında mübahisəli məsələlərin həlli ilə nəticələnəcək, müzakirəyə yol açacaq:

"Bu, sülh üçün başlanğıc ola bilər. Əgər sabitlik bərqərar olmasa, region üçün bunun nəticələri çox ağır olacaq. Çünki proses regionu daha böyük bir müharibəyə sövq edə və trilyonlarla dollarlıq qlobal ticarəti qeyri-müəyyən müddətə poza bilər. Bu da regionu daha böyük bir müharibəyə və enerji böhranına qarşı həssas edər, qlobal böhrana səbəb olar. Beləliklə, risklər təkcə region üçün deyil, bütün dünya üçün də mövcuddur".

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Siyasət#İran-İsrail_münaqişəsi#İran-ABŞ_münasibətləri#Pakistan

Oxşar Xəbərlər

İnqa Ruqiniene Heydər Əliyev Mərkəzində olub - FOTOSiyasət

İnqa Ruqiniene Heydər Əliyev Mərkəzində olub - FOTO

Litva Respublikasının Baş naziri İnqa Ruqiniene aprelin 10-da Heydər Əliyev Mərkəzində olub.

Bu gün
17:511
Naxçıvanda ombudsman haqqında qanun ləğv edildi - SƏBƏB AÇIQLANDISiyasət

Naxçıvanda ombudsman haqqında qanun ləğv edildi - SƏBƏB AÇIQLANDI

Naxçıvanda Ombudsman haqqında qanun ləğv edilib.

Bu gün
17:520
Elşən Heydərli vəzifəsindən azad edildi - FOTOSiyasət

Elşən Heydərli vəzifəsindən azad edildi - FOTO

Naxçıvan Mərkəzi Seçki Komissiyasının tərkibində dəyişiklik olunub.

Bu gün
17:420
Naxçıvan hökumətinin 2025-ci il üzrə illik hesabatı qəbul edilibSiyasət

Naxçıvan hökumətinin 2025-ci il üzrə illik hesabatı qəbul edilib

Bu gün Naxçıvan Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədovun sədrliyi ilə yeddinci çağırış Ali Məclisin yaz sessiyasının növbəti iclası keçirilib.

Bu gün
17:360