
Hörmüz boğazından gəmilərin keçidi müharibə dövrünün pik həddinə çatdı
Hörmüz boğazından gəmilərin keçidi müharibə müddətindəki ən yüksək göstəriciyə çatıb.
Hörmüz boğazından gəmilərin keçidi müharibə müddətindəki ən yüksək göstəriciyə çatıb.
Gundem.today xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Məlumata görə, aprelin 4-5-də sözügedən boğazdan 22 gəmi keçib və getdikcə daha çox ölkə İranla müqavilələr bağlayır.
Agentliyin məlumatına görə, İran gəmiləri dominantlıq etməyə davam edir. Aprelin 5-də boğazdan İraq nefti daşıyan ilk tanker keçib. Hindistan isə boğazdan səkkiz mayeləşdirilmiş qaz tankeri göndərib.
Agentliyin məlumatına görə, keçən həftə Hörmüzü Çinlə əlaqəli konteyner gəmiləri və Yaponiya bayrağı altında üzən iki nəqliyyat vasitəsi də keçib.
ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyata başlamasından əvvəl sözügedən boğazdan sutka ərzində təxminən 135 gəminin keçidi baş tuturdu.
Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.
İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.
Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.
İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.
Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaABŞ pilotları İrandan necə çıxarıldılar?
Kubra Məhərrəmova yazır...
Dünyaİran ABŞ-nin atəşkəs təklifini rədd etdi: Şərtlər irəli sürdü
İran ABŞ ilə müvəqqəti atəşkəs ideyasını dəstəkləməyəcəyini və hərbi əməliyyatların tamamilə dayandırılmasında israr etdiyini bildirib.
Dünya"Crocus"dakı terror aktına görə ömürlük həbs edilmiş şəxs intihar etdi - FOTO
Rusiyadanın paytaxtı Moskva yaxınlığındakı "Crocus City Hall" konsert zalında törədilən terror aktı işi üzrə ömürlük həbs cəzasına məhkum edilmiş şəxs intihar edib.
DünyaABŞ-də İlon Maska güzəştlər: Mühafizəçilərinə status verildi
ABŞ Marşallar Xidməti (ABŞ Ədliyyə Nazirliyinin hüquq-mühafizə orqanı) iş adamı İlon Maskın təhlükəsizlik xidməti əməkdaşlarına güzəştlər edib, onlara federal agent statusu almaq üçün lazım olan standart hazırlıq və təcrübə tələblərindən yan keçməyə imkan verib.