
Hesablama Palatası Elm və Təhsil Nazirliyində nöqsanlar üzə çıxardı
Hesablama Palatası təhsil sisteminin informasiyalaşdırılmasında çatışmazlıqlar aşkarlayıb.
Hesablama Palatası təhsil sisteminin informasiyalaşdırılmasında çatışmazlıqlar aşkarlayıb.
Gundem.today "Report"a istinadən xəbər verir ki, bu barədə Palatanın "Dövlət auditi" bülletenində bildirilir.
Sənədə əsasən, audit qurumun 2025-ci il üçün İş planına uyğun olaraq aparılıb və 1 yanvar 2021-ci il tarixindən 1 yanvar 2025-ci il tarixinə qədər dövrü əhatə edib. Audit obyekti kimi Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi müəyyən edilib.
Hesabatda qeyd olunub ki, idarə nazirliyin tabeliyində maddi-texniki təchizat üzrə ayrıca ixtisaslaşmış qurum fəaliyyət göstərməsinə baxmayaraq, audit dövründə 8 milyon 491 min manat məbləğində kompüter, printer və digər avadanlıqlar satın alıb.
Audit zamanı təhsil sektorundakı 30 aktiv layihə üzrə təhlillər aparılıb. Nəticədə həmin layihələrdə informasiya təhlükəsizliyi, sənədləşdirmə, idarəetmə və nəzarət mexanizmləri ilə bağlı bir sıra çatışmazlıqlar müəyyən edilib.
Bundan əlavə, bəzi informasiya sistemlərində istifadəçilərin identifikasiyası üzrə "Vahid giriş sistemi"nin tələblərinə tam əməl olunmadığı, sistemlərarası inteqrasiyanın və məlumat mübadiləsinin yetərli səviyyədə təmin edilmədiyi bildirilib.
Hesablama Palatası vurğulayıb ki, qeyd olunan çatışmazlıqlar informasiya sistemlərinin səmərəliliyinə, rəqəmsal idarəetmənin effektivliyinə və dövlət vəsaitlərindən istifadənin nəticəliliyinə mənfi təsir göstərir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İqtisadiyyatMaliyyə Nazirliyində kollegiya iclası: Dövlət büdcəsi ilə bağlı yeni rəqəmlər açıqlandı
Aprelin 21-də Azərbaycan Respublikası Maliyyə Nazirliyində keçirilən növbəti Kollegiya iclasında Nazirlik yanında Dövlət Xəzinədarlıq Agentliyi və Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən görülmüş işlər və növbəti dövr üçün qarşıda duran vəzifələr, eləcə də cari məsələlər müzakirə olunub.
İqtisadiyyatYol təsərrüfatında milyonluq uyğunsuzluq: Rəsmi hesabat yayımlandı
Avtomobil yolları üzrə vəsaitlərin idarə olunmasında nöqsanlar var.
İqtisadiyyatHesablama Palatası Gəncədə 11 milyona yaxın artıq xərclər aşkarladı
Hesablama Palatası Gəncədə 11 milyona yaxın artıq xərclər aşkarlayıb.
İqtisadiyyatBank kartına pul köçürülənlərin DİQQƏTİNƏ - Vergi orqanı sizi araşdıra bilər
Son dövrlər məlum olduğu kimi vətəndaşlar arasında "Card to Card" əməliyyatları geniş vüsət alıb. Bunun əsas səbəbi insanların vaxta qənaət edərək, daha rahat və sürətli formada bir-birinə pul köçürmələrini reallaşdıra bilmə imkanıdır.