İran ətrafında münaqişə Şakiraya da təsir göstərdi
Şou-biznes

İran ətrafında münaqişə Şakiraya da təsir göstərdi

23 saat əvvəl
23:02
0 baxış
Paylaş:

Latın amerikalı müğənni Şakiranın Qətərdə keçirilməsi planlaşdırılan ilk konserti regiondakı münaqişə səbəbindən qeyri-müəyyən müddətə təxirə salınıb.

Latın amerikalı müğənni Şakiranın Qətərdə keçirilməsi planlaşdırılan ilk konserti regiondakı münaqişə səbəbindən qeyri-müəyyən müddətə təxirə salınıb.

Gundem.today bu barədə "The Peninsula Qatar" qəzetinə istinadən xəbər verir.

Bildirilir ki, mövcud regional vəziyyətlə əlaqədar olaraq, Şakiranın "Las Mujeres Ya No Lloran" ("Qadınlar daha ağlamır") dünya turnesi çərçivəsində Dohadakı "Stadium 974"də baş tutmalı olan konserti təxirə salınıb.

Konsertin təşkilatçısı olan "Platinumlist" şirkətinin məlumatına görə, hazırda tədbirin yeni tarixinin müəyyənləşdirilməsi istiqamətində işlər aparılır.

Şakira Dohada məhz bu turne çərçivəsində çıxış etməyi planlaşdırırdı. Biletlərin qiyməti 25 dollardan başlayırdı və onlar sürətlə tükənmişdi. Təşkilatçılar həmçinin bildiriblər ki, şou üçün bilet satışı davam edir.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Şou-biznes#Qətər#Şakira

Oxşar Xəbərlər