
İrandan ABŞ-yə sərt mesaj: "Sizə etibar etmirik"
İran hökuməti bəyan edib ki, ABŞ ilə aparılan danışıqlarda əsas məqsəd münasibətlərin normallaşdırılması deyil, müharibənin dayandırılması və Yaxın Şərqdə təhlükəsizliyin təmin olunmasıdır.
İran hökuməti bəyan edib ki, ABŞ ilə aparılan danışıqlarda əsas məqsəd münasibətlərin normallaşdırılması deyil, müharibənin dayandırılması və Yaxın Şərqdə təhlükəsizliyin təmin olunmasıdır.
Gundem.today xəbər verir ki, bu barədə İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf açıqlama verib.
Onun sözlərinə görə, Tehran Vaşinqtonla münasibətlərin yaxşılaşdırılmasını əsas hədəf hesab etmir.
"Bizim məqsədimiz müharibəyə son qoymaq və uzunmüddətli təhlükəsizliyi təmin etməkdir, ABŞ ilə münasibətlərin normallaşdırılması deyil. Eyni zamanda qarşı tərəfə etibar etmirik", - deyə Qalibaf bildirib.
O əlavə edib ki, İranın yanaşmasına görə, ölkə ya müharibə aparır, ya da danışıqlar edir, lakin bu iki proses müəyyən hallarda paralel şəkildə də davam edə bilər.
Qalibaf həmçinin ABŞ və İsrailin birgə addımlarının regionda gərginliyi artırdığını vurğulayıb.
Qeyd edək ki, son günlər İsrail və İran arasında qarşılıqlı raket hücumları fonunda Yaxın Şərqdə gərginlik daha da artıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaABŞ-nin hücum helikopteri İran dronu ilə vurulub - İDDİA - VİDEO
ABŞ-nin "AH-64 Apache" hərbi hücum helikopteri Hörmüz boğazı yaxınlığında qəzaya uğrayıb.
DünyaRusiyada partladılan avtomobildə Müdafiə Nazirliyinin idarə rəisi həlak olub - FOTO - VİDEO
Moskva vilayətinin Balaşixa şəhərində avtomobilin partlaması nəticəsində sürücü həyatını itirib.
Dünyaİsveçdə daimi yaşayış icazəsi ləğv edildi
İsveç parlamenti hökumətin sığınacaq axtaran şəxslər üçün daimi yaşayış icazəsinin ləğv edilməsi barədə təklifini dəstəkləyib.
DünyaDağıstanda qazpaylayıcı stansiyada partlayış baş verib - VİDEO
Dağıstanın Kizilyurt sənaye zonasında qazpaylayıcı stansiyada yanğın qeydə alınıb.