
İsrail İranın raket və dəniz minaları istehsalı zavodunu vurdu
İsrailin Hərbi Hava Qüvvələri İranın Yəzd şəhərində yerləşən raket və dəniz minaları istehsalı zavodunu vurub.
İsrailin Hərbi Hava Qüvvələri İranın Yəzd şəhərində yerləşən raket və dəniz minaları istehsalı zavodunu vurub.
Gundem.today-ın xəbərinə görə, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF - SAXAL) öz "Telegram" kanalında açıqlama yayıb.
"İsrail Müdafiə Qüvvələri və Hərbi Dəniz Qüvvələri kəşfiyyatının təlimatı ilə hərəkət edən İsrail Hərbi Hava Qüvvələri Yəzddə yerləşən, İran rejimi tərəfindən istismar olunan raket və dəniz minaları istehsalı üzrə əsas obyektə zərbə endirib. İran Hərbi Dəniz Qüvvələri öz raketlərinin və dəniz minalarının əksəriyyətini məhz burada inkişaf etdirir.
Bu zərbə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin yüksək rütbəli rəhbərliyinin məhv edilməsi seriyasının bir hissəsidir və hərbi dəniz qüvvələrinin istehsal imkanlarına əhəmiyyətli zərbədir", - deyə məlumatda bildirilib.
Həmçinin qeyd edilib ki, İsrail Müdafiə Qüvvələri istehsal imkanlarını sarsıtmaq üçün İran rejiminin hərbi sənayesini hədəf almağa davam edir.
Qeyd edək ki, daha əvvəl SAXAL Tehranın mərkəzində İran rejiminin infrastrukturuna genişmiqyaslı zərbələr seriyasını başa çatdırdığını elan etmişdi.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Dünyaİtaliya Baş naziri Corcia Meloniyə yeni vəzifə verildi
İtaliya Prezidenti Sercio Mattarella ölkənin turizm naziri Daniela Santankenin vəzifəsindən azad edilməsi barədə fərman imzalayıb.
DünyaABŞ naməlum raketi sınaqdan keçirib - Detallar açıqlanmır
ABŞ-nin Kanaveral burnundakı bazasından heç bir rəsmi xəbərdarlıq edilmədən və açıqlama verilmədən naməlum raket sınaqdan keçirilib. Atlantik okeanı üzərindəki gizli uçuşun təfərrüatları barədə oxuyun.
DünyaHusilərdən Səudiyyə Ərəbistanına XƏBƏRDARLIQ: "Yaxın Şərqdə müharibəyə qoşula bilərik"
Yəməndə fəaliyyət göstərən "Ənsar Allah" (husilər) qruplaşması Səudiyyə Ərəbistanı rəhbərliyinə xəbərdarlıq edərək, Yaxın Şərqdəki mövcud toqquşmalara qoşulacağı ilə bağlı hədə-qorxu gəlib.
DünyaHavayda vertolyot qəzası: Ölənlər və yaralananlar var - FOTO
ABŞ-nin Havay ştatındakı Kauai adasında ekskursiyalar üçün istifadə edilən vertolyot qəzaya uğrayıb.