
Hindistanda iki təyyarə toqquşub
Hindistanın "Akasa Air" və "SpiceJet" aviaşirkətlərinə məxsus iki təyyarə paytaxt Delhidəki İndira Qandi adına Beynəlxalq Hava Limanında uçuş-enmə zolağında toqquşub.
Hindistanın "Akasa Air" və "SpiceJet" aviaşirkətlərinə məxsus iki təyyarə paytaxt Delhidəki İndira Qandi adına Beynəlxalq Hava Limanında uçuş-enmə zolağında toqquşub.
Gundem.today TASS-a istinadən xəbər verir ki, "SpiceJet" şirkətinin "Boeing 737-700" yerdə "Akasa Air" laynerinə toxunub. Hadisə nəticəsində hər iki hava gəmisinə zərər dəyib.
"SpiceJet" təyyarəsinin qanadı, "Akasa Air" təyyarəsinin isə gövdənin quyruq hissəsində sol stabilizatoru zədələnib.
Xəsarət alan olmayıb, sərnişinlər və ekipaj üzvləri təyyarələri təhlükəsiz şəkildə tərk ediblər. Hər iki təyyarə müvəqqəti olaraq istismardan çıxarılıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaSlovakiya Ukraynaya 90 milyard avroluq kreditin verilməsinə dair mövqeyini bildirdi
"Slovakiya Avropa İttifaqının Ukraynaya 90 milyard avro məbləğində kreditin verilməsini bloklamayacaq".
DünyaHindistanda iki təyyarə toqquşub - VİDEO
Hindistanın "Akasa Air" və "SpiceJet" aviaşirkətlərinə məxsus iki təyyarə paytaxt Delhidəki İndira Qandi adına Beynəlxalq Hava Limanında uçuş-enmə zolağında toqquşub.
DünyaAvropada yanacaq BÖHRANI: Altı həftəlik ehtiyat qalıb
"Avropada mövcud aviasiya yanacağı ehtiyatları təxminən altı həftəyə kifayət edəcək".
DünyaTramp: "İranla həftəsonu sövdələşmə əldə oluna bilər"
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonla Tehranın artıq bu həftəsonu sövdələşməyə nail ola biləcəyini ehtimal edib.