
İşlədiyi evdən 10 min manat oğurlayan şəxs saxlanıldı
Xəzər rayonu ərazisində oğurluq faktı qeydə alınıb.
Xəzər rayonu ərazisində oğurluq faktı qeydə alınıb.
Gundem.today xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, zərərçəkmiş şəxs polisə müraciət edərək yaşadığı evdən 10 min manat pul vəsaitinin oğurlandığını bildirib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 35 yaşlı A.Sadıqov müəyyən olunaraq saxlanılıb.
Araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxs zərərçəkmişin yanında işləyib və ev sahibinin mənzildə olmadığı müddətdə qeyd edilən əməli törədib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
HadisəSumqayıtda binada YANĞIN: Sakinlər təxliyə ediliblər - VİDEO
Sumqayıt şəhəri, 34-cü məhəllədə yerləşən yaşayış binasında yanğın baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olub.
HadisəBakıda qəza: "Hyundai" əks yola düşdü - VİDEO
Bakıda yol-nəqliyyat hadisəsi baş verib.
HadisəUcarda ölümlə nəticələnən qəza: Velosipedçi həyatını itirdi
Ucarda yol-nəqliyyat hadisəsi baş verib, ölən var.
HadisəDİN, Baş Prokurorluq və ANAMA Xocavənddə mina partlayışı ilə bağlı məlumat yaydılar
Xocavənd rayonunun Qızılqaya kəndində E.Abbasovun idarə etdiyi traktor minaya düşüb. Hadisə nəticəsində xəsarət alan olmasa da, texnikaya ziyan dəyib.