
İranda "İsa Məsih" saxlanıldı
İranın Yəzd əyalətində hüquq-mühafizə orqanları özünü İsa Məsih kimi qələmə verən təriqət qurucusunu saxlayıblar.
İranın Yəzd əyalətində hüquq-mühafizə orqanları özünü İsa Məsih kimi qələmə verən təriqət qurucusunu saxlayıblar.
Gundem.today-ın "Mehr" agentliyinə istinadən xəbərinə görə, bu barədə əyalət prokuroru Mehdi Həsənpur məlumat verib.
"Əyalətdəki təriqət lideri əvvəlcə iddia edirdi ki, o, tanrı tərəfindən seçilib, sonra isə allahlıq iddiasına düşdü və özünü İsa Məsih elan etdi. Xurafatdan faydalanıb qeyri-adi asketik təcrübələr aşıladı və davamçılarından öz məqsədləri üçün istifadə etdi", - Həsənpur deyib.
Prokurorun sözlərinə görə, təriqət üzvləri "Quran"ı yandırıb, müqəddəs yerləri, müsəlman din xadimlərini təhqir edib, eləcə də İsrailin İran üzərində qələbəsi üçün dua ediblər. O qeyd edib ki, təriqətdə əsas rol oynayan üç şəxs istintaq tədbirləri nəticəsində saxlanılıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaBritaniya Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirdi
Böyük Britaniya Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib.
DünyaPezeşkian SEPAH-ı "məsuliyyətsiz" adlandırdı və Xamenei ilə təcili görüş istədi - FOTO
İran Prezidenti Məsud Pezeşkian Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) zərbələrlə bağlı İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərəkətlərindən kəskin narazılığını ifadə edərək, onları "tamamilə məsuliyyətsiz" adlandırıb. İslam Respublikasının prezidenti bu hərəkətlərin ölkənin siyasi rəhbərliyinin xəbəri olmadan və koordinasiyasız həyata keçirildiyini diqqətə çatdırıb.
DünyaKİV: Pezeşkian SEPAH-ı "məsuliyyətsiz" adlandırdı və Xamenei ilə təcili görüş istədi - FOTO
İran Prezidenti Məsud Pezeşkian Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) zərbələrlə bağlı İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərəkətlərindən kəskin narazılığını ifadə edərək, onları "tamamilə məsuliyyətsiz" adlandırıb. İslam Respublikasının prezidenti bu hərəkətlərin ölkənin siyasi rəhbərliyinin xəbəri olmadan və koordinasiyasız həyata keçirildiyini diqqətə çatdırıb.
DünyaPaşinyanla birlikdə mahnı oxuduğuna görə Makron Fransada tənqid edildi - VİDEO
Fransalı siyasətçi, Vətənpərvərlər Partiyasının lideri Florian Filippo ölkənin Prezidenti Emmanuel Makronu Ermənistanın baş naziri Nikol Paşinyanla birlikdə ictimaiyyət qarşısında mahnı oxuduğuna görə tənqid edib.