
Hərbi qələbədən diplomatik ZƏFƏRƏ: Cənubi Qafqazda yeni sülh erası başlayır
8 avqust 2025-ci il Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesində və Cənubi Qafqazın siyasi gündəmində dönüş nöqtəsi kimi tarixə düşdü. Həmin gün Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən görüş uzun illər davam edən qarşıdurmadan sonra regionda yeni siyasi mərhələnin əsasını qoyan hadisələrdən biri oldu.
8 avqust 2025-ci il Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesində və Cənubi Qafqazın siyasi gündəmində dönüş nöqtəsi kimi tarixə düşdü. Həmin gün Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən görüş uzun illər davam edən qarşıdurmadan sonra regionda yeni siyasi mərhələnin əsasını qoyan hadisələrdən biri oldu.
Görüşün yekununda əldə olunan razılaşmalar, sülh prosesinin irəliləməsi istiqamətində atılan addımlar və sonrakı bir il ərzində baş verən hadisələr Vaşinqton zirvəsinin regionun gələcəyinə təsirini yenidən gündəmə gətirir.
Məsələ ilə bağlı Gundem.today-a danışan Milli Məclisin deputatı Rizvan Nəbiyev qeyd edib ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilmiş lokal antiterror tədbirləri nəticəsində Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa etdi.
Onun sözlərinə görə, bununla regionda uzun illər davam etmiş işğal üzərindəki status-kvo aradan qalxdı və tamamilə yeni siyasi-hüquqi reallıq formalaşdı:
"Vaşinqton sülh sammiti isə hərbi müstəvidə de-fakto əldə olunanların siyasi-diplomatik müstəvidə de-yure təsdiq olunması ilə tarixdə yer aldı. Ermənistan baş naziri Azərbaycanın formalaşdırdığı sülh gündəliyində yer alan əsas məsələlər, Prezident İlham Əliyevin sülh təşəbbüsləri ilə parlament seçkisinə qatılaraq qələbə qazandı və üçüncü dəfə Ermənistan hökumətini formalaşdırdı. Məhz Azərbaycan liderinin sülh səyləri və strateji baxışları sayəsində keçmiş münaqişə tərəfləri Ermənistan və Azərbaycan bir-birinə düşmən kimi yanaşmır. Tərəflər bir-birilərini gələcək potensial tərəfdaş kimi qəbul edirlər. Postmünaqişə dövründə Prezident İlham Əliyevin xarici siyasət kursunun əsas prioriteti siyasi-diplomatik mərhələyə keçidin təmini, əldə olunmuş nəticələrin beynəlxalq hüquq müstəvisində de-yure təsbit edilməsi və regionda davamlı sülhün təmin olunması oldu. Prezident İlham Əliyevin diplomatik yanaşmasının əsas xüsusiyyəti ondan ibarətdir ki, Azərbaycan hərbi qələbəni son məqsəd kimi deyil, davamlı sülh və regional əməkdaşlıq üçün yeni imkan kimi dəyərləndirir. Cənubi Qafqazın qarşıdurma məkanından əməkdaşlıq zonasına çevrilməsi konsepsiyası irəli sürüldü. Məhz Prezident İlham Əliyevin təşəbbüsü ilə Ermənistanla sülh müqaviləsi üzrə danışıqlar başlandı və sülh müqaviləsinin əsasını təşkil edən beş prinsip müəyyənləşdi".
