Son dəqiqə
İsrail şekelinə bağlı ilk steyblkoin təsdiqlənibÇexiya Azərbaycanın azad edilmiş ərazilərində investisiya imkanlarını araşdıracaqİqtisadi Əməkdaşlıq Təşkilatının 18-ci Zirvə görüşü İranda keçirilməyə bilərBrent markalı neftin qiyməti 109 dolları ötübBakının bir küçəsində hərəkət birtərəfli təmin ediləcəkPrezident: "Ticarət dövriyyəmiz 800 milyon dollardan çoxdur" - VİDEO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Siyasət
  3. İlham Əliyev və Andrey Babiş mətbuata bəyanatlarla çıxış ediblər - FOTO - VİDEO
İlham Əliyev və Andrey Babiş mətbuata bəyanatlarla çıxış ediblər - FOTO - VİDEO
Siyasət

İlham Əliyev və Andrey Babiş mətbuata bəyanatlarla çıxış ediblər - FOTO - VİDEO

Bu gün
17:11
0 baxış
Paylaş:

Aprelin 27-də Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Çex Respublikasının Baş naziri Andrey Babiş mətbuata bəyanatlarla çıxış ediblər.

Aprelin 27-də Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Çex Respublikasının Baş naziri Andrey Babiş mətbuata bəyanatlarla çıxış ediblər.

Gundem.today AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti bəyanatla çıxış etdi.

Prezident İlham Əliyevin bəyanatı:

"Hörmətli cənab Baş nazir.

Hörmətli qonaqlar, xanımlar və cənablar.

Sizi səmimiyyətlə salamlayıram.

Mən çox şadam ki, cənab Baş nazir bu gün bizim qonağımızdır. Biz üç ay bundan əvvəl Davosda görüşmüşük. Bu, bizim birinci görüşümüz olmuşdur və görüş çox məhsuldar keçmişdir, bir çox məsələlər ətrafında fikir mübadiləsi apardıq. Mən cənab Baş naziri Azərbaycana rəsmi səfərə dəvət etmişəm və şadam ki, bu gün cənab Baş nazir bu səfəri Azərbaycana həyata keçirir. Bu, iki ölkə arasındakı əlaqələrin dinamik şəkildə inkişafını göstərir. Bizim indi çox fəal siyasi dialoqumuz var. Bu gün bir çox məsələlər - həm regional, həm ikitərəfli, həm də daha qlobal xarakter daşıyan məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

İqtisadi sahədə görüləcək işlərlə bağlı konkret təkliflər var. Mən şadam ki, cənab Baş nazirlə birlikdə Azərbaycana Çexiyadan böyük qrup iş adamları gəlmişdir və bu gün keçiriləcək biznes-forumda həm yeni təmaslar qurulacaq, həm də mövcud layihələrlə bağlı fikir mübadiləsi aparılacaq. Bizim çox böyük ümidimiz ondan ibarətdir ki, ticarət dövriyyəmizi daha da yüksək səviyyəyə qaldıraq. Halbuki bu gün də ticarət dövriyyəmiz əhəmiyyətli dərəcədə artmışdır, 800 milyon dollardan çoxdur. Amma əgər biz ticarət dövriyyəsinin strukturuna baxsaq görərik ki, burada əsasən Azərbaycan neftinin ixracı gözə dəyir. Ona görə biz ticarət dövriyyəsinin daha tarazlı olmasını və strukturun təkmilləşdirilməsini arzulayırıq. Ümid edirəm ki, biz buna nail olacağıq. Çünki bu gün həm təkbətək görüşdə, həm heyətlərin iştirakı ilə apardığımız danışıqlarda bir çox konkret iqtisadi və sərmayə yönümlü layihələr müzakirə edilmişdir.

Təbii ki, əməkdaşlığımızın böyük hissəsi energetika sektoruna aiddir. Burada da uzun illər ərzində Çexiya və Azərbaycan çox etibarlı tərəfdaşlardır. Azərbaycan nefti Çexiyaya ixrac edilir və Çexiyanın enerji balansında önəmli yer tutur. Azərbaycan dünya bazarlarına öz enerji resurslarını ixrac edən etibarlı ölkələr sırasındadır. Bunu, o cümlədən Avropa İttifaqı da qeyd edir və Azərbaycanı etibarlı tərəfdaş kimi qiymətləndirir. Bu gün Azərbaycan qazı 16 ölkəyə ixrac edilir və onlardan 10 ölkə Avropa İttifaqının üzvüdür. O cümlədən Azərbaycan Çexiyaya qonşu olan ölkələrə təbii qaz ixrac edir. Təbii ki, bu gün biz bu barədə də danışdıq və bu sahədə gələcək əməkdaşlıq haqqında qərara gəldik. Biz buna daha geniş prizmadan yanaşırıq. Bu, sadəcə olaraq, ticarət əməliyyatları, enerji resurslarının ixracı əməliyyatları olmayacaq. Biz buna daha genişmiqyaslı, uzunmüddətli əməkdaşlıq kimi yanaşırıq.

