Son dəqiqə
Trampın olduğu tədbirdə atəş açan şəxs kimi hədəfə aldığını açıqlayıbMonqolustanda güclü zəlzələ baş verdi, Çində də hiss olunduAvropa çempionatı: Dörd güləşçimiz qızıl medallar uğrunda mübarizə aparacaqKolumbiyada terror aktı: Yeddi ölü, 20-dən çox yaralı - VİDEOPremyer Liqa: "Neftçi" "Qarabağ"la qarşı-qarşıyaTrampın iştirakı ilə keçirilən tədbirdə atəş açan şəxs İranla bağlantılı olub?
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. Hindistanda təyyarədən təxliyə zamanı sərnişinlər xəsarət alıblar
Hindistanda təyyarədən təxliyə zamanı sərnişinlər xəsarət alıblar
Dünya

Hindistanda təyyarədən təxliyə zamanı sərnişinlər xəsarət alıblar

Bu gün
09:36
0 baxış
Paylaş:

Hindistanın paytaxtı Yeni Delhidən İsveçrənin Sürix şəhərinə uçan "Swiss" aviaşirkətinə məxsus təyyarədən qəza təxliyəsi nəticəsində altı sərnişin xəsarət alıb.

Hindistanın paytaxtı Yeni Delhidən İsveçrənin Sürix şəhərinə uçan "Swiss" aviaşirkətinə məxsus təyyarədən qəza təxliyəsi nəticəsində altı sərnişin xəsarət alıb.

Gundem.today "Reuters" agentliyinə istinadən xəbər verir ki, hadisə Hindistanın paytaxtındakı İndira Qandi adına Beynəlxalq Hava Limanında baş verib.

"Airbus A330" tipli təyyarənin göyərtəsində ümumilikdə 232 nəfər olub. Qeyd olunur ki, uçuşdan əvvəl sürətlənmə zamanı təyyarənin mühərrikində nasazlıq yaranıb, daha sonra isə yanğın başlayıb.

Ekipaj uçuşu dayandırmaq və birbaşa uçuş-enmə zolağında sərnişinlərin təcili təxliyəsini həyata keçirmək qərarına gəlib. Təxliyə üçün qəza traplarından istifadə olunub. Hadisə nəticəsində xəsarət almış altı sərnişin xəstəxanaya yerləşdirilib.

Aviaşirkət baş vermiş hadisənin səbəbləri ilə bağlı araşdırma aparacağını bəyan edib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#Hindistan#Yeni_Delhi#Təyyarədə_insident

Oxşar Xəbərlər

Trampın olduğu tədbirdə atəş açan şəxs kimi hədəfə aldığını açıqlayıbDünya

Trampın olduğu tədbirdə atəş açan şəxs kimi hədəfə aldığını açıqlayıb

ABŞ Prezidenti Donald Trampın "Washington Hilton" hotelində iştirak etdiyi tədbirdə atəş açmaqda şübhəli bilinən Koul Tomas Allen bəyan edib ki, onun hədəfi dövlət başçısının özü deyil, administrasiya rəsmiləri olub.

Bu gün
10:480
Monqolustanda güclü zəlzələ baş verdi, Çində də hiss olunduDünya

Monqolustanda güclü zəlzələ baş verdi, Çində də hiss olundu

Monqolustanda 6.0 maqnitudalı zəlzələ qeydə alınıb.

Bu gün
10:360
Kolumbiyada terror aktı: Yeddi ölü, 20-dən çox yaralı - VİDEODünya

Kolumbiyada terror aktı: Yeddi ölü, 20-dən çox yaralı - VİDEO

Kolumbiyada Panamerika şosesində baş vermiş partlayış nəticəsində yeddi nəfər həlak olub, 20-dən çox insan yaralanıb.

Bu gün
10:120
Trampın iştirakı ilə keçirilən tədbirdə atəş açan şəxs İranla bağlantılı olub?Dünya

Trampın iştirakı ilə keçirilən tədbirdə atəş açan şəxs İranla bağlantılı olub?

ABŞ Prezidenti Donald Tramp "Washington Hilton" hotelində Ağ Evin nəzdindəki Müxbirlər Assosiasiyasının tədbiri zamanı baş vermiş atışmanın ABŞ-nin İrana qarşı hərbi əməliyyatı ilə bağlı olmasına şübhə ilə yanaşıb.

Bu gün
09:480