Son dəqiqə
Avropada yanacaq BÖHRANI: Altı həftəlik ehtiyat qalıbTramp: "İranla həftəsonu sövdələşmə əldə oluna bilər"Alen Simonyan: "Ermənistanla Azərbaycan arasında yeni bir dövr başlayıb""Hizbullah"ın aylıq xərcləri və maliyyə mənbələri açıqlandıMəhsulların orijinal və ya saxta olduğunu necə bilək? - VİDEOTramp atəşkəs bitənədək ABŞ və İranın razılığa gələ biləcəklərini mümkün hesab edir
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Hadisə
  3. İmişlidə müəllim əməkhaqqına görə direktorla dalaşdı, arvadını və qızını DÖYDÜ - TƏFƏRRÜAT
İmişlidə müəllim əməkhaqqına görə direktorla dalaşdı, arvadını və qızını DÖYDÜ - TƏFƏRRÜAT
Hadisə

İmişlidə müəllim əməkhaqqına görə direktorla dalaşdı, arvadını və qızını DÖYDÜ - TƏFƏRRÜAT

Bu gün
22:00
0 baxış
Paylaş:

İmişlidə müəllimlə məktəb direktorunun ailəsi arasında dava olub.

İmişlidə müəllimlə məktəb direktorunun ailəsi arasında dava olub.

Gundem.today Lent.az-a istinadən xəbər verir ki, hadisə rayonun Yeni Bəhramtəpə qəsəbəsində baş verib.

İttiham aktına görə, qəsəbədəki məktəbdə ingilis dili fənnini tədris edən müəllim, 36 yaşlı Dünyamin Ataşov (ad və soyad şərtidir) davamlı olaraq işlədiyi məktəbin direktorundan əməkhaqqının niyə köçürülmədiyini soruşub. Bir gün yenə həmin sualı verəndə direktor bezdiyini deyib və qonşuluqda yaşadıqları üçün görüşüb söhbət etməklərini təklif edib. Direktorun evinin qarşısında söhbət zamanı tərəflər arasında mübahisə düşüb. Müəllim və direktor bir-birini təhqir ediblər. Bu zaman müəllim direktorun arvadının əlinə yumruqla, qızına isə taxta nərdivanla vuraraq xəsarətlər yetirib.

Hadisədən sonra zərərçəkənlər polisə şikayət ediblər və Dünyamin Ataşov saxlanılıb. Onun barəsində cinayət işi açılıb.

Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, onun iki dərs saatı direktorun adına yazıldığı üçün hər ay ona hesablama ilə 65 manat ödəniş edib. Sertifikasiya imtahanından kəsildiyi üçün müəllim kimi fəaliyyətinə xitam verilib. Bu zaman direktor ona yenə 65 manat pul verib. Lakin Dünyamin etiraz edərək məzuniyyət pulu ilə birgə vəsaitin daha çox olmalı olduğunu deyib. Direktor isə pulların hələ köçmədiyini bildirib. Beləcə, müəllimin əməkhaqqı məsələsi günlərlə uzanıb. Problem müəllimlə direktorun mübahisəsi və Dünyaminin iki nəfərə xəsarət yetirməsi ilə yekunlaşıb.

Dünyamin Ataşov ifadəsində direktorun ailəsinin onu döydüyünü və hətta üz-gözünün qana bulaşdığını deyib.

Məhkəmənin hökmü ilə Dünyamin Ataşov barəsində altı ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib. Lakin onun barəsində amnistiya aktı tətbiq olunub və o, cəzadan azad edilib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#İmişli#Amnistiya_(əfv_fərmanı)#Döyülmə_hadisəsi#Məktəb_direktoru

Oxşar Xəbərlər

Binə qəsəbəsində ağır qəza: "KamAZ" avtobusa çırpıldıHadisə

Binə qəsəbəsində ağır qəza: "KamAZ" avtobusa çırpıldı

Paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

Bu gün
19:560
Binə qəsəbəsində ağır qəza: "KamAZ" avtobusa çırpıldı - VİDEOHadisə

Binə qəsəbəsində ağır qəza: "KamAZ" avtobusa çırpıldı - VİDEO

Paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

Bu gün
19:560
TƏCİLİ: Azərbaycanda içində çox sayda şagird olan avtobus AŞDI - Hadisə yerindən GÖRÜNTÜLƏR - VİDEOHadisə

TƏCİLİ: Azərbaycanda içində çox sayda şagird olan avtobus AŞDI - Hadisə yerindən GÖRÜNTÜLƏR - VİDEO

Sabirabadda içərisində 20-yə yaxın şagird olan mikroavtobus aşıb.

Bu gün
19:220
TƏCİLİ: Azərbaycanda şagirdləri daşıyan avtobus AŞDI - Hadisə yerindən GÖRÜNTÜLƏR - VİDEOHadisə

TƏCİLİ: Azərbaycanda şagirdləri daşıyan avtobus AŞDI - Hadisə yerindən GÖRÜNTÜLƏR - VİDEO

Sabirabadda içərisində yeddi şagird olan mikroavtobus aşıb.

Bu gün
19:220