
Hikmət Hacıyev Budapeştdə türk dövlətlərindən olan həmkarları ilə görüşüb - FOTO
"Macarıstan tərəfinin dəvəti ilə Budapeştdə Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində dövlət və hökumət başçılarının köməkçiləri səviyyəsində uğurlu görüş keçirilib".
"Macarıstan tərəfinin dəvəti ilə Budapeştdə Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində dövlət və hökumət başçılarının köməkçiləri səviyyəsində uğurlu görüş keçirilib".
Gundem.today xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün "X" səhifəsində paylaşım edib.
At the invitation of the Hungarian side, a successful meeting was held in Budapest within the framework of the Organization of Turkic States at the level of assistants to the heads of state and government. During the meeting, the outcomes of the Gabala Summit of the OTS were… pic.twitter.com/Egy6gDCA2Y
"Görüş zamanı TDT-nin Qəbələ sammitinin nəticələri nəzərdən keçirilib, həmçinin Azərbaycanın sədrliyi dövründə müəyyən etdiyi prioritetlərə istinadən, mövcud qlobal çağırışlar fonunda təhlükəsizlik sahəsində əməkdaşlığın əhəmiyyəti vurğulanıb.
Prezident İlham Əliyevin əvvəlki TDT sammitlərində qeyd etdiyi kimi, gənc demoqrafik potensialı, zəngin təbii resursları, enerji imkanları və əsas nəqliyyat marşrutlarını əhatə edən strateji geosiyasi mövqeyi ilə türk dünyası Avrasiya qitəsində mühüm yer tutur. Bu baxımdan, TDT mühüm geosiyasi mərkəzə çevrilib" - H.Hacıyev bildirib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaKİV: İranda münaqişənin həllində əsas fiqur ola biləcək siyasətçi açıqlanıb
ABŞ-nin vitse-prezidenti Cey. Di. Vens İranla danışıqlarda əsas fiqur ola bilər.
DünyaKİV: ABŞ Federal Təhqiqatlar Bürosunun rəhbərinin elektron poçtu hakerlər tərəfindən sındırılıb
ABŞ Federal Təhqiqatlar Bürosunun direktoru Keş Patelin şəxsi elektron poçt ünvanı haker qrupu tərəfindən sındırılıb.
Dünyaİran Səudiyyə Ərəbistanındakı aviabazada yanacaqdaşıyan təyyarələrin məhv edildiyini açıqlayıb
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Səudiyyə Ərəbistanında yerləşən aviabazada bir neçə yanacaqdaşıyan təyyarənin məhv edildiyini bildirib.
Dünyaİsrail ordusu Livanın cənubunda kilsə yaxınlığında "Hizbullah"a məxsus tunel aşkar etdi
İsrail ordusu Livanın cənubunda keçirilən əməliyyatlar zamanı yerli kilsələrdən birinin yaxınlığında hərbi obyektlər aşkar etdiyini bildirib.