
İran ABŞ-yə qarşı tələblərini yumşaldıb
İran yeni sülh təklifində ABŞ-dən danışıqların bərpası ilə bağlı tələblərini yumşaldıb.
İran yeni sülh təklifində ABŞ-dən danışıqların bərpası ilə bağlı tələblərini yumşaldıb.
Gundem.today xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Tehran Hörmüz boğazının açılmasını İran limanlarının blokadasının qaldırılması ilə eyni vaxtda həyata keçirməyi təklif edib.
Daha əvvəl İran blokadanın aradan qaldırılmasını danışıqlar üçün ilkin şərt kimi irəli sürürdü. Yeni təklifdə isə Tehran ABŞ-nin hücumları dayandıracağına dair zəmanət və sanksiyaların ləğvi müqabilində nüvə məsələlərini müzakirə etməyə hazır olduğunu bildirib.
Mənbələr əlavə ediblər ki, ABŞ təklifi qəbul edəcəyi təqdirdə, İran tərəfi gələn həftə Pakistanda danışıqların yeni raunduna hazırdır. Bununla belə, tərəflərin Hörmüz boğazında gəmiçilik və nüvə proqramı kimi əsas məsələlərdə mövqelərinin hələ də kəskin şəkildə fərqləndiyi qeyd olunur.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaDiplomatiya, yoxsa müharibəyə davam? - Tramp seçimləri açıqladı
ABŞ Prezidenti Donald Tramp İranla nüvə danışıqlarında yalnız iki alternativin olduğuna inanır: ya yeni saziş bağlanmalı, ya da İslam Respublikasının sonu gəlməlidir.
Dünyaİran Fars körfəzinin idarə edilməsi qaydalarını dəyişəcək: SEPAH-dan AÇIQLAMA
İranın ali rəhbəri Müctəba Xamenei Fars körfəzinin idarə olunması üçün yeni qaydaların müəyyən ediləcəyini açıqlayıb.
Dünyaİran Fars körfəzinin idarə edilməsi qaydalarını dəyişəcək: SEPAH-dan BƏYANAT
İranın ali rəhbəri Müctəba Xamenei Fars körfəzinin idarə olunması üçün yeni qaydaların müəyyən ediləcəyini açıqlayıb.
DünyaTramp Kubaya qarşı yeni sanksiyalar tətbiq etdi
ABŞ Prezidenti Donald Tramp Kuba adasının yüksəkvəzifəli məmurlarına və ada dövlətinin rəhbərliyi ilə əlaqəsi olan şəxslərə qarşı yeni sanksiyaların tətbiqi haqqında fərman imzalayıb.