Son dəqiqə
Ölkəmizdə psixi xəstələrin sayı sürətlə artır - ŞOK RƏQƏMLƏREIA Azərbaycanda neft hasilatı üzrə proqnozunu yüksəldibABŞ-nin hücum helikopteri İran dronu ilə vurulub - İDDİA - VİDEOAğdamda məktəbli qız Bərdə sakini ilə qaçdıRusiyada partladılan avtomobildə Müdafiə Nazirliyinin idarə rəisi həlak olub - FOTO - VİDEOİsveçdə daimi yaşayış icazəsi ləğv edildi
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Siyasət
  3. "Haber Global"ın sualına Ceyhun Bayramovdan diqqətçəkən cavab - VİDEO
"Haber Global"ın sualına Ceyhun Bayramovdan diqqətçəkən cavab - VİDEO
Siyasət

"Haber Global"ın sualına Ceyhun Bayramovdan diqqətçəkən cavab - VİDEO

19:12
0 baxış
Paylaş:

"Azərbaycan dövləti olaraq biz müharibənin dayandırılması, onun diplomatik və siyasi həllinin tapılması, ən azı ilkin mərhələdə atəşkəsə nail olunması, daha sonra isə qalıcı və uzunmüddətli sülhün əldə edilməsi istiqamətində addımların vacibliyini vurğulayırıq".

"Azərbaycan dövləti olaraq biz müharibənin dayandırılması, onun diplomatik və siyasi həllinin tapılması, ən azı ilkin mərhələdə atəşkəsə nail olunması, daha sonra isə qalıcı və uzunmüddətli sülhün əldə edilməsi istiqamətində addımların vacibliyini vurğulayırıq".

Gundem.today xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin 10-cu Üçtərəfli Görüşündən sonra keçirilən mətbuat konfransında səsləndirib. Bununla bağlı "Haber Global" "YouTube" kanalında videosüjet yayımlanıb.

"Son dövrlərdə Rusiya-Ukrayna müharibəsinin təsirləri, xüsusilə, Qara dəniz və Baltik dənizi hövzələrində daha qabarıq şəkildə hiss olunur. Ötən günlərdə Türkiyəyə məxsus bəzi gəmilərə dron hücumları olub. Eyni zamanda, Azərbaycan vətəndaşlarının da olduğu gəmi Azov dənizində hədəfə alınıb. Keçmişdə Gürcüstan limanlarına qarşı da müəyyən təhdidlər müşahidə olunub. Bu məsələ ilə bağlı qiymətləndirmələrinizi bilmək istərdik", - deyə "Haber Global"ın müxbiri hər üç ölkənin xarici işlər nazirinə sual ünvanlayıb.

Ceyhun Bayramov cavabında bildirib ki, hər bir müharibə ciddi risklər yaradır:

"Hər bir müharibə özündə çox ciddi risklər ehtiva edir. Müharibənin olduğu yerdə onu müəyyən coğrafi çərçivədə və ya konkret qaydalar daxilində saxlamaq, hadisələrin inkişafını tam proqnozlaşdırmaq demək olar ki, mümkün deyil. Buna görə də Azərbaycan hər zaman müharibələrin dayandırılmasının, onların diplomatik və siyasi yollarla həllinin vacibliyini vurğulayıb.

Bu gün biz Rusiya-Ukrayna müharibəsinin coğrafiyasının genişləndiyinin şahidi oluruq. Qara dəniz hövzəsində bu, xüsusilə açıq şəkildə görünür. Müharibənin faciəli nəticələrini hər gün müşahidə edirik. Üç gün əvvəl iki gəmiyə edilən dron hücumu nəticəsində dörd Azərbaycan vətəndaşı həlak olub, daha dörd nəfər isə yaralanıb.

Lakin müharibə davam etdikcə belə hadisələrdən heç kim sığortalanmayıb. Buna görə də həm bu, həm də digər hərbi münaqişələrin dayandırılması strateji baxımdan olduqca vacibdir. Münaqişələr ilk növbədə həmin tərəflərə faciələr gətirir, eyni zamanda qonşu ölkələr, region və bütövlükdə dünya üçün ciddi təhlükələr yaradır.

