
"İdrak" liseyində güllələnən müəllimə İŞDƏN ÇIXIB? - Vəkili açıqladı
"İdrak" liseyində silahlı insidentdə xəsarət alan müəllimə Şəhla Kamilovanın işindən ayrıldığı ilə bağlı deyilənlər həqiqəti əks etdirmir.
"İdrak" liseyində silahlı insidentdə xəsarət alan müəllimə Şəhla Kamilovanın işindən ayrıldığı ilə bağlı deyilənlər həqiqəti əks etdirmir.
Gundem.today "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə Şəhla Kamilovanın vəkili Vüqar Əliyev məlumat verib.
"Müəllimə işdən ayrılmayıb. Sadəcə olaraq qısa müddətlik bülletenə çıxıb. Ailə bu kimi yanlış, təsdiqlənməmiş məlumatların, eyni zamanda, gələcəkdə fotolarının yayılmasından narahatdır", - deyə o bildirib.
"İdrak" liseyində bir müddət əvvəl baş vermiş silahlı insident zamanı yaralanan müəllimə ilə bağlı yeni məlumat yayılıb.
Gundem.today Modern.az-a istinadla xəbər verir ki, hadisə zamanı xəsarət alan müəllim Şəhla Kamilova işdən ayrılıb.
Silahlı insidenti törədən şagirdə gəlincə isə, iddialara görə, istintaq yekunlaşdıqdan sonra təhsilini davam etdirməsi üçün ailəsi tərəfindən onun Londona göndərilməsi planlaşdırılır.
Qeyd edək ki, bu yaxınlarda yayılmış digər məlumatda müəllimənin hadisəni törədən şagirdi bağışladığı bildirilib. Barışığı təsdiq edən rəsmi sənəd istintaq orqanına təqdim edilib. Bu səbəbdən də şagirdin azadlığa buraxılacağı gözlənilir.
Xatırladaq ki, hadisə fevralın 6-da baş verib. "İdrak" liseyinin 10-cu sinif şagirdi Əli Şirinov atasına məxsus ov silahı ilə məktəbə gələrək müəllimə Şəhla Kamilovaya atəş açıb. Güllə yarası almış müəllimə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Həkimlər müəllimənin boyun nahiyəsindən 16 qırma çıxarıblar.
Hadisəni törədən şagird saxlanılıb, onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb.
Müəllimə şagirdi bağışlayıb və barışığı təsdiq edən sənəd istintaq orqanına təqdim edilib. Bu səbəbdən şagirdin azadlığa buraxılacağı gözlənilir.
Xeyr, hadisə zamanı xəsarət alan müəllimə Şəhla Kamilova işdən ayrılıb.
Hadisə fevralın 6-da baş verib. Şagird atasına məxsus ov silahı ilə məktəbə gələrək müəlliməyə atəş açıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
KriminalPiyadaların ölümünə səbəb olan qəzalar necə qiymətləndirilir? - Ali Məhkəmədən mühüm qərar
Azərbaycan Respublikasının Ali Məhkəməsində yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi üzrə qərar qəbul edilib.
KriminalNazir oğlunu aldadan məşhur maliyyəçiyə qarşı başqa ittihamlar var imiş - TƏFƏRRÜAT
Milyonluq dələduzluqda ittiham olunan "Azfinance İnvestisiya Şirkəti" QSC-nin direktoru İntiqam Səfərəliyevin məhkəmə istintaqı başlayıb.
Kriminal40 min manatlıq oğurluq edən keçmiş məhkum ƏLƏ KEÇDİ
Abşeron rayonu ərazisində yerləşən evlərin birindən 40 min manat dəyərində inşaat materialları, kombi aparatı və avtomobil ehtiyat hissələri oğurlanıb.
Kriminal"İdrak" liseyində güllələnən müəllimə İŞDƏN ÇIXDI
"İdrak" liseyində bir müddət əvvəl baş vermiş silahlı insident zamanı yaralanan müəllimə ilə bağlı yeni məlumat yayılıb.