Son dəqiqə
Ölkəmizdə psixi xəstələrin sayı sürətlə artır - ŞOK RƏQƏMLƏREIA Azərbaycanda neft hasilatı üzrə proqnozunu yüksəldibABŞ-nin hücum helikopteri İran dronu ilə vurulub - İDDİA - VİDEOAğdamda məktəbli qız Bərdə sakini ilə qaçdıRusiyada partladılan avtomobildə Müdafiə Nazirliyinin idarə rəisi həlak olub - FOTO - VİDEOİsveçdə daimi yaşayış icazəsi ləğv edildi
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. "İnsanları işlədirlər, pulunu vermirlər" - Kitab sektorunda qalmaqallı İDDİALAR
"İnsanları işlədirlər, pulunu vermirlər" - Kitab sektorunda qalmaqallı İDDİALAR
Cəmiyyət

"İnsanları işlədirlər, pulunu vermirlər" - Kitab sektorunda qalmaqallı İDDİALAR

03:00
0 baxış
Paylaş:

Yazıçılar yazır, tərcüməçilər tərcümə edir, naşirlər nəşr edir. Amma qədim zamanlardan bəri bu tərəflər bir-birindən narazı olublar. Naşirlər yazıçıların tənbəlliyindən və qeyri-işgüzar yanaşmasından, tərcümənin qeyri-səlisliyindən şikayətləniblər. Müəlliflər isə naşirləri onlara az pul ödəməkdə günahlandırıblar. Tərəflər arasındakı bu anlaşılmazlıqlar zaman-zaman üzə çıxır və çözülmür. Bəs səbəb nədir?

Yazıçılar yazır, tərcüməçilər tərcümə edir, naşirlər nəşr edir. Amma qədim zamanlardan bəri bu tərəflər bir-birindən narazı olublar. Naşirlər yazıçıların tənbəlliyindən və qeyri-işgüzar yanaşmasından, tərcümənin qeyri-səlisliyindən şikayətləniblər. Müəlliflər isə naşirləri onlara az pul ödəməkdə günahlandırıblar. Tərəflər arasındakı bu anlaşılmazlıqlar zaman-zaman üzə çıxır və çözülmür. Bəs səbəb nədir?

Gundem.today mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Əməkdaşlığın hüquqi və mənəvi tərəfi

Tanınmış naşir, filologiya üzrə fəlsəfə doktoru Rafik İsmayılov nəşriyyatla müəllifin işbirliyini belə izah edir: "Naşirlə müəllif öz aralarında müəlliflik haqda müqavilə bağlayırlar və sənəddə bütün şərtlər, o cümlədən maliyyə şərtləri qeyd olunur. Sonrası müəllifin öz işini yaxşı icra etməsinə və nəşriyyatın da ona vaxtında qonorar ödəməsinə qalır. Məsələnin hüquqi tərəfini götürsək, bütün biznes qurumlarında olduğu kimi işbirliyi biznes qurumu ilə əməkdaş arasında tərtib olunan müqavilə əsasında baş verir. Mənəvi tərəfindən danışsaq, hamımız bilirik ki, bizdə nəşriyyat, kitab sektorunda qonorarlar başqa ölkələrlə müqayisədə azdır. Bəzən tərcüməçilər buna görə bir qədər keyfiyyətsiz iş görür, bəzən də nəşriyyatlar vaxtlı-vaxtında qonorarı ödəmirlər. Digər tərəfdən, o qədər az məbləğdən söhbət gedir ki, haqqı tapdanan tərcüməçi və ya müəllif özünə sığışdırıb məhkəməyə müraciət etmir. Çünki vəkil tutmaq və s. xərclər mübahisəli qonorardan daha çox olur. Ola bilsin ki, naşirlər də bu cür məqamlardan istifadə edib öz öhdəliklərini vaxtlı-vaxtında yerinə yetirmirlər".

"Tanınmış müəlliflərin agentləri əsasən hüquqşünaslar olurlar"

Naşir xarici ölkələrdəki nəşriyyat-müəllif işbirliyindən danışaraq bildirir ki, adətən tanınmış müəlliflər bu cür müqavilələri agentləri vasitəsi ilə bağlayırlar: "Hələ indiyə qədər dünya ölkələrinin nümunəsində hər hansı nəşriyyatın müəllifin haqqını tapdadığını eşitməmişəm. Tanınmış müəlliflərin agentləri əsasən hüquqşünaslar olurlar. Onlar müqavilənin düzgün tərtib olunmasına diqqət yetirir, onun icrasına diqqət edir, problem yarananda məhkəməyə qədər gedib çıxa bilirlər. Nəşriyyatlar da öz vəzifələrini düzgün yerinə yetirməməkdən çəkinirlər. Bizdə isə bəzi nəşriyyatlar tərcüməçilərin sıxıntı çəkən təbəqə olmasından istifadə edirlər". Yaranan problemin tənzimlənməsinə gəlincə, naşir hesab edir ki, bəlkə də Yazıçılar Birliyi və ya Naşirlər Assosiasiyası bu problemin həllində rol oynaya bilər: "Bu qurumlar həm də məhkəməyə qədər tərəflər arasında vasitəçi rolunu oynaya bilərlər. Amma təəssüf ki, onların heç biri bu funksiyanı üzərinə götürməyib".

