Son dəqiqə
23 yaşlı gənc psixiatriya xəstəxanasında öldü - Həbs olunan varAnar Bayramovun kadr İSLAHATLARI davam edir: Səkinə Sadıxova da vəzifəsindən getdiBakıda sinif yoldaşına xəsarət yetirməyə görə saxlanılan məktəbli həbs edilibUkraynadan Macarıstan və Slovakiyaya neft nəqli bərpa olunurİlham Əliyev: "Strateji tərəfdaşlıq haqqında bəyannamə Azərbaycan-Latviya münasibətlərini yüksək səviyyəyə qaldırıb" - FOTOABŞ-də neft ehtiyatları gözlənilmədən iki milyon barelə yaxın artıb
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Kriminal
  3. Gülməmməd Bayramovun 30 il gizli qalan QƏTLİ: Öldürüb borunun içində gizlədiblərmiş - Qatillərin ADLARI AÇIQLANDI
Gülməmməd Bayramovun 30 il gizli qalan QƏTLİ: Öldürüb borunun içində gizlədiblərmiş - Qatillərin ADLARI AÇIQLANDI
Kriminal

Gülməmməd Bayramovun 30 il gizli qalan QƏTLİ: Öldürüb borunun içində gizlədiblərmiş - Qatillərin ADLARI AÇIQLANDI

Bu gün
18:42
0 baxış
Paylaş:

1996-cı il aprelin 10-da Gülməmməd Xanəhməd oğlu Bayramovun evdən çıxaraq geri qayıtmaması faktı ilə bağlı 1997-ci il iyunun 12-də başlanmış cinayət işinin istintaqı Baş Prokurorluğunun İstintaq idarəsində davam etdirilib.

1996-cı il aprelin 10-da Gülməmməd Xanəhməd oğlu Bayramovun evdən çıxaraq geri qayıtmaması faktı ilə bağlı 1997-ci il iyunun 12-də başlanmış cinayət işinin istintaqı Baş Prokurorluğunun İstintaq idarəsində davam etdirilib.

Gundem.today xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin (DİN) birgə məlumatında bildirilib.

Qeyd edilib ki, Baş Prokurorluq və DİN əməkdaşlarının həyata keçirdikləri çoxsaylı istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Şahin Mahmud oğlu Cəlilov və Hidayət Şirzad oğlu Qafarovun qabaqcadan əlbir olan bir qrup şəxs halında quldurluq basqını edərək, tamah məqsədi və törətdikləri digər cinayəti gizlətmək üçün Gülməmməd Bayramovu qəsdən öldürmələrinə əsaslı şübhələr müəyyən edilib.

Araşdırmalarla müəyyən olunub ki, Ş.Cəlilov və H.Qafarov qabaqcadan əlbir olaraq bir qrup şəxs halında birləşib 1996-cı il aprelin 10-da Bakı şəhəri, "Neftçilər" metro stansiyası yaxınlığında asudə vaxtlarında taksi fəaliyyəti ilə məşğul olan Gülməmməd Bayramova müştəri kimi yaxınlaşıblar. Onlar Suraxanı rayonu, Qaraçuxur qəsəbəsinə gedərkən avtomobildə zərərçəkmişi iplə boğaraq tamah məqsədilə qəsdən öldürüblər.

Daha sonra cinayətkarlar izləri gizlətmək məqsədilə meyiti Qaraçuxur qəsəbəsində beton örtüklü boru xəttinin içərisində gizlədib, zərərçəkmişə məxsus avtomobili isə hissələrə ayıraraq satıblar. Əldə olunan vəsait aralarında bölüşdürülüb.

Şübhəli şəxslərin ifadələri yerində yoxlanılarkən Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının iştirakı ilə aparılan axtarış tədbirləri nəticəsində hadisə yerində Gülməmməd Bayramovun meyitinin qalıqları aşkar olunub.

2026-cı il aprel 22-tarixdə Şahin Cəlilov və Hidayət Qafarov Azərbaycan Respublikasının 1 sentyabr 2000-ci ilədək qüvvədə olan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq onlara ittiham elan edilib. İstintaq orqanının vəsatəti və prokurorun təqdimatı əsasında Binəqədi Rayon Məhkəməsinin qərarları ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir. Əvvəlki illərdən bağlı qalmış cinayətlərin açılması daim diqqət mərkəzində saxlanılır və bu istiqamətdə aidiyyəti dövlət orqanları ilə birgə tədbirlər davam etdirilir.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Kriminal#Daxili_İşlər_Nazirliyi_(DİN)#Baş_Prokurorluq#Cinayət_Məcəlləsi#Qəsdən_adam_öldürmə#Cinayət_işi

Oxşar Xəbərlər

23 yaşlı gənc psixiatriya xəstəxanasında öldü - Həbs olunan varKriminal

23 yaşlı gənc psixiatriya xəstəxanasında öldü - Həbs olunan var

Aprelin 4-də Səhiyyə Nazirliyinin nəzdində Gəncə Psixiatriya Xəstəxanasında ölüm faktı qeydə alınıb.

Bu gün
20:360
Bakıda sinif yoldaşına xəsarət yetirməyə görə saxlanılan məktəbli həbs edilibKriminal

Bakıda sinif yoldaşına xəsarət yetirməyə görə saxlanılan məktəbli həbs edilib

Məhkəmə Bakıda sinif yoldaşına xəsarət yetirməyə görə saxlanılan məktəbli barəsində qərar verib.

Bu gün
20:160
Saxta əlillik diaqnozu hazırlamaqda təqsirləndirilən həkim: "Rüşvət mənə yad anlayışdır"Kriminal

Saxta əlillik diaqnozu hazırlamaqda təqsirləndirilən həkim: "Rüşvət mənə yad anlayışdır"

Saxta diaqnozlarla və tibbi müayinədən keçirilmədən əlilliyin verilməsi müqabilində rüşvət almaqda təqsirləndirilən Sabirabad Rayon Mərkəzi Xəstəxanasının vəzifəli şəxslərinin növbəti məhkəməsi keçirilib.

Bu gün
19:000
Gülməmməd Bayramovun 30 il gizli qalan CİNAYƏTİ: Öldürüb borunun içində gizlədiblərmiş - Qatillərin ADLARI AÇIQLANDIKriminal

Gülməmməd Bayramovun 30 il gizli qalan CİNAYƏTİ: Öldürüb borunun içində gizlədiblərmiş - Qatillərin ADLARI AÇIQLANDI

1996-cı il aprelin 10-da Gülməmməd Xanəhməd oğlu Bayramovun evdən çıxaraq geri qayıtmaması faktı ilə bağlı 1997-ci il iyunun 12-də başlanmış cinayət işinin istintaqı Baş Prokurorluğunun İstintaq idarəsində davam etdirilib.

Bu gün
18:420