
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərib.
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərib.
Gundem.today AZƏRTAC-a istinadla xəbər verir ki, məktubda deyilir:
"Əziz Qardaşım.
Kahramanmaraşda yerləşən məktəbə silahlı hücum nəticəsində əksəriyyəti uşaq olmaqla çox sayda insanın həlak olması və yaralanması xəbərini dərin sarsıntı və kədər hissi ilə qarşıladıq.
Biz bu dəhşətli hadisədən son dərəcə hiddətlənir, uşaqlara qarşı yönəlmiş bu qəddarlıq əməlini qətiyyətlə pisləyirik.
Bu ağır anlarda dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, səbir diləyir, yaralananların tezliklə sağalmasını arzulayıram.
Allah rəhmət eləsin!"
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
SiyasətAleksey Overçuk: "Ağbənd körpüsü "Şimal-Cənub" və "Şərq-Qərb" dəhlizlərinin əsas elementi olacaq"
"Ağbənd körpüsü həm "Şimal-Cənub", həm də "Şərq-Qərb" dəhlizlərinin əsas elementi olacaq".
SiyasətRusiya baş nazirinin müavini: "Şimal-Cənub" dəhlizini genişləndirmək üçün yeni dəmir yolunun inşasında maraqlıyıq"
"Rusiya "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin genişləndirilməsi çərçivəsində yeni dəmir yolu xəttinin inşasında maraqlıdır".
SiyasətŞahin Mustafayev: "Azərbaycan üzərindən keçən nəqliyyat marşrutları öz etibarlılığını sübut edib"
"Regionda gərgin geosiyasi şəraitə baxmayaraq, Azərbaycan üzərindən keçən nəqliyyat marşrutları öz etibarlılığını və dayanıqlılığını tam şəkildə sübut edib".
SiyasətAzərbaycan və Rusiya rəsmiləri Ağbənd avtomobil körpüsünün tikintisi ilə tanış oldular
Azərbaycan-Rusiya Hökumətlərarası Dövlət Komissiyasının üzvləri Ağbənd avtomobil körpüsü layihəsinin icra vəziyyəti ilə tanış olublar.