
İranda iki etirazçı edam edildi
İranda dekabr etirazlarının iki iştirakçısı edam edilib. Onlar Tehrandakı hərbi obyektin silah anbarına hücum etmək niyyətində ittiham olunublar.
İranda dekabr etirazlarının iki iştirakçısı edam edilib. Onlar Tehrandakı hərbi obyektin silah anbarına hücum etmək niyyətində ittiham olunublar.
Gundem.today xəbər verir ki, bu barədə IRIB teleradio şirkəti məlumat yayıb.
"Məhəmməd Əmin Biqlari və Şahin Vahidpərıst gizli hərbi obyektə hücum edərək silah anbarına daxil olmağa cəhd göstərib, obyektə ziyan vurub və onu yandırıblar", - deyə məlumatda bildirilir.
Həmçinin qeyd olunur ki, edam edilən şəxslər digər hərbi obyektlərə daxil olmağa, polis məntəqələrinə və "Bəsic" qüvvələrinin yerləşdiyi məntəqələrə hücum etməyə cəhd göstərsələr də, buna nail ola bilməyiblər.
Xatırladaq ki, ötən ilin sonunda İranda ölkədəki iqtisadi vəziyyətlə bağlı genişmiqyaslı etirazlar başlamışdı.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaAzov dənizində yük gəmisinə PUA hücumu nəticəsində iki nəfər həlak olub
Pilotsuz uçuş aparatlarının (PUA) Azov dənizi akvatoriyasında buğda daşıyan yük gəmisinə hücumu nəticəsində iki nəfər həlak olub.
DünyaDörd ölkə "Türk axını" qaz kəmərinin mühafizəsini gücləndirəcək
"Macarıstan, Rusiya, Türkiyə və Serbiya "Türk axını" qaz kəmərinin mümkün hücumlardan qorunmasını gücləndirmək barədə razılığa gəliblər".
DünyaABŞ-nin İranla müharibədə itirdiyi təyyarələrin sayı açıqlandı
İran ətrafında münaqişə başlayandan bəri ABŞ ən azı yeddi hərbi təyyarə itirib.
Dünyaİraq nefti daşıyan tanker Hörmüz boğazından keçdi
İraq nefti daşıyan tanker Hörmüz boğazından keçib.