Dövlət başçısı diplomatiyası: Azərbaycanın liderlik modeli
R.Nəbiyevin sözlərinə görə, dövlətlərarası münasibətlərin təməl prinsipləri kimi ölkələrin suverenliyinə və ərazi bütövlüyünə qarşılıqlı hörmət, sərhədlərin toxunulmazlığı prinsipləri əsas götürüldü:
"Sülhün və sabitliyin davamlılığının təmin edilməsi üçün kommunikasiyaların açılması gündəliyi formalaşdırıldı, Ermənistana münasibətdə ticarət məhdudiyyətləri aradan qaldırıldı. Beynəlxalq münasibətlər tarixində 1963-cü il Fransa-Almaniya barışığı, 1978-ci Kemp Devid sazişi kimi nümunələr göstərir ki, böyük siyasi transformasiyalar məhz lider diplomatiyası nəticəsində mümkün olur. Müasir beynəlxalq münasibətlərdə dövlət başçısı diplomatiyası xarici siyasətin ən təsirli alətlərindən biridir. Azərbaycan nümunəsində isə bu model işğala hərbi, siyasi-diplomatik vasitələrlə son qoymaq, sonrakı postmünaqişə dövründə isə geniş sülh quruculuğu fəaliyyətləri və regional inteqrasiya siyasəti ilə xarakterizə olunur. Prezident İlham Əliyevin fəaliyyəti bu modelin uğurlu nümunələrindən biri hesab olunur. Burada dövlət başçısı danışıqlarda iştirak edən tərəf və yeni siyasi gündəliyin müəllifi olmaqla regional təhlükəsizlik modelinin təşəbbüskarı, sülhə yönəlik uzunmüddətli strateji baxışın formalaşdırıcısı kimi çıxış edir. Bu baxımdan sülh təşəbbüsünün müəllifi, onun siyasi məzmununun formalaşdırıcısı, təməl prinsiplərini müəyyən edən məhz Azərbaycan Prezidentidir. Hazırkı mərhələdə əsas məqsəd hərbi-siyasi nəticələrin hüquqi müstəvidə təsbit edilməsidir.
Deputatın fikrincə, bu, aşağıdakı mərhələləri əhatə edir:
"Ermənistanın Konstitusiyasının preambulasında Azərbaycana qarşı ərazi iddiasını çıxarması;
- Paraflanmış sülh müqaviləsinin imzalanması;
- Parlamentlər tərəfindən ratifikasiya edilməsi və diplomatik kanallarla bu barədə notalar mübadiləsi;
- Diplomatik münasibətlərin qurulması və dövlətlərarası münasibətlərin formalaşdırılması istiqamətində ilk mühüm addımın atılması;
- Gələcək sahəvi əməkdaşlıq mexanizmlərinin formalaşdırılması məqsədi ilə müqavilə-hüquq bazasının yaradılması.
Bu yanaşmanın kökündə tərəflərin bir-birini düşmən kimi deyil, gələcək potensial tərəfdaş kimi qəbul etməsi dayanır".
Prezident Trampın rolu və Vaşinqton sülh sammiti
Deputat əlavə edib ki, Vaşinqton Zirvə görüşü Azərbaycan-Ermənistan normallaşma prosesində mühüm diplomatik mərhələ kimi qiymətləndirilir:
"Vaşinqton platforması tərəflər arasında sülh gündəliyinin irəli aparılması və əldə olunmuş siyasi razılaşmaların beynəlxalq dəstəklə möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edib. Bu proses
Oxşar Xəbərlər
SiyasətBTQ: Fransa və Niderlandın müstəmləkə idarəçiliyi altında olan yerli icmalarla həmrəyik
Bakı Təşəbbüs Qrupu (BTQ) Ümumdünya Yerli Xalqlar Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.
Siyasətİlham Əliyev sinqapurlu həmkarı Tarman Şanmuqaratnamı təbrik edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sinqapur Respublikasının Prezidenti Zati-aliləri cənab Tarman Şanmuqaratnamı təbrik edib.
SiyasətTarixin zibilliyinə göndərilən format: Vaşinqton sammitində ATƏT-in Minsk qrupu "dəfn olundu"
Vaşinqton sammitinin nəticələri və ATƏT-in Minsk qrupunun ləğvi Cənubi Qafqazda sülh prosesini yeni mərhələyə daşıyır. Siyasi ekspertin təhlili və detallar.
SiyasətABŞ-nin qəbul etdiyi reallıq: Diplomatik masada sübuta yetirilən iradəmiz
Deputat Zahid Oruc Vaşinqton zirvəsinin Azərbaycan diplomatiyası üçün tarixi əhəmiyyətini və hərbi qələbəmizin ABŞ tərəfindən rəsmən tanınmasını şərh edir.