Valyuta
USD1.7000EUR1.9591Qızıl233.10
Son xəbər
Çempionlar Liqasının əsas favoritləri AÇIQLANDI"Dolfin" Çinə yaxınlaşır: QIRMIZI XƏBƏRDARLIQ elan edildiBTQ: Fransa və Niderlandın müstəmləkə idarəçiliyi altında olan yerli icmalarla həmrəyikSumqayıtda binada YANĞIN: Sakinlər təxliyə ediliblər - VİDEOUFC-də sensasiya: Salkilld Qamrotu ilk raundda məğlub etdi - VİDEOÇempionlar Liqasının əsas favoritləri AÇIQLANDI"Dolfin" Çinə yaxınlaşır: QIRMIZI XƏBƏRDARLIQ elan edildiBTQ: Fransa və Niderlandın müstəmləkə idarəçiliyi altında olan yerli icmalarla həmrəyikSumqayıtda binada YANĞIN: Sakinlər təxliyə ediliblər - VİDEOUFC-də sensasiya: Salkilld Qamrotu ilk raundda məğlub etdi - VİDEO
Gündəm
Ana səhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünya
HavaNamazValyutaQızıl
BaşlanğıcXəbərlərHavaNamaz
Gündəm

Azərbaycanın gündəmi bir yerdə — xəbər, valyuta, qızıl, hava və namaz vaxtları.

Kateqoriyalar

SiyasətİqtisadiyyatTexnologiyaİdman

Faydalı

Valyuta məzənnəsiQızıl qiymətiAxtarış
© 2026 Gündəm
  1. Ana səhifə
  2. Hadisə
  3. İmişlidə ağır AVTOQƏZA: Xəsarət alanların son durumu AÇIQLANDI - VİDEO
İmişlidə ağır AVTOQƏZA: Xəsarət alanların son durumu AÇIQLANDI - VİDEO
Hadisə

İmişlidə ağır AVTOQƏZA: Xəsarət alanların son durumu AÇIQLANDI - VİDEO

Dünən
15:16
Paylaş:

İmişli şəhərində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin vəziyyəti məlum olub.

İmişli şəhərində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin vəziyyəti məlum olub.

Gundem.today-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, İmişli rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan üç nəfər (bir kişi , iki qadın) avqustun 7-də saat 23:50-də İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

"Onlara qapalı kəllə-beyin travması, alının sağ qaş nahiyəsinin əzilmiş, cızılmış yarası, hər iki aşağı ətrafın sıyrılmış yarası, qarının küt travması diaqnozları təyin olunub. 2011-ci il təvəllüdlü (qadın) və 1989-cu il təvəllüdlü (kişi) şəxslərə zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.

Vəziyyəti orta ağır qiymətləndirilən 1986-cı il təvəllüdlü (qadın) pasiyent isə ilkin tibbi yardım göstərildikdən sonra avqustun 8-də Sabunçu Tibb Mərkəzinə təxliyə olunub", - deyə məlumatda bildirilir.

İmişli şəhərində baş verən yol-nəqliyyat hadisəsinin bəzi detalları məlum olub.

Gundem.today-ın əldə etdiyi məlumata görə, hadisə ötən gün saat 23:00-da qeydə alınıb.

İmişli sakini Səfər Əzizovun idarə etdiyi "Mercedes Benz" markalı avtomobillə Ramil Muradovun idarə etdiyi BMW markalı avtomobil toqquşub.

Nəticədə "Mercedes"də olan iki sərnişin müxtəlif dərəcəli xəsarətlər alıblar.

Faktla bağlı araşdırma aparılır.

İmişli şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Gundem.today xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə paylaşılıb.

Qeyd olunub ki, hadisə şəhərin 28 May küçəsində baş verib.

İlkin məlumatda xəsarət alanların olduğu bildirilir. Hadisənin təfərrüatı ilə bağlı aidiyyəti üzrə sorğu verilib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Yol-nəqliyyat_hadisəsi#İmişli_rayonu

Oxşar Xəbərlər

Sumqayıtda binada YANĞIN: Sakinlər təxliyə ediliblər - VİDEOHadisə

Sumqayıtda binada YANĞIN: Sakinlər təxliyə ediliblər - VİDEO

Sumqayıt şəhəri, 34-cü məhəllədə yerləşən yaşayış binasında yanğın baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olub.

Bu gün · 12:58
Bakıda qəza: "Hyundai" əks yola düşdü - VİDEOHadisə

Bakıda qəza: "Hyundai" əks yola düşdü - VİDEO

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

Bu gün · 12:38
Ucarda ölümlə nəticələnən qəza: Velosipedçi həyatını itirdiHadisə

Ucarda ölümlə nəticələnən qəza: Velosipedçi həyatını itirdi

Ucarda yol-nəqliyyat hadisəsi baş verib, ölən var.

Bu gün · 01:48
DİN, Baş Prokurorluq və ANAMA Xocavənddə mina partlayışı ilə bağlı məlumat yaydılarHadisə

DİN, Baş Prokurorluq və ANAMA Xocavənddə mina partlayışı ilə bağlı məlumat yaydılar

Xocavənd rayonunun Qızılqaya kəndində E.Abbasovun idarə etdiyi traktor minaya düşüb. Hadisə nəticəsində xəsarət alan olmasa da, texnikaya ziyan dəyib.

Dünən · 20:54