Bizim ölkələrimiz arasında digər önəmli əməkdaşlıq sahəsi müdafiə sənayesi ilə bağlıdır. Burada da uzun müddət ərzində uğurlu əməkdaşlıq aparılır. Biz Çexiyadan bir çox hərbi təyinatlı məhsullar alırıq və indiki mərhələdə birgə istehsalla bağlı konkret layihələr üzərində danışıqlar gedir. Əminəm ki, bu sahə də çox genişmiqyaslı olacaq. Çünki Azərbaycan öz müdafiə potensialını, o cümlədən yerli istehsal hesabına təmin edir və gələcəkdə bu sahədə böyük təcrübəsi olan Çexiya kimi ölkələrlə bizim müştərək işlərimiz xüsusi önəm daşıyır.

Bu gün bir çox digər sahələr ətrafında fikir mübadiləsi aparıldı. Hökumətlərarası Komissiyanın tezliklə tədbir keçirməsi, yenidən görüşməsi ilə bağlı fikir mübadiləsi aparılmışdır. Yəni bu gün bir daha Çexiya-Azərbaycan dostluğu, əməkdaşlığı öz təsdiqini tapır və bizim qarşımızda çox gözəl perspektivlər açılır.

Cənab Baş nazir, bir daha Azərbaycana xoş gəlmisiniz".

Sonra Çexiyanın Baş naziri bəyanatla çıxış etdi.

Baş nazir Andrey Babişin bəyanatı:

"Cənab Prezident.

Burada, iqamətgahınızda məni çox səmimiyyətlə qəbul etdiyinizə görə Sizə çox minnətdaram. Bunu həqiqətən yüksək dəyərləndirirəm və mənim üçün böyük şərəfdir. Şadam ki, Davosdan sonra söhbətimizi davam etdiririk.

Burada bəyan edə bilərəm ki, Azərbaycan Çex Respublikasının strateji tərəfdaşıdır. Buna görə məmnunam ki, münasibətlərimiz də dostluğa söykənir. Aydındır ki, Azərbaycan dünyanın diqqət mərkəzindədir. Ukrayna Prezidenti Zelenski burada oldu, sonra Ciorcia Meloni bura səfər edəcək. Bu, sadəcə, gözəl ölkənizin əhəmiyyətini bir daha nümayiş etdirir.

Bu gün keçirdiyimiz görüş çox xüsusi oldu. Əlbəttə, Avropa bu gün enerji haqqında danışır, çünki neftayırma zavodlarına xammal tələb olunur, müxtəlif məhsulların istehsalı üçün təbii qaz lazımdır. Azərbaycan Çex Respublikasında ən iri neft təchizatçısıdır. İdxal edilən neftin 42 faizi Azərbaycandan daxil olur.

Cənab Prezident, biz buraya ÇES adlanan yarıdövlət şirkətimizlə gəlmişik və o, buradan qaz təchizatı ilə bağlı müqavilə imzalamaq istəyir. Siz əsasən hasilatı artıracaqsınız. ÇES şirkətinin baş icraçı direktoru buradadır. O, ən iri qazpaylayıcı şirkətlərdən biri olan ÇES ilə

#Siyasət#İlham_Əliyev#Andrey_Babiş#Azərbaycan_Respublikası

Oxşar Xəbərlər

Çexiya Azərbaycanın azad edilmiş ərazilərində investisiya imkanlarını araşdıracaqSiyasət

Çexiya Azərbaycanın azad edilmiş ərazilərində investisiya imkanlarını araşdıracaq

"Çexiya Azərbaycanın azad edilmiş ərazilərində investisiya imkanlarını araşdırmaq niyyətindədir".

Bu gün
20:480
İqtisadi Əməkdaşlıq Təşkilatının 18-ci Zirvə görüşü İranda keçirilməyə bilərSiyasət

İqtisadi Əməkdaşlıq Təşkilatının 18-ci Zirvə görüşü İranda keçirilməyə bilər

"İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 18-ci Zirvə görüşü İranda keçirilməyə bilər".

Bu gün
20:460
Prezident: "Ticarət dövriyyəmiz 800 milyon dollardan çoxdur" - VİDEOSiyasət

Prezident: "Ticarət dövriyyəmiz 800 milyon dollardan çoxdur" - VİDEO

"Bizim indi çox fəal siyasi dialoqumuz var. Bu gün bir çox məsələlər - həm regional, həm ikitərəfli, həm də daha qlobal xarakter daşıyan məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır".

Bu gün
20:240
Çexiyanın baş naziri: "Bugünkü forum əməkdaşlığımızı intensivləşdirərək irəli aparacaq"Siyasət

Çexiyanın baş naziri: "Bugünkü forum əməkdaşlığımızı intensivləşdirərək irəli aparacaq"

"Bugünkü forum əlbəttə ki, bizim əməkdaşlığımızı intensivləşdirərək irəli aparacaq və bu, bizim üçün çox önəmlidir. Çünki biz əminik ki, şirkətlərimiz əla məhsul və xidmətləri təklif edirlər".

Bu gün
19:500