Bu fürsətdən istifadə edərək həm Azərbaycan vətəndaşlarına, həm də dost və qardaş ölkələrin vətəndaşlarına müraciət etmək istəyirəm ki, hərbi münaqişə zonalarından uzaq dursunlar, təhlükəsizlik qaydalarına ciddi əməl etsinlər və həyatlarını riskə atmasınlar. Xarici İşlər Nazirliyi olaraq biz mütəmadi xəbərdarlıqlar edirik və bu çağırışı bir daha təkrarlamaq istərdim", - deyə nazir qeyd edib.

Gürcüstanın baş nazirinin müavini və xarici işlər naziri Maka Boçorişvili də çıxışında ölkəsinin münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olduğunu vurğulayıb.

"Gürcüstan dəfələrlə bölgəmizdə sülh və sabitliyə nə qədər önəm verdiyini bəyan edib. Rusiya-Ukrayna münaqişəsi təhlükəsizlik baxımından ciddi problemlər yaradır və Gürcüstan bunun təsirlərini aydın şəkildə görür. Bizim mövqeyimiz birmənalıdır - münaqişənin sülh yolu ilə həllini dəstəkləyirik və sülhün qorunmasına xidmət edən bütün addımların vacib olduğuna inanırıq", - deyə Maka Boçorişvili bildirib.

Türkiyənin xarici işlər naziri Hakan Fidan isə müharibənin coğrafi baxımdan genişləndiyini diqqətə çatdırıb.

"Hazırda müharibə getdikcə daha geniş coğrafiyaya yayılır. Tərəflərin istifadə etdiyi silah və sursatların Baltik ölkələrində - Estoniya, Litva və digər dövlətlərdə ortaya çıxdığını görürük. Rumıniyanın təsirlərə məruz qaldığını müşahidə edirik. Türk boğazlarına qədər minaların və pilotsuz dəniz vasitələrinin gəlib çatdığını, Gürcüstanın da hədəfə çevrilə bildiyini görürük.

Bütün bunlar müharibənin coğrafi yayılmasının miqyasını göstərir. Problemin köklü şəkildə həlli bütün suallara veriləcək ən doğru cavabdır. Bu səbəbdən atəşkəs danışıqlarına böyük əhəmiyyət veririk", - deyə Hakan Fidan bildirib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Siyasət#Azərbaycan_XİN#Ceyhun_Bayramov#Türkiyə#Gürcüstan#Hakan_Fidan#Maka_Botçorişvili#üçtərəfli_görüş#Haber_Global#Rusiya-Ukrayna_müharibəsi#Qara_dəniz#təhlükəsizlik#sülh_çağırışı#mətbuat_konfransı.

Oxşar Xəbərlər

Fransanın ekoloji cinayətləri ifşa olundu - Bakı Təşəbbüs Qrupunun addımları nəticə verir - VİDEOSiyasət

Fransanın ekoloji cinayətləri ifşa olundu - Bakı Təşəbbüs Qrupunun addımları nəticə verir - VİDEO

Fransanın illərlə davam edən müstəmləkəçilik siyasətinin ən ağır nəticələrindən biri xlordekon qalmaqalı olub. Hazırda rəsmi Parisin dənizaşırı ərazilərdə yaratdığı bu ağır fəsadların aradan qaldırılması istiqamətində ilk addımlar atılır.

22:000
Azərbaycan Biznesinin İnkişafı Fonduna yeni səlahiyyət verilibSiyasət

Azərbaycan Biznesinin İnkişafı Fonduna yeni səlahiyyət verilib

Prezident İlham Əliyev sahibkarlıq subyektlərinə verilən kreditlər üzrə təminat və faiz subsidiyası mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər və bununla əlaqədar bir sıra fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

20:020
Prezident qeyri-neft-qaz mallarının ixrac və daşıma xərcləri ilə bağlı Fərman imzalayıbSiyasət

Prezident qeyri-neft-qaz mallarının ixrac və daşıma xərcləri ilə bağlı Fərman imzalayıb

Prezident İlham Əliyev qeyri-neft-qaz mallarının ixracının stimullaşdırılması və daşıma xərclərinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında Fərman imzalayıb.

19:580
"Azərbaycan Biznesinin İnkişafı Fondu"na yeni səlahiyyət verilibSiyasət

"Azərbaycan Biznesinin İnkişafı Fondu"na yeni səlahiyyət verilib

Prezident İlham Əliyev sahibkarlıq subyektlərinə verilən kreditlər üzrə təminat və faiz subsidiyası mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər və bununla əlaqədar bir sıra fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

20:020