"Qonorarın minimum və maksimum hədləri müəyyənləşməlidir"

Tərcüməçi Nəriman Əbdülrəhmanlı bildirir ki, nəşriyyat-müəllif əməkdaşlığı ilə bağlı problemlər zaman-zaman qalxır və həll olunmur: "Bu problemi köklü həll eləmək üçün nəşriyyatlar və nəşr siyasəti haqqında qanun qəbil edilməlidir. Nəşriyyatların fəaliyyəti, nəşriyyat rəhbərliyi ilə müəlliflər arasında münasibətlər qanunla yoluna qoyulmalıdır. İndiki durum qalarsa, problemlər həmişə yaranacaq". Yazıçı hesab edir ki, tərcüməçi ilə sifariş verən arasında müqavilə bağlananda qonorarın minimum və maksimum hədləri müəyyənləşməlidir: "Təəssüf ki, aşağı-yuxarı hədlər nəşriyyatlar üçün çox yüksək məbləğ kimi görünür. Ona görə sifarişçi ilə tərcüməçilər arasında problemlər yaranır".

"Əmək Məcəlləsindən başqa bir vicdan məcəlləsi də var"

Ədəbi tənqidçi Əsəd Cahangirin sözlərinə görə, Əmək Məcəlləsində problemin həllinin qanuni yolları göstərilib və mübahisəli məqamlarda bu sənədə əsaslanmaq olar: "Əmək Məcəlləsindən başqa bir vicdan məcəlləsi də var. İnsanı işlədirsənsə, gərək onun əməyinin haqqını da verəsən. Yazıçının, şairin, ümumilikdə qələm adamının zəhmət haqqını kəsmək olmaz". Tənqidçi bildirir ki, sovet dövründə bu məsələlərə çox ciddi yanaşma olub: "İşləyirdin, televiziyaya dəvət olunurdun, qəzetə yazırdın, qonorarını alırdın. Amma indi qanunlar, elementar etiket qaydaları belə nəzərə alınmır. Bu mənada nəşriyyat, redaktə, tərcümə işindəki durumdan xəcalət çəkirəm. İnsanları işlədir və onların pulunu ya vermirlər, ya da qəpik-quruş verirlər. Hələ minnət də qoyurlar. Hesab edirəm ki, qanunlar çərçivəsində bu biabırçı duruma son qoyulmalıdır".

Hər tərəfin öz marağı var

Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi Səlim Babullaoğlu bildirdi ki, AYB-nin nəşriyyat-müəllif münaqişələrinin həlli istiqamətində arbitr rolunda çıxış etmək hüququ yoxdur: "Bunun üçün mexanizm də yoxdur. Ən bəsit halda hər hansı naşir və ya tərcüməçi quruma tövsiyə xarakterli rəy almaq üçün müraciət edə bilər. Amma elə bir presedent yaranarsa, nə naşirlərin, nə də tərcüməçilərin şikayətini həll edə bilərik". S.Babullaoğlu bu cür şikayətlərin bundan sonra da olacağını düşünür: "İşbirliyi zamanı naşirlər tərcüməçilərlə müqavilə bağlayarkən kitab bazarının reallıqlarından çıxış edib təkliflər verirlər. Sınaqdan çıxmış, özünə güvənən tərcüməçilər də yüksək qonorar istə

#Cəmiyyət#Azərbaycan_Nəşriyyatı#Qəzet#Azərbaycan_Yazıçılar_Birliyi_(AYB)

Oxşar Xəbərlər

Ölkəmizdə psixi xəstələrin sayı sürətlə artır - ŞOK RƏQƏMLƏRCəmiyyət

Ölkəmizdə psixi xəstələrin sayı sürətlə artır - ŞOK RƏQƏMLƏR

2025-ci ildə psixoaktiv maddələrin qəbulu ilə bağlı olan pozuntular istisna olmaqla, psixi və davranış pozuntuları diaqnozu ilk dəfə qoyulmuş 6 063 nəfər qeydiyyata alınıb.

22:480
Şahbuz rayonunun Kükü kəndinə dolu düşüb - VİDEOCəmiyyət

Şahbuz rayonunun Kükü kəndinə dolu düşüb - VİDEO

Naxçıvan Muxtar Respublikasında qeyri-sabit hava şəraiti hökm sürür.

21:360
Əhliman Əmiraslanov və Abel Məhərrəmova VƏZİFƏ VERİLDİCəmiyyət

Əhliman Əmiraslanov və Abel Məhərrəmova VƏZİFƏ VERİLDİ

Azərbaycan Ağsaqqallar Şurası (AAŞ) sədrinə yeni müavinlər təyin olunub.

20:080
Sakinlərin NƏZƏRİNƏ: Paytaxtın bəzi ərazilərində qaz olmayacaqCəmiyyət

Sakinlərin NƏZƏRİNƏ: Paytaxtın bəzi ərazilərində qaz olmayacaq

Paytaxtın bəzi ərazilərində qaz təchizatında fasilələr yaranacaq.

21:120