
IMO baş katibi Azovda azərbaycanlı dənizçilərin həlak olması ilə əlaqədar başsağlığı verib
Beynəlxalq Dəniz Təşkilatının (IMO) baş katibi Arsenio Dominqes Azov dənizində azərbaycanlı dənizçilərin faciəli şəkildə həlak olması ilə əlaqədar Azərbaycana başsağlığı verib.
Beynəlxalq Dəniz Təşkilatının (IMO) baş katibi Arsenio Dominqes Azov dənizində azərbaycanlı dənizçilərin faciəli şəkildə həlak olması ilə əlaqədar Azərbaycana başsağlığı verib.
Gundem.today "Report"a istinadən xəbər verir ki, bu barədə IMO baş katibinin ölkəmizin Böyük Britaniyadakı səfiri Elin Süleymanova ünvanlanmış məktubunda qeyd olunub.
"Dərin hüznlə 2026-cı il iyunun 5-də Azov dənizində "Natra" və "Zirkon" yük gəmilərinə hücumlar nəticəsində insanların faciəli şəkildə həlak olduğunu öyrəndim. Bildirilmişdi ki, hadisə nəticəsində azərbaycanlı dənizçilər (4 nəfər - red.) həlak olub, digərləri (4 nəfər - red.) isə yaralanıb. Beynəlxalq Dəniz Təşkilatının bütün üzvləri, Katiblik və şəxsən öz adımdan Azərbaycan Respublikasının hökumətinə və xalqına dərin hüznlə başsağlığı verirəm. Biz ruhən həlak olanların ailələrinin, dostlarının, yaxınlarının və bu faciənin toxunduğu hər kəsin yanındayıq", - məktubda bildirilib.
O vurğulayıb ki, IMO bütün dənizçilərin təhlükəsizliyinin, mühafizəsinin və qorunmasının təmin edilməsinə, həmçinin təhlükəsiz gəmiçilik şəraitinin yaradılması üzrə beynəlxalq səylərin dəstəklənməsinə sadiq qalır:
"Üzv dövlətlər və dəniz sənayesinin bütün iştirakçıları arasında əməkdaşlığın davam etdirilməsi belə faciələrin qarşısının alınması və dənizdə işləyənlərin müdafiəsinin gücləndirilməsi üçün mühüm əhəmiyyət kəsb edir".
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
SiyasətFransanın ekoloji cinayətləri ifşa olundu - Bakı Təşəbbüs Qrupunun addımları nəticə verir - VİDEO
Fransanın illərlə davam edən müstəmləkəçilik siyasətinin ən ağır nəticələrindən biri xlordekon qalmaqalı olub. Hazırda rəsmi Parisin dənizaşırı ərazilərdə yaratdığı bu ağır fəsadların aradan qaldırılması istiqamətində ilk addımlar atılır.
SiyasətAzərbaycan Biznesinin İnkişafı Fonduna yeni səlahiyyət verilib
Prezident İlham Əliyev sahibkarlıq subyektlərinə verilən kreditlər üzrə təminat və faiz subsidiyası mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər və bununla əlaqədar bir sıra fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
SiyasətPrezident qeyri-neft-qaz mallarının ixrac və daşıma xərcləri ilə bağlı Fərman imzalayıb
Prezident İlham Əliyev qeyri-neft-qaz mallarının ixracının stimullaşdırılması və daşıma xərclərinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında Fərman imzalayıb.
Siyasət"Azərbaycan Biznesinin İnkişafı Fondu"na yeni səlahiyyət verilib
Prezident İlham Əliyev sahibkarlıq subyektlərinə verilən kreditlər üzrə təminat və faiz subsidiyası mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər və bununla əlaqədar bir sıra fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.