
Gündə neçə dəfə yemək lazımdır? - Mütəxəssis rəyi
"Bəzi insanlar gündə altı dəfə, bəziləri isə yalnız iki dəfə qidalanmalıdırlar".
"Bəzi insanlar gündə altı dəfə, bəziləri isə yalnız iki dəfə qidalanmalıdırlar".
Gundem.today xəbər verir ki, bu barədə News.ru-ya müsahibəsində rusiyalı diyetoloq Marqarita Koroleva bildirib.
Mütəxəssis qeyd edib ki, sağlamlıq üçün gündə ən azı üç dəfə yemək vacibdir, lakin burada müəyyən istisnalar mövcuddur:
"Qidalanma tezliyi fərdidir və hər bir insanın şəxsi xüsusiyyətlərindən, məsələn, genetik amillərdən asılıdır".
M.Korolevanın sözlərinə görə, sağlam qidalanmaq üçün məhsulların mütləq bahalı olması şərt deyil. İlk növbədə, orqanizmin tam protein mənbələrinə - yağlı və ya azyağlı ət, balıq və quş ətinə ehtiyacı var.
Diyetoloq əlavə edib ki, bağırsaq sistemi üçün ən faydalı elementlər tərəvəz, göyərti, meyvə və giləmeyvələrin tərkibindəki bitki lifləridir. Eyni zamanda, qidanın hər gün eyni vaxtda qəbul edilməsi orqanizmin bioloji ritmi üçün olduqca faydalı hesab olunur.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
MaraqlıNiyə təcrübəli mütəxəssislər özlərinə şübhə edirlər?
İş prosesində rast gəlinən "saxtakarlıq sindromu" (imposter syndrome) və real peşəkar səriştəsizlik zahirən bənzər duyğular yaratsa da, onların həlli yolları müxtəlifdir.
MaraqlıGözünüz səyirir? - Səbəb sadə yorğunluqdan daha təhlükəli ola bilər
Göz qapaqlarının səyirməsinin əsas səbəbi miokimiyadır. Bu proses yorğunluqdan sonra digər əzələlərin titrəməsinə bənzəyən, göz qapağı əzələlərinin qeyri-ixtiyari yığılmasıdır. Adətən, miokimiya bir neçə gün, ən çoxu bir-iki həftə davam edir və öz-özünə aradan qalxır.
MaraqlıBakıda Müqəddəs Mürdaşıyan Zənənlər Kafedral kilsəsində qeyd olunan Pasxa bayramından FOTOREPORTAJ
Aprelin 11-dən 12-nə keçən gecə Bakıda və ölkənin müxtəlif bölgələrində yerləşən pravoslav məbədlərində Pasxa bayramı münasibətilə xüsusi ibadətlər keçirilib.
MaraqlıOkeanın dibində sirli yol aşkarlandı: "Sarı kərpic cığır" hər kəsi heyrətləndirdi
Alimlər Havay adaları yaxınlığında okeanın dərinliyində "sarı kərpicdən cığır"ı xatırladan qeyri-adi yol aşkar ediblər.